10 May 2026 08:35
197
SİYASƏT
A- A+
Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı


Azərbaycan xalqının müasir tarixində silinməz iz qoymuş, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və hüquqi islahatların həyata keçirilməsində müstəsna xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü dərin ehtiramla qeyd olunur. Bu tarix yalnız böyük dövlət xadiminin xatirəsinin anılması günü deyil, həm də onun formalaşdırdığı hüquqi dövlət quruculuğu fəlsəfəsinin, insan hüquq və azadlıqlarına əsaslanan idarəçilik modelinin bir daha yada salınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyevin siyasi irsinin əsas sütunlarından birini hüquqi dövlət prinsiplərinin bərqərar olunması təşkil edir. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda qanunun aliliyinin təmin olunması, hüquq sisteminin müasirləşdirilməsi və insan hüquqlarının qorunması istiqamətində fundamental addımlar atılmışdır. Xüsusilə müstəqillik dövründə qəbul edilən Konstitusiya və bir sıra mühüm qanunvericilik aktları ölkəmizdə demokratik idarəetmənin və hüquqi mexanizmlərin formalaşmasına güclü təkan vermişdir.

Ümummilli Liderin hüquq siyasətində insan amili daim mərkəzdə dayanmışdır. Ulu Öndər dövlətin əsas məqsədinin vətəndaşın hüquq və azadlıqlarının qorunması, onun layiqli həyat şəraitinin təmin edilməsi olduğunu dəfələrlə vurğulamışdır. Bu yanaşma Azərbaycanın hüquqi inkişaf strategiyasının əsasını təşkil etmiş və bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir.


İnsan hüquqlarının qorunması, hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində islahatların əsası


Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə kompleks tədbirlər həyata keçirilmiş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Müasir dövrdə qanunun aliliyi prinsipinə əməl olunması hüquqi dövlətin əsas əlamətlərindən biri kimi xarakterizə olunur. Bu nöqteyi-nəzərdən cəmiyyət həyatının bütün sferalarını əhatə edən ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınması ilə bağlı islahatların həyata keçirilməsi daim öz aktuallığını qoruyub saxlayır.

Bu bir həqiqətdir ki, demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları sahəsində davamlı islahatların həyata keçirilməsi müasir standartlara cavab verən qanunvericilik bazasının olmasını şərtləndirir.

Layihəsi Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildikdən sonra insan hüquqlarının səmərəli təmini məqsədilə milli qanunvericilik sisteminin, idarəetmənin, institusional mexanizmlərin yenidən qurulması və inkişaf etdirilməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza formalaşmışdır.

Təqdirəlayiq haldır ki, ikinci bölməsinin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş Konstitusiyanın 12-ci maddəsinin I hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə insan hüquq və azadlıqlarının təmini məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Buna görə də Ulu Öndər ictimai münasibətlərin dolğun şəkildə tənzimlənməsində mühüm əhəmiyyətə malik yeni qanunvericilik aktlarının qəbulu da daxil olmaqla həyatın bütün sahələrini əhatə edən hüquqi islahatların həyata keçirilməsinə xüsusi əhəmiyyət vermişdir.

Ulu Öndər Heydər Əliyevin irsi fikir və söz azadlığının təmininə, eyni zamanda yaşamaq hüququ kimi fundamental hüquqi dəyərin  qorunmasına böyük töhfə vermişdir. Mətbuat üzərində senzuranın ləğvi və ölüm hökmünün aradan qaldırılması bu hüquqların qorunmasına xidmət etmişdir.

Uğurla həyata keçirilən hüquqi islahatların əsas məqsədi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları ilə bağlı müddəaların icrasının təmin edilməsindən, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsindən, bu sahədə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsinin təşkilindən ibarət olmuşdur.


Azərbaycanda Ombudsman təsisatı Ulu Öndərin təşəbbüsü, diqqət və qayğısı nəticəsində yaradılıb


Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm institutlar yaradılmış və effektiv fəaliyyəti təmin edilmişdir. Məhz Ümummilli Liderin siyasi iradəsi nəticəsində Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır. Bu prosesin məntiqi davamı olaraq Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi baxımından mühüm addım olmuşdur.

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı öz fəaliyyəti ilə insan hüquq və azadlıqlarının müdafiəsinə və hüquqi dövlət quruculuğunun inkişafına töhfə verməkdədir. Ulu Öndərin imzalamış olduğu "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli fərmanında, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq etdiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması və səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum olan Ombudsman təsisatı cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdədir.

Göründüyü kimi, Ulu Öndərin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olmuş, qısa müddət ərzində həyata keçirilmiş hüquqi islahatlar çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması, yeni hüquq müdafiə mexanizmlərinin formalaşdırılması ilə nəticələnmişdir.


Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının inkişafına yönəlmiş siyasi kursu layiqincə davam etdirilir


Ümummilli Lider Heydər Əliyevin hüquq sahəsindəki fikirləri bu gün də aktuallığını qoruyur. "Qanun hamı üçün birdir" və "qanunun aliliyi təmin olunmalıdır" prinsipləri Ulu Öndərin dövlət idarəçiliyinin əsas dayaqlarından biri kimi qəbul edilir. Hüquqi dövlət quruculuğu yolunda əldə edilən nailiyyətlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar məhz bu uzaqgörən siyasətin nəticəsidir.

Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Liderin zəngin siyasi və hüquqi irsi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilərək müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bu gün ölkəmizdə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və hüquqi islahatların dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Heydər Əliyev ideyalarının yaşadığını və inkişaf etdiyini bir daha sübut edir.

Aparılan hüquqi islahatlar çərçivəsində ötən dövr ərzində ölkəmizin hərtərəfli inkişafına xidmət edən yeni dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, strateji yol xəritələri kimi mühüm sənədlər təsdiq edilərək icra olunmuş, dövlətimiz insan hüquq və azadlıqları sahəsində çoxsaylı beynəlxalq müqavilələrə tərəfdar çıxmış və bu proses hazırda da davam etdirilməkdədir.

Möhtərəm Prezidentin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizdə ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunması müstəqil dövlətimizin insan hüquqlarına verdiyi yüksək qiymətin növbəti bir bariz nümunəsidir.

Təqdirəlayiq haldır ki, hüquqi islahatlar fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Sonda qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu Azərbaycan dövlətinin hüquqi və demokratik əsaslar üzərində daha da möhkəmlənməsinə xidmət edir. Ulu Öndərin siyasi kursunun məntiqi davamı kimi həyata keçirilən islahatlar nəticəsində ölkəmiz insan hüquqlarının təmini sahəsində daha da inkişaf edəcək və xalqımız yeni uğurlara imza atacaqdır.


Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

00:48
10 May

Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb VİDEO  

00:33
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

00:17
10 May

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib  

00:09
10 May

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

00:01
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!