10 May 2026 11:17
686
SİYASƏT
A- A+
Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan xüsusi günlərdən biridir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyev bütün həyatını xalqına və dövlətinə xidmətə həsr edib, ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada layiqli yer tutması üçün misilsiz xidmətlər göstərib.

Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqımıza və Azərbaycana ləyaqətlə xidmət edib. Ona görə də xalqımız ən çətin günlərində yenə də Heydər Əliyevə üz tutdu. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi Azərbaycan tarixinə "Milli Qurtuluş Günü" kimi daxil oldu. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı xilaskarlıq misssiyası idi.

1993-cü ilin iyun ayına qədər ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Bu çətin və şərəfli missiyanı öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev atdığı cəsarətli addımlarla Azərbaycanı onun müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən çıxarmağı bacardı və onun yaşamasını təmin etdi.

Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, qanunçuluq bərpa olundu və dövlət institutlarının formalaşdırılmasına başlanıldı.

Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatın dirçəldilməsi, xarici investisiyaların cəlb olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi və ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu. Bu müqavilə sayəsində ölkəmiz dünya iqtisadi sistemində mühüm mövqeyə sahib oldu, xalqın rifah halının yaxşılaşdırılması üçün geniş imkanlar yarandı. Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası bu gün də Azərbaycanın iqtisadi gücünün əsas dayaqlarından birini təşkil edir.

Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli ideologiyanın banisi idi. O, "Azərbaycançılıq" ideyasını dövlət siyasətinin əsas istiqamətinə çevirdi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə xüsusi önəm verdi. Ana dilimizin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, mədəniyyətin və təhsilin inkişafı daim onun diqqət mərkəzində oldu. Gənclərə xüsusi qayğı göstərən Ulu Öndər onların vətənpərvər ruhda yetişməsini Azərbaycanın gələcəyi üçün ən mühüm amillərdən biri hesab edirdi.

Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən və güclənən dövlətlərindən birinə çevrilib. Son illərdə ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti daha da artıb, beynəlxalq arenada Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində regionların inkişafı təmin edilib, mühüm infrastruktur layihələri həyata keçirilib, sosial rifah proqramları genişləndirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu quruculuğu siyasəti Azərbaycanın hərbi gücünü ən yüksək səviyyəyə çatdırdı. Məhz bunun nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və xüsusilə Şuşanın azad olunması xalqımızın qürur mənbəyinə çevrildi. Şuşa şəhərinin azad edilməsi yalnız hərbi deyil, həm də mənəvi və siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycan öz tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və güclü ordu siyasətinin parlaq nəticəsi idi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu Zəfərin təməlində məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolu dayanır.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası istiqamətində növbəti mühüm addım 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri oldu. Bir gündən də az davam edən uğurlu əməliyyat nəticəsində Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdirildi, separatizmə son qoyuldu və ölkəmizin konstitusiya quruluşu bütün ölkə ərazisində tam təmin edildi. Bununla da Azərbaycan öz dövlət suverenliyini tam şəkildə bərpa etmiş oldu. Bu tarixi nailiyyət Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun peşəkarlığının və xalq-iqtidar birliyinin növbəti möhtəşəm təzahürü idi.

Bugünkü müstəqil Azərbaycan ömrünü xalqımızın xoşbəxt gələcəyinə həsr edən Heydər Əliyevin şah əsəridir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycan isə İlham Əliyevin əsəri, Heydər Əliyev ideyalarının təntənəsidir.

Bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında uğurla inkişaf edən, güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik qalib dövlətdir. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni zəfərlərə doğru inamla irəliləyir. Azərbaycan xalqı öz böyük Liderinin əziz xatirəsini daim böyük hörmət və ehtiramla yad edir, onun siyasi irsini gələcək nəsillərə çatdırmağı müqəddəs vəzifə hesab edir.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

BMT Baş katibi iqlim və enerji böhranı ilə bağlı çağırış edib

19:57
24 İyun

“SpaceX”dən 25 milyard dollarlıq istiqraz satışı

19:46
24 İyun

BMT böhran bölgələrindəki qadın və qızlar üçün 10 milyon dollar ayırıb

19:37
24 İyun

Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

19:23
24 İyun

AZAL üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsi Hamburqda təhvil verilib

19:06
24 İyun

İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimi olub YENİLƏNİB 2  

19:05
24 İyun

Azərbaycanda sığorta bazarında yığımlar artıb, ödənişlərdə ciddi yüksəliş qeydə alınıb

18:59
24 İyun

“Zeytun Bağları” Xəzər sahilində ekoloji təmizlik aksiyası keçirib  

18:54
24 İyun

Konqres binasında azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir  

18:52
24 İyun

XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur  

18:48
24 İyun

İraq Respublikasının Prezidenti Nizar Amididən

18:43
24 İyun

Azərbaycan və İordaniya arasında enerji istehsalı-ixracı ilə bağlı vəziyyət nəzərdən keçirilib

18:36
24 İyun

Oman tərəfi Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib  

18:31
24 İyun

Nazir: Məktəblilərin Respublika İdman Olimpiadasının qaliblərinə gələcəkdə ali məktəblərə qəbul imkanı yaradıla bilər

18:28
24 İyun

TBMM sədri İƏT Parlament İttifaqının Bakı sessiyasının yüksək səviyyədə təşkilini təqdir edib

18:23
24 İyun

Naxçıvanda vətəndaşların müraciətlərinə baxılıb

18:21
24 İyun

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb

18:19
24 İyun

Suriyada İŞİD-in yüksəkvəzifəli lideri öldürülüb

18:09
24 İyun

Prezident Ərdoğan: Türkiyə İran böhranının uzunmüddətli nizamlanması istiqamətində səylərini davam etdirəcək  

18:06
24 İyun

Beynəlxalq tədbirdə Azərbaycan muğamının milli-mədəni kimliyimizdəki rolu vurğulanıb  

18:01
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!