27 Noyabr 2026 12:43
229
İQTİSADİYYAT
A- A+
İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib  

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib  


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının monitorinqi və qiymətləndirilməsi çərçivəsində Ələt Azad İqtisadi Zonasına (AİZ) səfər təşkil edilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi monitorinq qrupu Ələt AİZ-in səlahiyyətli qurumunun sədri Valeh Ələsgərovun nümayəndə heyəti ilə birlikdə zonada həyata keçirilən layihələrə yerində baxış keçirib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Strategiyanın iqtisadi zonaların potensialının reallaşdırılması istiqaməti üzrə görülən işlər nəzərdən keçirilib. Ələt Azad İqtisadi Zonasının FEZ 1 ərazisində həyata keçirilən infrastruktur layihələri və görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə 60 hektar ərazi istifadəyə hazır vəziyyətə gətirilib, 310 min kvadratmetr sənaye sahəsi zəruri infrastrukturla təmin olunub, əlavə 138 hektarlıq ərazidə isə əsas infrastruktur işləri tamamlanıb. Ərazidə günəş panellərinin istehsalı müəssisəsinin tikintisinə başlanıldığı, həmçinin xarici investorlarla əməkdaşlıq çərçivəsində data mərkəzinin yaradılması üçün sahə ayrıldığı və daha iki data mərkəzinin yerləşdirilməsi imkanlarının nəzərdən keçirildiyi qeyd olunub. Bu layihələrin sənaye istehsalının şaxələndirilməsinə, yüksək texnologiyaların inkişafına və zonanın investisiya və ixrac potensialının genişləndirilməsinə töhfə verəcəyi bildirilib.

Eyni zamanda, Ələt Azad İqtisadi Zonasının FEZ 4 ərazisində həyata keçirilən layihələrə, xüsusilə beynəlxalq hava limanının tikintisinə yerində baxış keçirilib. Bildirilib ki, ümumi sahəsi 4313 hektar olan FEZ 4 ərazisinin təxminən 750 hektarlıq hissəsində hava limanı və əlaqəli logistika infrastrukturu yaradılır. Monitorinq zamanı yük terminalı, hava hərəkətini idarəetmə qülləsi, xilasetmə və yanğınsöndürmə obyektləri üzrə aparılan tikinti işləri ilə tanış olunub, hava limanının 2027-ci ilin ortalarınadək tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib.

Ələt AİZ-in beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsi yeni hava limanının logistika və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini artırır.

Səfər zamanı əldə edilən məlumatlar Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsində nəzərə alınacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamına əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəlilabadda mülki müdafiə sahəsində görülən işlərin yekunları müzakirə olunub  

13:08
27 Noyabr

Ceyhun Bayramov: Estoniya ilə münasibətlərdə çox ciddi dinamika müşahidə edirik  

13:05
27 Noyabr

Mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələlər tənzimlənir  

13:04
27 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:44
27 Noyabr

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib  

12:43
27 Noyabr

Bakıda növbəti bal yarmarkası başlayıb

12:42
27 Noyabr

Azərbaycanın tarixi Zəfərinin, diplomatik qələbəsinin və iqtisadi nailiyyətlərinin nəticəsi  

12:39
27 Noyabr

Mingəçevirdə payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub  

12:23
27 Noyabr

Ceyhun Bayramov: Estoniyanın Bakıda səfirliyinin açılması münasibətlərdə mühüm mərhələdir  

12:16
27 Noyabr

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib  

12:03
27 Noyabr

Parlament SOCAR ilə “Exxon Mobil” arasında imzalanan Sazişi təsdiqləyib

11:59
27 Noyabr

 Yaddaşın pisləşməsinin gizli amili

11:57
27 Noyabr

Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonlarına doğru istifadəyə verilə bilər

11:49
27 Noyabr

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  

11:34
27 Noyabr

Kim Çen In taktiki nüvə silahının tətbiq sahələrinin genişləndirilməsi ehtimalını açıqlayıb  

11:30
27 Noyabr

Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb

11:17
27 Noyabr

Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  

11:17
27 Noyabr

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

11:09
27 Noyabr

Azərbaycan neftinin qiyməti 102 dolları ötüb

11:08
27 Noyabr

Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb 

11:07
27 Noyabr

Birjalarda neft bahalaşıb

10:58
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!