AMEA-da Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halının, çoxcəhətli siyasi-dövlətçilik fəaliyyətinin və mübarizəsinin bütün mərhələlərini əks etdirən “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental kollektiv monoqrafiya işıq üzü görüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, 5 fəsildən ibarət monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı və keşməkeşli həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti, müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış şəkildə təqdim edilir. Ulu Öndərin ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli dövlət xadimi olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətləri, milli xarici siyasət modelinin müəyyənləşməsindəki fəaliyyəti, davamlı və məqsədyönlü fəaliyyəti real faktlar əsasında əks etdirilib. Kitabda Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı və ərazi bütövlüyümüzün təmin edilməsindəki tarixi xidmətləri elmi şəkildə şərh və təqdim olunur.
Monoqrafiyanın müəlliflər heyəti uzun illər ərzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında çalışan tanınmış Azərbaycan alimlərindən ibarətdir.
Tədqiqat əsərinin ideya müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın akademik-katibi akademik Arif Həşimovdur. Kitab AMEA-nın “Elm” nəşriyyatında çap olunub.
“Azərbaycanın dünyamiqyaslı görkəmli dövlət xadimi” adlanan birinci fəsil akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolu və mübarizəsi: siyasi portretin miqyası” məqaləsi ilə başlayır. Bu fəsildə, həmçinin digər alimlərimizin “Müstəqil Azərbaycan dövlətinin qüdrətli memarı”, “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev: dövrü və dünyagörüşü”, “Azərbaycan Respublikasının neft strategiyası. “Əsrin müqaviləsi”, “Ümummilli Liderlik missiyası”, “Azərbaycanı dünya meridianlarına çıxaran dahi”, “Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil dövlətçilik fəlsəfəsi”, “Heydər Əliyevin milli təhlükəsizlik və ordu quruculuğu sahəsində fəaliyyəti”, “Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında rolu”, “Heydər Əliyev və Azərbaycanda gender siyasəti” mövzusunda məqalələr yer alıb.
“Azərbaycançılıq ideologiyasının banisi” adlı ikinci fəsildə “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Heydər Əliyev və Azərbaycanın dövlət dili siyasəti” və “Heydər Əliyev və Cənubi Azərbaycan” məqalələri verilib.
Üçüncü fəsil “Azərbaycanın elm və təhsilinin böyük hamisi və bələdçisi” adlanır. Bu fəslə “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” və “Heydər Əliyevin akademiklik seçkisi və akademiyanın dövlətçilik dərsləri”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” adlı məqalələr daxil edilib.
“Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” adlı dördüncü fəsildə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövlət idarəçiliyi siyasətində milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası”, “Heydər Əliyev obrazı təsviri sənətdə” başlıqlı araşdırmalar yer alıb.
Beşinci fəsil “Xarici siyasətin Heydər Əliyev modeli” məsələsinə həsr edilib. Bu bölmədə “Heydər Əliyevin xarici siyasət kursu: Qələbə diplomatiyası”, “Heydər Əliyev və Şərq”, “Heydər Əliyev və Türk dünyası” adlı məqalələr toplanıb.
Monoqrafiyanın “Nəticə” hissəsini akademik İsa Həbibbəylinin “Müstəqillik yollarında: Heydər Əliyevdən - İlham Əliyevə” məqaləsi əhatə edir.
Qeyd edək ki, monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti AMEA Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra müvafiq qərar əsasında hazırlanaraq nəşr edilib. Bu əsər Ulu Öndərin keşməkeşli və mənalı həyatı və mübarizə yoluna, Ulu Öndərin çoxcəhətli fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmiş ilk fundamental monoqrafik tədqiqatdır.
Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb
Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub
Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir
Almaniya klubunun baş məşqçisi istefaya göndərilib
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək
Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib
Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ
Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb
Şuşada bayram namazı qılınıb
Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq
Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib
Bakının məscidlərində bayram namazı qılınıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!