10 May 2026 11:02
511
SİYASƏT
A- A+
Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində, müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış dahi şəxsiyyətdir. Ulu Öndərin zəngin dövlətçilik irsi və uzaqgörən siyasi kursu ölkəmizin davamlı inkişafının möhkəm təməlini formalaşdırmış, xalqımızın gələcək inkişaf yolunu müəyyən etmişdir.

Heydər Əliyev regionların sosial-iqtisadi inkişafını daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək, Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən mühüm strateji əsaslar yaratmışdır. Onun diqqət və qayğısını daim hiss edən bölgələrdən biri də qədim tarixi, zəngin kənd təsərrüfatı potensialı və əməksevər insanları ilə seçilən Bərdə olmuşdur.

Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif mərhələlərində Bərdə rayonuna münasibəti strateji baxış, iqtisadi dirçəliş modeli və bölgə insanına olan xüsusi etimadın təzahürü idi. Xüsusilə 1970–1980-ci illərdə Azərbaycanın kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı islahatlarda Bərdə əsas mərkəzlərdən biri kimi ön plana çıxmışdı.

 

Arxiv materiallarına əsasən o dövrün statistik göstəriciləri və kənd təsərrüfatı hesabatları göstərir ki, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda pambıqçılıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ulu Öndər pambığı təsadüfi olaraq “ağ qızıl” adlandırmırdı. O bilirdi ki, pambıqçılıq minlərlə ailənin rifahı, kəndlərin sosial inkişafı və region iqtisadiyyatının hərəkətverici qüvvəsidir.

Həmin dövrdə Bərdə pambıq istehsalında respublikanın aparıcı rayonlarından birinə çevrilmişdi. Rayonda yeni suvarma sistemləri qurulur, meliorasiya layihələri həyata keçirilir, kənd təsərrüfatı texnikaları yenilənirdi. Kolxoz və sovxozların maddi-texniki bazası gücləndirilir, kənd insanının əməyinə dövlət səviyyəsində yüksək qiymət verilirdi.

 Tarixi mənbələr göstərir ki, Ulu Öndər Heydər Əliyev sovet dövründə müxtəlif illərdə dəfələrlə Bərdə rayonuna səfərlər edib, kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə yerində maraqlanıb, pambıqçı və zəhmət adamları ilə birbaşa görüşlər keçirib. Həmin səfərlər formal xarakter daşımırdı. Ulu Öndər hər zaman bölgələrin real problemlərini yerində öyrənməyi, qərarları xalqın içində verməyi üstün tuturdu. Xüsusilə Bərdənin pambıqçılıq potensialı onun diqqət mərkəzində olub və rayonun aqrar inkişafı üçün mühüm dövlət qərarları qəbul edilib.

Bu gün də pambıqçılıq Azərbaycanın strateji kənd təsərrüfatı sahələrindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Çünki pambıqçılıq regionlarda məşğulluğun artırılması, kənd əhalisinin sosial rifahının gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm rol oynayır. Dövlət tərəfindən bu sahəyə verilən subsidiyalar, texniki dəstək, yeni emal müəssisələrinin yaradılması və fermerlərə göstərilən güzəştlər bir daha göstərir ki, vaxtilə Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar inkişaf siyasəti bu gün də uğurla davam etdirilir. Xüsusilə möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət pambıqçılığın yenidən ölkə iqtisadiyyatında önəmli mövqe qazanmasına səbəb olub.

 Ulu Öndər Heydər Əliyev üçün regionların inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki, güclü kənd təsərrüfatı üçün ilk növbədə sosial infrastruktur qurulmalıdır. Məhz buna görə də Bərdədə yollar çəkildi, məktəblər, xəstəxanalar, mədəniyyət evləri istifadəyə verildi, enerji və su təminatı gücləndirildi.

1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Bərdə rayonunda aparılan tikinti və abadlıq işləri regionun simasını dəyişmişdi. Arxiv fotolarında və sənədlərdə həmin dövrdə rayonda tikilən inzibati binalar, istehsal müəssisələri, yeni yaşayış massivləri bu inkişafın canlı sübutu kimi qalır.

Ən vacib məqamlardan biri isə insanların gələcəyə inamının formalaşması idi. Çünki Ulu Öndərin siyasətində əsas amil insan faktoru idi. O, bölgə insanının zəhmətini dövlətin gücü hesab edirdi.

 Bu gün Azərbaycanın regionlarının inkişaf modelinə baxdıqda, onun təməlində məhz Heydər Əliyev məktəbinin dayandığını aydın görürük. Müasir Azərbaycanın regional inkişaf konsepsiyası, kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahənin yenidən prioritetə çevrilməsi həmin siyasətin davamıdır.

Bu siyasət bu gün də möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən aqrar layihələr, kənd təsərrüfatının modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramları Ulu Öndərin müəyyən etdiyi strateji xəttin müasir mərhələdəki davamıdır.

 Mayın 10-da Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edir. Bu tarix dövlətçilik məktəbinin, xalqına bağlı liderlik nümunəsinin və milli inkişaf strategiyasının simvoludur.

Bölgələrin inkişaf tarixinə baxdığımızda bir həqiqət aydın görünür ki, Ulu Öndər hər rayonda Azərbaycanın gələcəyini görürdü.

 Bu gün Bərdənin tarlalarında, kəndlərində, insanların dövlətə bağlılığında, zəhmətə verilən dəyərdə həmin siyasətin izləri yaşayır.

 Çünki bəzi liderlər təkcə ölkə idarə etmir. Onlar tarix yazırlar.

 

Fatma YILDIRIM,

 Milli Məclisin deputatı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

15:39
08 İyun

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

15:12
08 İyun

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

15:03
08 İyun

Culfada Vəkil Bürosu açılıb

15:02
08 İyun

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

14:57
08 İyun

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

14:41
08 İyun

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

14:36
08 İyun

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!