01 Aprel 2022 00:48
1489
Mədəniyyət
A- A+
İşğal olunmuş ərazilərdə inanc yerləri yenidən tikilir

İşğal olunmuş ərazilərdə inanc yerləri yenidən tikilir

 

Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə əbədiləşən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü paytaxt Bakıdan tutmuş respublikamızın bölgələrində, ən ucqar kənd və qəsəbələrində, hətta dünyanın bir çox ölkəsində kədər hissi ilə qeyd olunur. Unudulması mümkün olmayan soyqırımı faciələri tarixi faktlar və rəsmi sənədlər əsasında yaddaşlarda təzələnir.

Tarixdən məlum olduğu kimi, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” xülyası azərbaycanlılara və bu ərazilərdə tarixən yaşayan digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə iki yüz ildən artıq müddət ərzində dönə-dönə təkrarlandı. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan, daha sonra isə Qarabağ ərazisindəki doğma yurdlarından didərgin salındılar.

Tərəqqipərvər bəşəriyyəti narahat edən bu kimi qeyri-insani hərəkətlərə, hadisələrə son qoyulması üçün Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 Mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. Müraciətdə ermənilər tərəfindən yüz illərlə azərbaycanlılara qarşı davam etdirilən soyqırımı siyasəti, habelə Birinci Qarabağ və İkinci Qarabağ savaşlarında törətdikləri vandalizm hərəkətləri genişliyi ilə öz əksini tapıb.

Müraciətdə də qeyd olunduğu kimi, ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri 300 minə yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasını həyata keçirdilər. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində ərazilərimizin 20 faizi - Qarabağın dağlıq hissəsi və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə erməni ekstremistlərinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının Xocalı şəhərinə qəfil silahlı basqın edərək dinc, silahsız əhaliyə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilməsi, mahiyyəti etibarilə Xocalı faciəsini Holokost, Gernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıraya qoyur. Bütövlükdə milyonlarla azərbaycanlı ermənilər tərəfindən törədilmiş soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşayıb.

Uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı terror da reallaşdırılıb. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, xristian və yəhudi məbədlərini məhv etdilər. Ermənilər Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarmış, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününküləşdirib - erməniləşdirib, qriqoryanlaşdırıblar.

Xatırladaq ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında islam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

İnsanları məmnun edən, qürurverici duyğular yaradan odur ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Milli Ordumuzun şücaəti sayəsində Azərbaycan tarixi ədaləti, eləcə də dünya birliyi tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa etdi. Həmin il noyabrın 10-da zəfər qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə başlanıldı. İndi yeni infrastruktur yaradılır, dağıdılmış tarixi abidələr və inanc yerlərimiz bərpa olunur. Onlardan biri də Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscid binasıdır. Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin təməlqoyma mərasimində iştirak ediblər.

Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İkimərtəbəli məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr olacaq. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Azərbaycandakı dini icma rəhbərlərinin 31 Mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə ünvanladıqları müraciətdə deyildiyi kimi, Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyillərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus erməni apostol kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!