24 İyul 2022 00:50
2292
Mədəniyyət
A- A+
İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini abidələr bərpa edilir

İşğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini abidələr bərpa edilir

 

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı  demişdir: "Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik.

 Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş baş katib eyni zamanda  azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik".

Ölkəmizdə dini abidələrə, dini-mənəvi dəyərlərimizə dövlət səviyyəsində çox böyük diqqət və qayğı var. Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Bu münasibətlər başqa ölkələrə bir örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə xüsusi qayğı göstərilir. Dövlət səviyyəsində işğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına ciddi önəm verilir. Azad olunan ərazilərimizdə Heydər Əliyev Fondu dini və tarixi abidələrin bərpasında önəmli rol oynayır. Dövlət başçısı və birinci xanım tərəfindən Ağdam, Şuşa məscidləri ziyarət edilib, Mehriban Əliyeva o məscidlərə Qurani-Kərim bağışlayıb.

Erməni vandalları işğal dövründə məscidlərimizi, ziyarətgahlarımızı, qəbirüstü abidələrimizi məhv ediblər. Yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq onları vəhşicəsinə dağıdıblar. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazmaq istəyən mənfur düşmənlərimiz, milli sərvətimiz olan bu abidələrimizi  məhv etməklə, onların Azərbaycana məxsusluğunu itirməyə çalışıblar. Xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür saxtakarlığa əl atıblar.

Azərbaycanın multikultural və tolerant ölkə olmasına şahidlik edən hər kəs  bilir ki, respublikamızda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Təbii ki, bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. 30 ilə yaxın erməni əsirliyində qalmış Qarabağdakı dini abidələrimiz üçün intibah mərhələsi başlayıb.

Vətən müharibəsi ilə erməni talanına son qoyuldu. İyirmi yeddi ildən sonra Ağdam Cümə məscidində yenidən azan sədası yüksəldi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarət etdilər. Dövlət başçısı Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi məscidə hədiyyə etdi və dedi: "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim Qurani-Kərimi bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax bu tarixi günləri yaşayırıq".

Prezident dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə, habelə siyasilər, jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirib ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə bizləri sevə bilməz. İllərlə erməni işğalı altında olmuş rayon və kəndlərimizdəki məscidlər, ziyarətgahlar və digər dini abidələr dağıdılıb pis günə qoyulub. Misal üçün, XVIII əsrdə inşa edilmiş Qubadlıdakı Məmər kənd məscidi 1993-cü ildə rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra tamamilə dağıdılıb. Rayonun Dondarlı, Dəmirçilər kəndlərindəki məscidlər də həmin taleyi yaşamışdır. Zəngilanda dağıdılmış məsciddə ermənilər donuz saxlayırdılar. İndi həmin məsciddə bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Prezident bu məsciddə olarkən bildirmişdir ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər yenidən bərpa edilərək, Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Ümumiyyətlə, respublikamızda bütün dinlərin məbədləri yüksək səviyyədə mühafizə olunur. Kilsələr, sinaqoqlar, erməni kilsələri, o cümlədən Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Bəs ermənilər nə ediblər? Azərbaycan Prezidenti çıxışlarından birində bu suala çox müdrik cavab verib: "Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər. Beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox".  

Erməni vandalları və onların havadarları utanmadan yalan danışaraq deyirlər ki, Yuxarı Gövhər ağa məscidini guya, bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu riyakarlıqdır. Əslində, bu "təmirçilər" Azərbaycanın icazəsi olmadan, qanunsuz  torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub terror planları həyata keçiriblər. Təəssüf doğuran budur ki, Türkiyə və Pakistan istisna olmaqla, müsəlman dövlətləri bu məscidlərin erməni vandalları tərəfindən bərbad günə qoyulmasına heç bir reaksiya verməmişlər. Hətta beynəlxalq təşkilatlar bu məsələyə etinasız yanaşaraq susmuşlar.

Görünən odur ki, işğaldan azad edilmiş ərazilərdə  erməni vandalları tərəfindən dağıdılmış dini abidələr bərpa edilir, yenidən qurulur. Artıq illərlə həsrətində olduğumuz bu müqəddəs torpaqlarımıza, dədə-baba yurdumuza Böyük qayıdışın uğurlu yolları  açılıb. İşğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında yeni həyat başlanır.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!