08 Oktyabr 2026 19:23
933
SİYASƏT
A- A+
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib  


Keniyanın geniş oxuyucu kütləsinə malik “Tuko”, “The Star”, “KBC” xəbər saytları və bir sıra bloqlarda Azərbaycan və Keniya arasında son illərdə dinamik inkişaf edən münasibətlərə həsr edilmiş məqalələr nəşr olunub.

Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri və bu zaman Prezident İlham Əliyev ilə keçirilən ikitərəfli görüşün töhfələri vurğulanıb. Həmçinin 2025-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya ilk rəsmi səfərinin nəticələri barədə məlumat verilib.

Məqalələrdə Azərbaycan ilə Keniya arasında əməkdaşlığın gücləndirilməsi üçün neft-qaz, energetika, müdafiə, ticarət, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, dayanıqlı şəhərsalma kimi prioritet sahələrin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, parlament, məhkəmə, prokurorluq, penitensiar xidmət, humanitar minatəmizləmə kimi müstəvilər üzrə mövcud əlaqələr iki ölkənin hərtərəfli işbirliyinə marağı olaraq səciyyələndirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2024-cü ilin dekabr ayında Keniyaya səfəri zamanı, həmçinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsi ilə bu ölkədə təhsil, gənclərin inkişafı, mədəniyyət və səhiyyə sahələrində humanitar yardım fəaliyyəti oxuculara təqdim olunub.

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin iki ölkənin xalqları arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsi üçün mühüm vasitə olduğu bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

Azərbaycan üçün Zəfər həm də gələcəyin təhlükəsizlik təminatıdır

12:59
09 Noyabr

Dövlət Bayrağımız tarixi keçmişimizi və gələcəyə olan inamımızı ifadə edir

12:21
09 Noyabr

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb  

11:55
09 Noyabr

Üçrəngli bayrağımız keçmişimizin yadigarı, bu günümüzün qüruru və gələcəyimizin əzəmətlə dalğalanan dövlətçilik rəmzidir  

11:49
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

11:47
09 Noyabr

Şuşa ağ örpəyə bürünüb

11:47
09 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

11:45
09 Noyabr

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

11:42
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!