15 Fevral 2025 08:00
800
SİYASƏT
A- A+
İlham Əliyev uzaq Afrikanı yaxın edir

İlham Əliyev uzaq Afrikanı yaxın edir


Hasan Şeyx MAHMUD: "Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə ticarət və logistika sahələrində qapı kimi baxa bilər" 


Somali təbii sərvətləri bol olan, amma dəfələrlə dövlət çevrilişlərinə və müharibələrə, eləcə də quldur basqınlarına  məruz qalan ölkədir. Somalinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edır. Balıqçılıq və əkinçilik bu Afrika ölkəsinin ümumi daxili məhsulunun (ÜDM) böyük bir hissəsi və ölkə əhalisinin yarıdan çoxunun əsas məşğuliyyət sahələridir.

Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının fəal üzvüdür. Həmin çərçivədə Azərbaycanla qarşılıqlı hörmətə və marağa əsaslanan əməkdaşlıq əlaqələri quran Somali bu əlaqəni inkişaf etdirmək niyyətindədir. Səbəbi məlumdur - Azərbaycan etibarlı və sadiq tərəfdaşdır. Bu gün Azərbaycan Somalidə müxtəlif sosial və iqtisadi çağırışlara dəstək göstərməklə ölkənin inkişafına töhfə verir. Konkret desək, iki ölkə arasında kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, "yaşıl enerji", humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır. 

Yeni formalaşan bu münasibətin fonunda  Somali Prezidentinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir və hər iki dövlət arasında əməkdaşlığın yeni mərhələyə keçəcəyindən xəbər verir. Səfər çərçivəsində keçirilən görüş zamanı liderlər  əsasən  ikitərəfli münasibətləri müzakirə etdilər. Ardınca isə iki ölkə arasında mühüm sənədlər imzalandı. İmzalanmış sənədlər Azərbaycanla Somali arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsini ehtiva edir. 

Xatırladaq ki, bir həftə əvvəl Azərbaycanın böyük nümayəndə heyəti Somaliyə səfər etmiş və əsasən gələcəkdə iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində fikir mübadiləsi aparmışdır. Bu faktı mətbuata verdiyi  bəyanatında səsləndirən  Prezident İlham Əliyev daha sonra bildirmişdir: "Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik". 

Yeri gəlmişkən, qeyd edək ki, bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruanda və Keniyaya səfər etmişdir. Ruanda və Keniya prezidentləri ilə görüşən Leyla xanım səfər çərçivəsində Ruandanın Kiqali şəhəri yaxınlığındakı məktəbdə  olmuş, Kiqali Soyqırımı Memorialını ziyarət etmişdir.  Keniyanın paytaxtı Nayrobi şəhərində  də olan Leyla Əliyeva bu ölkənin ən qədim təhsil ocaqlarından sayılan Nayrobi tam orta məktəbinə baş çəkmiş, məktəbdə fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışını etmişdir.

Məlumdur ki, əhaliyə yüsək səviyyədə xidmət göstərmək, bütün xoşagəlməz halların qarşısını almaq, süründürməçilik və bürokratiyaya son qoymaq "ASAN xidmət"in əsas missiyasıdır və qurum bu işin öhdəsindən bacarıqla gəlir. Dünyanın bir çox ölkəsi ilk dəfə Azərbaycanda tətbiq edilən "ASAN xidmət"in təcrübəsindən yararlanır. Prezident İlham Əliyev bəyanatında "ASAN xidmət"in Somalidə də tətbiq olunması ehtimalını söyləmişdir: "Azərbaycanda "ASAN xidmət"lərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik".

Söz düşmüşkən qeyd edək ki, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud səfər çərçivəsində "ASAN xidmət" mərkəzinə gedərək onun fəaliyyəti ilə tanış oldu. Ali qonağa "ASAN xidmət" modeli ilə bağlı təqdimat edildi, hazırda Azərbaycanın intellektual brendinin 20-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırıldı. Hasan Şeyx Mahmud Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət"in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğuladı. Həmçinin o, "ASAN xidmət"in dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yüksək peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirdi. Somali Prezidenti Azərbaycanın təcrübəsi əsasında ölkəsində dövlət xidmətləri mexanizminin yenilənməsinə və bununla bağlı verilən dəstəyə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını ifadə etdi.

Somali Prezidenti mətbuata bəyanatında ölkəsinin Azərbaycanın etibarlı tərəfdaş olduğunu, onunla əməkdaşlıqdan məmnun qaldığını, təcrübəsindən öyrənməyə hazır olduğunu vurğuladı: "Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırıla bilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırıla bilən siyasət və proqnozlaşdırıla bilən inkişaf siyasətidir. Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə  ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub  

19:07
30 Mart

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb  

18:36
30 Mart

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub  

17:39
30 Mart

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir  

17:13
30 Mart

Almaniya klubunun baş məşqçisi istefaya göndərilib  

16:10
30 Mart

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!