05 Noyabr 2026 11:00
228
SİYASƏT
A- A+
İqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz  

İqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz  


Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin inkişafına dair açıqlamasını müsbət tendensiya kimi qiymətləndirmək olar. Bu, ilk növbədə Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların və irəli sürdüyü sülh gündəliyinin artıq konkret iqtisadi nəticələr verməyə başladığına dəlalət edir. 

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV qəzetimizə açıqlamasında dedi ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən yüklərin ölkəmizin ərazisi ilə İrəvana daşınması və qarşılıqlı ticarət imkanlarının genişlənməsi sülhün hər iki ölkə üçün real iqtisadi faydalar yarada biləcəyini nümayiş etdirir: “Bu baxımdan iqtisadi əməkdaşlıq yalnız ticarət münasibətlərinin inkişafı deyil, həm də qarşılıqlı etimadın formalaşması və regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır. İqtisadi münasibətlərin inkişafı siyasi və hüquqi öhdəliklərin yerinə yetirilməsini əvəz edə bilməz. Bu prosesin davamlılığı üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə icra etməlidir. Xüsusilə Vaşinqton razılaşmaları çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması, TRIPP layihəsinin həyata keçirilməsi, eləcə də ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı konstitusion maneələrin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir”. 

Siyasi təhlilçi bildirdi ki, Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Ölkəmiz qarşıdurmanın davam etdirilməsində deyil, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün qurulmasında maraqlıdır. Bununla belə sülhün gələcəyi yalnız siyasi bəyanatlardan deyil, həmin bəyanatların konkret addımlarla dəstəklənməsindən asılıdır. 

O hesab edir ki, Ermənistan rəhbərliyi də getdikcə daha aydın şəkildə dərk edir ki, Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq ölkənin inkişafı üçün mümkün imkanlar açır: “Bu imkanların reallaşması isə ilk növbədə İrəvanın siyasi iradəsindən və əldə edilmiş razılaşmalara sadiqliyindən asılı olacaq. Nəticə etibarilə, ticarət əlaqələrinin genişlənməsi sülh prosesində müsbət bir göstəricidir. Lakin həqiqi və davamlı sülhün əsas təminatı qarşılıqlı etimad, hüquqi aydınlıq və götürülmüş öhdəliklərin tam icrasıdır. Azərbaycan məhz belə bir sülhün tərəfdarıdır”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi münasibətlərin inkişafı hüquqi öhdəlikləri əvəz edə bilməz  

11:00
05 Noyabr

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!