27 Noyabr 2026 12:39
220
SİYASƏT
A- A+
Azərbaycanın tarixi Zəfərinin, diplomatik qələbəsinin və iqtisadi nailiyyətlərinin nəticəsi  

Azərbaycanın tarixi Zəfərinin, diplomatik qələbəsinin və iqtisadi nailiyyətlərinin nəticəsi  


 “Prezident cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən, eləcə də müdrik siyasəti və diplomatiyası sayəsində hərbi və siyasi yolla ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın bərpa olunmasının təməli qoyuldu. Bölgədə dayanıqlı sülhün yaranması, dövlətlər və xalqlar arasında səmimi münasibətlərin qurulması təşəbbüsü də ölkə başçımız tərəfindən irəli sürülmüşdür”. 

Bu fikirləri qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirdi. 

Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına,  tərəqqisinə böyük imkanlar yaratmış olacaq: “2025-ci ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri sülh sazişini parafladılar. Həmçinin iki dövlət arasında bütün nəqliyyat,  kommunikasiya xətlərinin açılması, TRİPP layihəsinin həyata keçirilməsi  barədə tarixi razılaşma əldə olundu. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən ilk addımlar da atıldı. Azərbaycan ərazisindən keçməklə digər ölkələrdən Ermənistana yüklər daşındı, eləcə də Azərbaycandan Ermənistana benzin və dizel yanacağı göndərildi. Artıq Ermənistan dövlətində də TRİPP layihəsinin icrası istiqamətində praktiki addımlar atılmışdır”.

Professor qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın layihənin icrasına başlanması münasibətilə videomüraciətində prezidentimizə xoş sözlər söyləməsi, Prezident cənab İlham Əliyevin də öz növbəsində ABŞ Prezidentinə təşəkkür etməsi Azərbaycanla ABŞ arasında münasibətlərin yüksək səviyyədə olmasından və inkişafından xəbər verir. Bu eyni zamanda Azərbaycanın regionda sülhün və təhlükəsizliyin yaranmasında apardığı böyük rolun dünyanın ən qüdrətli dövləti tərəfindən yüksək qiymətləndirilməsinin və dəstəklənməsinin təzahürüdür.

“TRİPP layihəsinin reallaşması Azərbaycanın milli və dövlət maraqlarına tam xidmət etməklə bərabər Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz quru nəqliyyat əlaqəsinin bərpasına imkan yaradacaq. 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasəti nəticəsində iqtisadi çətinliklərlə üzləşən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi cəhətdən inkişaf edəcək, investisiya imkanları genişlənəcək, eləcə də Azərbaycanın digər bölgələri ilə əlaqələri yaranacaq.

Layihənin reallaşması Azərbaycanın Avrasiya məkanında yerləşən dövlətlərlə əlaqələri daha da güclənəcək, nəqliyyat-loqistika mərkəzi kimi dövlətlər arasında körpü rolunu oynayacaq. Azərbaycanla Türkiyə arasında quru bağlantılar genişlənəcək, eyni zamanda Türk dünyasının inteqrasiyasına böyük töhfə verməklə yanaşı Avropa ilə Asiya arasında yükdaşımaların həcmi dəfələrlə artacaq. Bu eyni zamanda ölkəmizin iqtisadi inkişafına da böyük imkan yaradacaq.TRİPP yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz, eləcə də Avrasiya məkanında yerləşən dövlətlərin iqtisadi mənafeyinə xidmət edən bir layihədir”, - deyə kafedra müdiri bildirdi. 

Həmçinin Kamilə Əliyeva vurğuladı ki, TRİPP layihəsinin icrasına başlanması Azərbaycanın böyük tarixi Zəfərinin, diplomatik qələbəsinin davamı, iqtisadi nailiyyətlərinin möhkəmlənməsinin parlaq nəticəsidir.


Əsmər QARDAŞXANOVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəlilabadda mülki müdafiə sahəsində görülən işlərin yekunları müzakirə olunub  

13:08
27 Noyabr

Ceyhun Bayramov: Estoniya ilə münasibətlərdə çox ciddi dinamika müşahidə edirik  

13:05
27 Noyabr

Mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələlər tənzimlənir  

13:04
27 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:44
27 Noyabr

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib  

12:43
27 Noyabr

Bakıda növbəti bal yarmarkası başlayıb

12:42
27 Noyabr

Azərbaycanın tarixi Zəfərinin, diplomatik qələbəsinin və iqtisadi nailiyyətlərinin nəticəsi  

12:39
27 Noyabr

Mingəçevirdə payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub  

12:23
27 Noyabr

Ceyhun Bayramov: Estoniyanın Bakıda səfirliyinin açılması münasibətlərdə mühüm mərhələdir  

12:16
27 Noyabr

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib  

12:03
27 Noyabr

Parlament SOCAR ilə “Exxon Mobil” arasında imzalanan Sazişi təsdiqləyib

11:59
27 Noyabr

 Yaddaşın pisləşməsinin gizli amili

11:57
27 Noyabr

Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonlarına doğru istifadəyə verilə bilər

11:49
27 Noyabr

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  

11:34
27 Noyabr

Kim Çen In taktiki nüvə silahının tətbiq sahələrinin genişləndirilməsi ehtimalını açıqlayıb  

11:30
27 Noyabr

Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb

11:17
27 Noyabr

Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  

11:17
27 Noyabr

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

11:09
27 Noyabr

Azərbaycan neftinin qiyməti 102 dolları ötüb

11:08
27 Noyabr

Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb 

11:07
27 Noyabr

Birjalarda neft bahalaşıb

10:58
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!