30 İyul 2025 08:39
606
CƏMİYYƏT
A- A+
İdarəetmədə yeniliyə xidmət edən “Yüksəliş”

İdarəetmədə yeniliyə xidmət edən “Yüksəliş”


Son günlərin ictimai əhəmiyyətli hadisələri sırasında bir yenilik də var. "Yüksəliş" müsabiqəsinin yeni qalibləri artıq məlumdur. Onlar cəmiyyətə təqdim olunur, ictimaiyyət bu yarışmanın finalına qədər irəliləyərək ən yüksək nəticəni qazanmış iştirakçıların uğurlarını alqışlayır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla ölkəmizdə keçirilən müsabiqənin xüsusilə gənclərimizin inkişafının dəstəklənməsində, onların potensialının üzə çıxarılmasında, cəmiyyətin inkişafında fəal iştirakının təmin olunmasında rolu müstəsnadır. Belə bir layihə idarəetmə və liderlik potensialına malik kadrların müəyyənləşdirilməsinə xidmət göstərir, ölkəmizdə insan kapitalının inkişafına böyük töhfə verir. Eyni zamanda intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 


Sistemli proqram


Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Müsabiqənin əsas məqsədi qeyd olunduğu kimi, bacarıqlı, bilikli və liderlik keyfiyyətlərinə malik şəxsləri aşkar etmək, onların inkişafına şərait yaratmaq və dövlət idarəçiliyində kadr ehtiyatını gücləndirməkdir. Bu layihədə iştirak edənlər müxtəlif istiqamətlərdə - test imtahanları, psixoloji və liderlik sınaqları, situasiya tapşırıqları, fərdi müsahibələr və simulyasiya mərhələlərində öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Müsabiqə təkcə bir qiymətləndirmə vasitəsi deyil, eyni zamanda yüksək potensiallı vətəndaşlarımızın idarəçilik sahəsində inkişafına təkan verən sistemli bir proqramdır. "Yüksəliş" xüsusilə Azərbaycanın gənclər siyasətinin real və funksional təzahürlərindən biridir. Bu layihə gənc nəslin potensialını üzə çıxararaq onların gələcək liderlər kimi formalaşmasına şərait yaradır. Müsabiqədə iştirak edən şəxslər arasında gənclərin üstünlük təşkil etməsi, onların özlərini dövlət idarəçiliyində təsdiqləməsi bu siyasətin uğurlu nəticəsidir.

Bundan əlavə, "Yüksəliş" kimi təşəbbüslər dövlətin meritokratiya prinsipinə sadiqliyini, bilik və bacarığın əsas meyar olaraq qiymətləndirilməsini göstərir. Bu, gənclər arasında ədalətli rəqabət mühitini təşviq edir və cəmiyyətin inkişafına mühüm töhfələr verir.

 "Yüksəliş" müsabiqəsi və Azərbaycanın gənclər siyasəti bir-birini tamamlayan və gücləndirən iki əsas strateji istiqamətdir. Bu cür təşəbbüslər sayəsində gənc nəsil öz bacarıqlarını reallaşdırmaq, ölkənin gələcəyində fəal iştirak etmək və liderlik mövqelərinə yüksəlmək imkanına sahib olur. Müsabiqə göstərir ki, Azərbaycanın bu günü kimi, gələcəyi də savadlı, təşəbbüskar və vətənpərvər insanların əlindədir və "Yüksəliş" bu yolda onların yanında olan mühüm bir platformadır.


Müasir Azərbaycanın kadr siyasətində dönüş nöqtəsi


"Yüksəliş" müsabiqəsi milli dövlətçilik tariximiz üçün mühüm əhəmiyyət daşıyan layihədir. Bu baxımdan sözügedən müsabiqə müasir Azərbaycanın kadr siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. İlk növbədə bu müsabiqə yeni dövrün dövlət idarəçiliyinə keçidin simvolu kimi nəzərə çarpır. Burada hər kəsin yalnız bilik və bacarıqları, şəxsi keyfiyyətləri əsas götürülür. Bu isə dövlət idarəçiliyində şəffaflıq və ədalətliliyin təmin olunması, qorunması baxımından mühüm bir addımdır.

Azərbaycanda ilk dəfə olaraq dövlət səviyyəsində belə bir proqram vasitəsilə gənclərə rəhbər vəzifələrə hazırlanmaq imkanı yaradılıb, "Yüksəliş" belə bir hazırlıq prosesini rəsmiləşdirib və institusional çərçivəyə salıb. Bu müsabiqə nəticəsində ilk növbədə potensiallı kadrların milli ehtiyat bazası formalaşdırılır. Belə bir iş gələcəkdə strateji sahələrdə kadr çatışmazlığına qarşı qabaqlayıcı tədbir kimi dövlət idarəçiliyinin davamlılığını təmin edir.

"Yüksəliş" müsabiqəsi minlərlə vətəndaşımız üçün motivasiya mənbəyidir: "Əgər bilikli və bacarıqlısansa, sən də lider ola bilərsən". Bu, uzun müddət gənclərin qarşılaşdığı "yalnız əlaqəsi olanlar irəliləyə bilər" stereotipini sındırır və daha ədalətli cəmiyyət modelini təmsil edir. Eyni zamanda "Yüksəliş"in qalibləri minlərlə gəncimiz üçün örnək rolunu oynayırlar. Belə örnəklərə hər zaman ehtiyac var, cəmiyyətin mənəvi tərəqqisində, yeni nəslin görüb-götürməsində belə nümunələrin rolu çox böyükdür. 

Müsabiqənin tam şəffaf, mərhələli və texnoloji əsaslı şəkildə aparılması, bütün mərhələlərin - testlərdən tutmuş simulyasiya tapşırıqlarınadək - müasir idarəetmə yanaşmaları əsasında təşkil olunması inkişaf etmiş ölkələrin liderlik yetişdirmə modellərinə uyğun bir təcrübə kimi prosesin mükəmməlliyinə diqqəti çəkir.


Etimad nişanı


Cəmiyyətimizdə "Yüksəliş qalibi" deyə bir epitetin, dəyərin formalaşması, fikrimizcə, 2020-ci ildən bəri qazanılmış ən böyük nailiyyətlərdəndir. "Yüksəliş" qalibi olmaq özü-özlüyündə bir brendə, fərdin etimad nişanına çevrilib. İşəgötürənlər üçün bu, həmin şəxsin bilik, məsuliyyət və liderlik keyfiyyətlərinə malik olduğunu göstərir. Bu status onlara həm özəl, həm də dövlət sektorunda daha geniş imkanlar açır. Hər müsabiqədən sonra qaliblərin fərdi və karyera yolunda əldə etdikləri irəliləyişlər müsabiqənin adi bir layihə olmadığını, vahid bir sistem əsasında strateji hədəflərə yönəldiyini göstərir. 

Qaliblərə ölkənin tanınmış dövlət xadimləri, biznes menecerləri, ekspertləri ilə mentorluq proqramı təklif olunur. Bu proses sayəsində onlar yalnız nəzəri bilik yox, praktiki idarəetmə təcrübəsi və strateji baxış qazanırlar. Mentorluq həm də onlar üçün peşəkar şəbəkələşmənin qapısını açır.

Əvvəlki müsabiqələrin qaliblərinin bir çoxu artıq ayrı-ayrı dövlət qurumlarında, özəl sektorda, yaxud beynəlxalq təşkilatlarda vəzifəyə irəli çəkilib və ya yeni rəhbər vəzifələrə təyin olunublar. "Yüksəliş" qalibləri dövlətin rəsmi kadr ehtiyatı bazasına daxil edilir. Bu o deməkdir ki, yeni vakansiyalar, rəhbər postlar və layihələr zamanı həmin insanlar ilk namizədlər sırasında dəyərləndirilirlər.  

Qaliblər müxtəlif liderlik və idarəetmə təlimlərinə, simulyasiya proqramlarına və beynəlxalq səviyyəli inkişaf kurslarına cəlb olunurlar. Bu isə onların tərcümeyi-halını gücləndirir, gələcəkdə yerli və beynəlxalq əmək bazarlarında daha rəqabətli kadr olmalarını təmin edir.

Nəticə etibarilə "Yüksəliş" müsabiqəsi Azərbaycanın insan kapitalının inkişafında yeni səhifə açır və gələcək nəsil dövlət xadimlərinin, menecerlərin və liderlərin formalaşmasında strateji alət kimi tarixə düşür. Bu təşəbbüs təkcə bir layihə olmayıb, bir dövlət ideologiyasının - bacarığa əsaslanan inkişaf yolunun təzahürü kimi qiymətləndirilməlidir. 


Güclü insan resursları cəmiyyətin təməlidir


"Yüksəliş"in belə yüksək səviyyədə təşkili təsadüfi deyil. Azərbaycan Prezidentinin müxtəlif çıxışlarında da vurğuladığı kimi, inkişaf etmiş cəmiyyətin təməli güclü insan resurslarıdır. Bu müsabiqə də belə resursların formalaşdırılmasını hədəfləyir. 

Cənab İlham Əliyevin yanaşmasına görə, dövlət idarəçiliyi sisteminin səmərəliliyi yalnız qanunlarla deyil, bu sistemdə çalışan insanların keyfiyyəti ilə müəyyən olunur. "Yüksəliş" bu baxımdan dövlətin gələcək liderlərini indidən seçib müəyyənləşdirir, hazırlayır, istiqamətləndirir.

 "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin idarəetmədə şəffaflıq, peşəkarlıq prinsiplərini həyata keçirmək üçün istifadə etdiyi effektiv platformadır. Bu layihə vasitəsilə idarəçilik sisteminə yeni nəfəs və təzə düşüncə tərzi gətirilir. 

Müsabiqənin hər mərhələsi dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır. Qaliblərlə keçirilən görüşlər, onların fəaliyyətlərinə verilən dəstək və medianın diqqətinə təqdim olunmaları Prezidentin bu layihəyə şəxsi maraq və nəzarətini göstərir. Belə bir münasibət həm də qaliblər üçün ciddi bir stimuldur - onlar bilirlər ki, dövlət başçısının nəzər-diqqətindədirlər.

Prezident İlham Əliyevin uzunmüddətli strateji yanaşmasında neftdənkənar inkişafın və insan kapitalının gücləndirilməsi əsas prioritetlərdəndir. "Yüksəliş" gələcəyə belə bir strateji baxışın praktik alətlərindəndir - çünki burada məqsəd təbii sərvət deyil, insan potensialı üzərindən ölkənin gələcəyini qurmaqdır.


"Yüksəliş" müsabiqəsinin beşinci mövsümünün qalibləri də müəyyən edildi


Artıq beşinci "Yüksəliş" müsabiqəsi başa çatıb. Müsabiqənin builki konsepti Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması ilə əlaqələndirilib. Eyni zamanda 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin beşinci ildönümü və "Yüksəliş"in beşinci mövsümü ilə eyni vaxta təsadüf edir.

 Müsabiqənin işçi qrupundan bildirilir ki, final mərhələsində iştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 faizi dövlət, 57.14 faizi özəl sektorda çalışır.

Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarət olub. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən "İdarəçi rollar modeli" üzrə qiymətləndiriliblər.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunub. Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən "Qiymətləndirmə konfransı (Assessment Conference)" metodu ilə həyata keçirilib. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eyni zamanda bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur.

Bir sözlə, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin bilik, bacarıq və vətənpərvərlik prinsiplərinə əsaslanan dövlət quruculuğu modelinin əyani nümunəsidir. Bu müsabiqə dövlətimizin rəhbərinin strateji liderlik yanaşmasında təkcə gənclərlə iş üsulu deyil, həm də dövlətin gələcək idarəçilərini formalaşdıran strateji resursdur. Prezidentin şəxsi təşəbbüsü ilə reallaşdırılan bu layihə vətəndaşlara ümid, idarəetmə sisteminə davamlılıq, cəmiyyətə tərəqqi gətirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!