08 Fevral 2022 00:28
1597
Mədəniyyət
A- A+
İqtisadi mütəxəssis hazırlığına dəyərli töhfə

İqtisadi mütəxəssis hazırlığına dəyərli töhfə

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən reallaşdırılan inkişaf modeli Azərbaycan iqtisadiyyatını dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatından birinə çevirmişdir. 

Nəticədə ölkəmizin iqtisadiyyatı üç dəfədən də çox böyüməklə regionda iqtisadi, siyasi və hərbi üstünlüyümüzün maddi əsasını təmin etmiş, ən islahatçı ölkə statusuna yüksəlmiş, əhalinin rifah halı yaxşılaşmış, həmçinin Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində mühüm iqtisadi məkana çevrilmişdir.

Qarşıdakı hədəf növbəti 10 ildə Azərbaycan iqtisadiyyatını iki dəfə daha böyütmək, dünya iqtisadi sisteminə səmərəli inteqrasiya etməklə, dövlət və cəmiyyət olaraq əldə etdiyimiz nailiyyətləri daha da möhkəmləndirməklə, yeni uğurlara nail olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi və müəllifliyi ilə yaradılan iqtisadi islahatların idarəedilməsi modeli hal-hazırda inkişaf etməkdə olan ölkələr tərəfindən öyrənilir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə reallaşdırılan iqtisadi islahatlar konseptual və funksional model olaraq dəfələrlə qlobal miqyasda müsbət qarşılanmış və nümunə olaraq praktikada istifadə üçün qəbul edilir. Azərbaycanda aparılan islahatların dayanıqlılığının və davamlılığının əyani nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının iqtisadi mütəxəssislərin hazırlığı üçün hazırlayıb və nəşr etdirdiyi “İqtisadi artım” dərsliyi məhz bu baxımdan çox dəyərlidir. Vüsal Qasımlının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qurumuna rəhbərlik etməsi, mütəmadi olaraq ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən islahatlar və iqtisadiyyatda onun nəticələrinin təhlili və bu sahələr üzrə təklif və konkret model və tövsiyələrin hazırlanmasında böyük nəzəri və praktiki təcrübəsi, eyni zamanda pedaqoji və elmi fəaliyyətlə məşğul olması “İqtisadi artım” kitabının mükəmməl nəzəri və praktiki əhəmiyyətə malik olan bir dərslik olaraq hazırlanmasına xüsusi yanaşmanı təmin etmişdir.

Bu dərslikdən ali təhsil müəssisələrində bakalavr, magistr təhsil səviyyəsində və strateji menecment fənlərinin tədrisində, həmçinin  iqtisadi siyasətin formalaşmasında iştirak edən mütəxəssislər tərəfindən istifadə edilməsi tövsiyə edilir. Xüsusi qeyd etmək lazımdır ki, kitabda müəllif iqtisadi artımın nəzəri-konseptual və praktik məsələlərini əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyələri təqdim edir. Eyni zamanda iqtisadi artımın bütün elementləri, ona təsir edən amillərin nəzəri və praktiki mənbələri ətraflı və müfəssəl tədqiq edilib, maraqlı yanaşmalar  verilmişdir. Qeyd edilmişdir ki, uzunmüddətli dönəmdə iqtisadi artımın drayveri investisiya, əmək resursları və təbii ehtiyatlar deyil, məhsuldarlıqdır. Yalnız bu halda eyni həcmdə istehsal amili ilə daha çox iqtisadi artımı təmin etmək olar. Əgər iqtisadiyyat səmərəli fəaliyyət göstərirsə, sərmayəni də, ixtisaslı əməyi də cəlb edəcək. Bunun üçün ölkədə sabitlik, institutların keyfiyyəti, insan kapitalı, infrastruktur, əlverişli biznes mühiti, bazarlara çıxış, qlobal dəyər zəncirlərində iştirak, inkişafı tətikləyən mədəni kodlar, mədəni-etnik müxtəliflik, identiklik, davranış iqtisadiyyatı və sosial kapital kimi amillər nəzərə alınmalıdır. Hər bir ölkə sadalanan amillərdən yalnız özünəməxsus “buket” hazırlamaqla iqtisadi artımı təmin edə bilər.

Dərslikdə iqtisadi artımın ölkələri inkişafa aparan komponentlərdən yalnız biri olması göstərilmiş və qeyd edilmişdir ki, bu səbəbdən inkişaf konsepsiyası çoxölçülü olaraq bütöv iqtisadiyyatın və sosial sistemlərin yenidən şəkillənməsini ehtiva etməlidir. İnstitutsional, sosial və inzibati strukturlarda dəyişikliklər gəlirlərin və məhsul istehsalının artımına səbəb olur. Mütərəqqi beynəlxalq iqtisadi və sosial sistemlərin modifikasiya edilərək milli kontekstdə uyğunlaşdırılması vacib məqamlardan biridir. Hətta qlobal ideyaların yerli şəraitdə tətbiqini ehtiva edən “qlokalizasiya” ifadəsi yaranmışdır. Bu baxımdan Vüsal Qasımlı “İqtisadi artım” kitabında da Azərbaycan inkişaf modelinin özünəməxsusluğunu qabarda bilmişdir.

Ümumi şəkildə desək, iqtisadi artım - müəyyən dövr ərzində məhsul və xidmətlərin buraxılışında yaranan real dəyişmədir. Eyni zamanda geniş yayılmış yanaşmalardan birinə görə, iqtisadi artım inflyasiya nəzərə alınaraq, adambaşına düşən məhsul və xidmətlərin buraxılışında yaranan illik faiz dəyişməsidir. İqtisadi inkişaf isə daha geniş anlayış olub, iqtisadiyyatın və sosial həyatın keyfiyyətcə yaxşılaşması, ölkə, region, icma və fərd səviyyəsində rifah halının yüksəlməsini ehtiva edir. Professor V.Qasımlı kitabda apardığı araşdırma nəticəsində belə bir qənaətə gəlir ki, iqtisadi artım əsas məqsəd deyil, davamlı inkişafı təmin etmək üçün vasitədir.

Kitabda maraqlı yanaşmalardan biri də iqtisadi artımın kompleks məsələ kimi qəbul edilməsi, müasir yanaşmalara əsaslanaraq iqtisadi artımın təmin olunması üçün palitra verilməsidir. Obrazlı desək, Günəşdəki qara nöqtələrdən savayı iqtisadi artıma heç nə təsirsiz ötüşmür. Yalnız zəki steykholderlərin konsiliumu şəraitində diaqnoz və düzgün strategiyanın seçilməsi ilə iqtisadi artımı təmin etmək mümkündür. İnstitusionalistlər, davranış iqtisadiyyatı tərəfdaları, mədəniyyəti əsas götürənlər, iqtisadi identikliyə və ya narrativlərə üstünlük verənlər, coğrafi determinizmi tərcih edənlər, klassik mövqedə dayananlar, bir sözlə, geniş bir spektr iqtisadi artımla bağlı dərin bir mükalimənin içərisindədirlər. Spektr o qədər genişdir ki, hətta Aleksandr Soljenitsinin timsalında iqtisadi artım barədə mənfi fikir söyləyənlər də olmuşdur: “İqtisadi artım nəinki, anormaldır, hətta məhvedicidir”. Həqiqət payı isə hər bir yanaşmada zaman və məkan daxilində müxtəlif hədlərdədir. İqtisadi artım iqtisadi və sosial inkişafla nəticələnəndə, davamlı və inklüziv olanda, ətraf mühitə təsirləri minimuma enəndə və nəhayət, Soljenitsinin sözləri ilə desək, “məhvedici” olmayanda daha arzuolunandır. Bir sözlə, iqtisadi artım özlüyündə son məqsəd deyil, davamlı inkişaf üçün vəsilədir.      

V.Qasımlı kitabda göstərir ki, həm fiskal, həm də monetar siyasət sabitlik və iqtisadi artımın balanslaşdırılmasına hədəflənir. İqtisadi artımın sürətlənməsi üçün fiskal stimullar həm də fiskal dayanıqlılıq baxımından qiymətləndirilməlidir. O cümlədən borc dayanıqlığı, pensiya və səhiyyə sisteminin dayanıqlığı, vergi sisteminin dayanıqlığı, büdcə sisteminin dayanıqlığı tələb edir ki, fiskal stimullar iqtisadi artımı sürətləndirsin. İqtisadiyyatın növbəti 10 ildə iki dəfə artırılması hədəfinə uyğun olaraq illik artım tempinin orta hesabla 7,2 faizə çatdırılması lazımdır. Yalnız davamlı iqtisadi artım fiskal dayanıqlılıq və makroiqtisadi sabitlik üçün fundamental əsasdır. Yəni fiskal stimullar iqtisadi artımı sürətləndirir, fiskal risklər məqbul hədlərdə saxlanılmaqla “fiskal fəza” genişlənir.

Müəllif “İqtisadi artım” kitabında həm də biznes modeli və  iqtisadi artım arasında əlaqəni təhlil edir. Azərbaycanda iqtisadi artımın hərəkətverici qüvvəsi özəl sektor olaraq hədəfləndiyindən, biznes modelin üzərində dayanılması zəruridir. Kitabda iki yanaşma - “təkmilləşdirici menecment” (lean management) və çevik (agile) idarəetmə arasında sinerjiyə dair mülahizə verilir.

Kitabda təkcə qısa və ortamüddətli deyil, həm də uzunmüddətli inkişaf perspektivləri təhlil edilir. İsrail intellektualı Yuval Noy Harari bildirir ki, 19-cu əsrdə Britaniya sənayeləşmədən sonra dünya hegemonluğuna başlamışdır, 21-ci əsrdə də süni intellekt sahəsində önə keçən dövlət(lər) eyni ssenarini təkrarlayacaq. Hazırda süni intellekt yarışmasının önündə Çin və ABŞ gedir. Əgər süni intellektin gətirdiyi faydalar insanlar arasında bölünməsə, bəzi ölkələr yüksək texnologiyalı hablara, qalanları isə istismar olunan data-koloniyalara çevrilə bilərlər. Hararinin fikrincə, bioloji bilik, kompüterin gücü və data hətta insanı tam nəzarətə götürməyə imkan verəcək. ABŞ alimi Noam Komski, rus alimləri T.V.Çerniqovskaya və S.Y.Qlazyev bəşəriyyətin tarixində görünməmiş miqyasda texnoloji inqilabın olacağını proqnozlaşdırırlar. Bu baxımdan prof. Vüsal Qasımlı kitabda həm gələcək risk, təhdid və perspektivləri təhlil edir, həm də inkişaf üçün həll yollarını göstərir. Dünyada rəqəmsal erada beşinci nəsil geo-texnoloji rəqabət mövcuddur. Rəqabət aparmaq üçün bir çox ölkə 5G texnologiyalardan istifadə etməklə dövlət hakimiyyətinin alətlərini gücləndirir; 5G texnologiyasının hökumət, biznes və istehlakçılar tərəfindən istifadəsini stimullaşdırır; milli səviyyədə 5G texnologiyalarını avadanlıq, proqram təminatı və rəqəmsal xidmətlərdə inkişaf etdirir. Artıq Estoniya keal vaxt rejimində işləyən iqtisadiyyat strategiyasını həyata keçirir.

Müəllif  kitabda qeyd edir ki, aya adam göndərmək mürəkkəb məsələdir, amma bəlli bir “resept”i var. İqtisadi artımın isə hər bir ölkə üçün fərqli “resept”i işlənməlidir. Buna görə də Harvard professoru Matt Andryus qeyd edir ki, iqtisadi artım kompleks problemdir və onun həlli “problemin hərəkət etdirdiyi və təkrarlara əsaslanan uyğunlaşma” (PDİA - problem-driven iterative adaptation) yanaşması ilə mümkündür. Yəni iqtisadi artım üçün əvvəlcə problemin dəqiq diaqnozu qoyulmalıdır, daha sonra problemin həlli üçün adaptiv strategiya işlənilməlidir.

“İqtisadi artım” kitabı beynəlxalq elmi ictimaiyyətin də diqqətini cəlb edib. Belə ki, Pakistanın İqtisadi İnkişafı İnstitutu (PIDE) və Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzində kitabın təqdimatları olub. Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarə edilməsi” üzrə rəhbər kadrların hazırlanması proqramının məzunu kimi Vüsal Qasımlı “Azərbaycanda iqtisadi şaxələndirmənin tətbiqi” adlanan məqaləsində kitabın elmi nəticələrini təqdim edib. Material Harvard Universitetinin Beynəxalq İnkişaf Mərkəzinin “Dövlət quruculuğu” proqramının saytında yayımlanıb.  “İqtisadi artım” kitabının xarici elmi dairələrdə müzakirəyə çıxarılması ölkəmizin intellektual təqdimatı və Azərbaycan iqtisad elminin dünya miqyasında layiqli təmsilçiliyi baxımından əhəmiyyət kəsb edir.

Eyni zamanda “İqtisadi artım” istiqamətində tədqiqat aparan doktorantlar, magistrlər, gənc tədqiqatçılar, professor-müəllimlərin və mütəxəssislərin maraqlarını nəzərə alaraq yeni düşüncə və təfəkkürlər ilə zəngin olan  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının tövsiyəsi ilə nəşr edilən kitab Azərbaycan Diplomatik Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimatı keçirilmiş, iqtisadiyyat və idarəetmə istiqamətində müvafiq ixtisaslar üzrə bakalavriat, magistratura səviyyəsinin təhsil Proqramında və Tədris Planında fənn kimi tədrisinin nəzərdə tutulması məqsədəuyğun hesab edilmişdir.

 

Məhəbbət MƏMMƏDOV,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!