Bu günədək 4 minə yaxın azərbaycanlı barədə məlumat verməyən Ermənistan törətdiyi hərbi cinayət əməllərinin məsuliyyətindən yayınmağa çalışır
30 ildən çoxdur ki, yaxınları, doğmaları əzabqarışıq səbrlə, tükənməz ümidlə onların yolunu gözləyirlər...
Hər açılan qapıya sarı həsrətlə boylanırlar, bəlkə gələn odur - anamdır, atamdır, bacımdır, qardaşımdır, həyat yoldaşımdır, oğlumdur, qızımdır deyə...
Elə hey qulaqları səsdədir, bəlkə bir xəbər eşidərlər deyə... Fərqi yoxdur, lap qara xəbərə də hazırlıqlıdırlar, təki onlardan bir xəbər-ətər eşitsinlər...
Çünki bu illər ərzində nə əzizlərini ölü kimi ağlaya biliblər, nə də onların sağ olduqlarını bilib təsəlli tapıblar...
Onilliklərdir ki, taleləri zülmət pərdəsinə bürünmüş minlərlə insanımızın yaxınları, doğmaları bu məchulluq, naməlumluq boşluğunda ümidlə nagümanlığın arasında var-gəl edirlər...
İtkin insan olmaq kimi dəhşətli alın yazısına sahib olmaq bir faciə, həmin insanların yaxını olmaq isə bir ayrı təsviredilməz dərddir...
Bu, ölümdən də betərdir...
Təsəvvür edin ki, biz işğaldan azad edilmiş torpaqlarımızda aşkarlanan kütləvi məzarlıqlar sayəsində itkinlərinin taleyinə aydınlıq gələn insanlarımızın doğmalarının ölümünə necə yanmaları, onlardan heç olmazsa kiçik bir nişanə belə tapılmasına görə necə sevinc göz yaşları tökmələri kimi eyni anda yaşadıqları təzadlı tükürpədici hisslərə dəhşətlə şahid olmuşuq...
Erməni şovinistlərinin xalqımızın başına gətirdikləri bütün bu müsibətlər qan yaddaşımızdır və əsrlər keçsə də, bunu unutmayacağıq!
Qanlı əməllərin statistikası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkin düşmüş 3983 nəfərdən 3209-u hərbçi, 774-ü mülki şəxslərdir.
Bu statistikanın özü də ermənilərin milli nifrət zəminində xalqımıza qarşı törətdiyi hərbi cinayət əməlləri barədə faktlardan biridir. Hələ ötən əsrlərdən etibarən "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq kimi cəfəng ideyanı ortaya ataraq azərbaycanlıları etnik təmizləməyə məruz qoyan hay şovinistləri bu murdar ideyanın növbəti mərhələsi olaraq, azərbaycanlıları tarixən yaşadıqları ərazilərdən deportasiya etmək, Qarabağı Ermənistana birləşdirmək üçün 1980-ci illərin sonlarından etibarən açıq şəkildə separatçı əməllər və milli zəmində təxribatlar törətməyə başlayıblar. Qondarma dövlət olan Ermənistan tərəfindən Azərbaycana qarşı təşkil olunan və həyata keçirilən bu cinayət əməlləri Birinci Qarabağ müharibəsi boyu da davam etdirilib, saysız faciələr törədilib. Mülki əhalimiz, hərbçilərimiz əsir və girov götürülüb, soydaşlarımıza olmazın işgəncələr verilib, onlar xüsusi amansızlıqla öldürülüb.
Martın 10-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimat mərasimində Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, itkinlərdən 3698-i kişi, 285-i qadındır. Bu müddət ərzində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb ki, onlardan 419-u hərbçidir.
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov söyləyib ki, münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub: "İtkin düşmüş mülki şəxslərdən 75 nəfər yetkinlik yaşına çatmamış, 116-sı qadın, 315-i isə yaşlı insanlardır. "İstintaqla sübut edilib ki, 170 azərbaycanlı əsir Ermənistan silahlı birləşmələri tərəfindən işgəncələrlə öldürülüb. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir".
İtkin düşmüş 165 nəfərin meyit qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib
İndiyə qədər Ermənistan tərəfi taleyi naməlum olan vətəndaşlarımızla bağlı heç bir məlumat verməyib. Vətən müharibəsindən sonra da Azərbaycanın Ermənistana qarşı əsas tələblərindən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir. Ermənistan isə hələ də bu tələbləri yerinə yetirməyərək xalqımıza qarşı törətdiyi cinayətləri gizlətməyə çalışır. Ancaq işğaldan azad edilmiş ərazilərimiz vaxtilə Ermənistanın basdırdığı minalardan təmizləndikcə ard-arda aşkarlanan kütləvi məzarlıqlar təcavüzkar ölkənin qanlı əməllərini də təkzibolunmaz faktlarla ortaya çıxarır. Məlum olur ki, erməni caniləri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Azərbaycana qaytarmaq əvəzinə onlara insanın ağlına gəlməyən tükürpədici işgəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar.
Qarabağ və Şərqi Zəngəzurun hər yerində aşkarlanan kütləvi məzarlıqlar 4 minə yaxın itkin vətəndaşımızın - körpələrimizin, uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin, ahıllarımızın taleyinin faciəvi sonunu, onların da erməni canilərinin qurbanı olduğunu və erməni faşizminin miqyasını gözlər önünə sərir.
Yuxarıda sözügedən tədbirdə Dövlət Komissiyasının katibi Q.Əhmədov məlumat verib ki, 2021-ci ilin fevral ayından etibarən işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntısı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə intensiv şəkildə başlanılıb. Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Meyit qalıqları 3 istiqamət üzrə müəyyən olunub. İşğaldan azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 23 kütləvi məzarlıqdan 187 şəxsə, həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 309 şəxsə, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 15 şəhər və rayonunun ərazisində yerləşən 23 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 192 nəfərə aid meyit qalıqları ekshumasiya olunub.
Qeyd olunub ki, həmin vaxtadək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, onlar qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.
Haqq öz yerini tapdı
Dəhşətli reallıqlardan biri də budur ki, beynəlxalq ictimaiyyət hələ də itkin vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində Ermənistana heç bir təzyiq göstərmir. Ancaq Azərbaycan özü ilahi ədaləti təmin edib, erməni faşizminin qurbanına çevrilən vətəndaşlarımızın qisaslarını alıb. Torpaqlarımız azadlığına qovuşdurulub, Qarabağdakı quldur yuvası dağıdılaraq suverenliyimiz tam təmin edilib. Həmçinin əsir və girov götürdükləri minlərlə vətəndaşımızı dəhşətli işgəncələrlə qətl edən erməni caniləri Bakıda mühakimə edilirlər. Digər erməniəsilli təqsirləndirilən şəxslər də törətdikləri hərbi cinayətlərə görə yarğılanacaqlar. Gec-tez Robert Koçaryan, Serj Sarkisyan kimi uşaq qatilləri də bu ittiham kürsüsünə əyləşdiriləcəklər...
Eyni zamanda Ermənistan törətdiyi hərbi cinayət əməllərinin məsuliyyətindən yayınmağa çalışsa da, buna nail olmayacaq. İşğalçı və təcavüzkar ölkə beynəlxalq hüquq qarşısında mütləq cavab verəcək.
Yasəmən QƏNAƏTQIZI,
"Azərbaycan"
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır
Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb
Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb
Bilmək istəyirəm
Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır
Zəfər estafeti
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb
Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir
Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli
Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür
Kəndlinin yeni ili bahardan başlayır
Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir
Ermənistan "sülh" oyunu oynayır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!