25 İyun 2023 09:50
2323
Təhsil
A- A+
"Heydər Əliyev İli"ndə beynəlxalq təhsil əməkdaşlığı genişlənir

"Heydər Əliyev İli"ndə beynəlxalq təhsil əməkdaşlığı genişlənir

 

Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Respublikamızda "Heydər Əliyev İli"nə həsr olunan çoxsaylı tədbirlərdə dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad edilir. 
Mingəçevir Dövlət Universitetində də (MDU) "Heydər Əliyev İli" çərçivəsində geniş tədbirlər planının reallaşdırılması diqqət mərkəzində saxlanılır. Tədbirlər planı universitetdə və regionda Ümummilli Liderimizə həsr olunan mühazirələr, "dəyirmi masa"lar, seminarlar, konfranslar, ağacəkmə aksiyaları, ekskursiyalar, bilik və idman yarışları və digər tədbirlərlə yanaşı, ölkə xaricində də, xüsusilə qardaş Türkiyədə tərəfdaş universitetlərlə birgə fəaliyyətləri ehtiva edir. Bu baxımdan 2023-cü ilin 18-22 iyun tarixlərində "Heydər Əliyev İli" çərçivəsində MDU nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya səfəri məhsuldar, faydalı və maraqlı tədbirlərlə və görüşlərlə yadda qalmışdır.
İyunun 19-da Ankarada Azərbaycan səfirliyi, Türkiyənin Qazi Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı" mövzusunda elmi konfrans keçirilmişdir. 
Konfransda müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin milli müstəqilliyimizin qorunması və gücləndirilməsi naminə misilsiz xidmətlər göstərdiyi, xalqımızın xilaskar lideri və Ümummilli Lideri zirvəsinə yüksəldiyi qeyd edilmiş və hazırda müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın həmrəyliyi, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Eləcə də "bir millət, iki dövlət" anlayışıyla Ümummilli Liderimizin hər zaman qardaş Türkiyə ilə əlaqələrin inkişafına və dostluq münasibətlərinin gücləndirilməsinə böyük önəm və misilsiz töhfələr verdiyi diqqətə çatdırılmış, dahi şəxsiyyətin əziz xatirəsinin xalqlarımız tərəfindən daim böyük hörmət, sonsuz sevgi və minnətdarlıqla yad ediləcəyi bildirilmişdir. Ulu Öndərimiz Heydər Əliyevin qlobal liderlik keyfiyyətlərinə malik olduğu vurğulanmış, görkəmli dövlət xadiminin çoxşaxəli, zəngin həyat və fəaliyyətində türk dünyasının xüsusi və mühüm yerə sahib olduğu diqqətə çatdırılmışdır. Qarşılıqlı əlaqələrin inkişafında elm və təhsil sahəsinin önəmindən danışılmış, növbəti illər üçün hər iki qardaş ölkənin inkişaf strategiyasının əməkdaşlıq baxımından yeni imkanlar qazandıracağı, universitetlərin hərəkətverici rolunu və məsuliyyətini daha da artıracağı qeyd edilmişdir.
Açılış nitqlərindən sonra konfrans panel iclası ilə davam etmişdir. Paneldə MDU alimləri "Heydər Əliyev və "bir millət, iki dövlət" anlayışı" və "Heydər Əliyevin türk dünyasının birliyinə töhfələri" mövzusunda, Qazi Universiteti alimləri "Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri", "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "bir millət, iki dövlət" sözlərinin türk sənətində izləri" mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Həmçinin iyunun 20-də Ankarada Azərbaycan səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq" mövzusunda elmi konfrans keçirilmişdir. 
Konfransda Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsinin Ulu Öndərimizin müstəsna xidmətlərindən olduğu qeyd edilmiş, hazırda tarixinin şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycanın Ümummilli Liderimizin şah əsəri olduğu bildirilmişdir. "Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" kəlamı xatırladılaraq dahi şəxsiyyət Heydər Əliyevin bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr etdiyi vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, Ümummilli Liderimizin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nəhəng uğurlar, tarixi qələbələr ölkəmiz üçün bu siyasi xəttin alternativsizliyini bir daha nümayiş etdirir. Güclü Türkiyənin bütün türk dünyası üçün mühüm önəm kəsb etdiyi vurğulanmış, yaradılmasının ikinci yüzilliyinə qədəm qoyan Türkiyə Cümhuriyyətində inşasına başlanılan "Türkiyə yüz ili" strategiyasının türk dünyasının birliyinin daha da güclənməsində mühüm rol oynayacağına əminlik ifadə edilmiş, elm, təhsil və mədəni əlaqələrin, universitetlərarası əməkdaşlığın önəmindən danışılmışdır. 
Daha sonra paneldə davam edən konfransda MDU və Ankara Hacı Bayram Veli Universiteti alimləri məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən, Ulu Öndərimizin türk xalqlarının ədəbiyyatının inkişafına töhfələrindən, Qarabağ zəfərinə qədər və sonrakı dövrlərdə qarşılıqlı əlaqələrin vəziyyəti və inkişaf perspektivlərindən bəhs edilmişdir. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Ümummilli Liderimizin 100 illik yubileyinin qeyd edilməsi məqsədini daşıyan səfər çərçivəsində tərəfdaş universitetlərlə MDU arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hədəflənən işgüzar görüşlər keçirilmiş və faydalı müzakirələr aparılmışdır. Bu baxımdan MDU nümayəndə heyətinin Qazi Universitetinin Mühəndislik və Texnoloji fakültələrində, Ankara Hacı Bayram Veli Universitetinin Turizm, İqtisadi və idari bilimlər fakültələrində akademik və inzibati heyət üzvləri ilə görüşləri mühüm əhəmiyyət kəsb etmişdir. Görüşlərdə universitetlərin uyğun fakültələri arasında qarşılıqlı faydalı əməkdaşlığın potensialı dəyərləndirilmiş, növbəti tədris ilində işbirliyinin daha da gücləndirilməsi məqsədilə yeni fəaliyyət planının hazırlanması barədə müvafiq razılıqlar əldə edilmişdir. Nümayəndə heyəti həmçinin fakültələrdə mövcud tədris şəraiti və infrastrukturu ilə yaxından tanış olmuş, laboratoriyalara baxış keçirmişdir. Bununla yanaşı, Qazi Universitetinin Mühəndislik fakültəsində keçirilən "Məzun günü" tədbirində iştirak, tərəfimizdən gənc məzunlara təbriklərin və ən səmimi arzuların ifadə edilməsi, onlara müvafiq təltiflərin təqdim edilməsi səfərin məzmununu rəngarəng etmişdir.
MDU nümayəndə heyətinin qardaş ölkəyə səfəri Türkiyə Respublikasının yeni təyin olunmuş milli təhsil naziri Yusuf Tekinlə görüşü ilə də əlamətdar olmuşdur. Görüş zamanı yeni təyinat münasibətilə cənab nazirə təbriklər çatdırılmış və ona məsul vəzifəsində uğurlar arzulanmışdır. Eyni zamanda Ankara Hacı Bayram Veli Universitetində rektor olduğu müddətdə MDU ilə əməkdaşlığın inkişafına göstərdiyi dəstəyə görə universitetimizin dostu Y.Tekinə tələbə və müəllim kollektivimiz adından təşəkkür ifadə edilmişdir.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

02:35
24 Noyabr

“Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:33
24 Noyabr

“Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanması Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 dekabr tarixli 571 nömrəli Qərarının ləğv edilməsi barədə

02:33
24 Noyabr

“Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası”nın təsdiq edilməsi və “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 4 iyun tarixli 89 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:32
24 Noyabr

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:30
24 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi QAYDASI

02:29
24 Noyabr

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında” 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin, onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarının ləğv edilməsi barədə

02:27
24 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları (18 yaşınadək əlilliyi müəyyən edilmiş) üçün Yeni il şənliyinin təşkili" (Bakı, Abşeron və Sumqayıt üzrə) adlı müsabiqə keçirir

02:26
24 Noyabr

"Azərenerji": COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib

02:25
24 Noyabr

PAŞA Sığorta "Şanslı və Sığortalı" lotereyasını elan edir!

02:23
24 Noyabr

Pakistanda tayfalar arasında qarşıdurmalar 35 nəfərin həyatına son qoyub  

23:22
23 Noyabr

"Neftçi" - "Zirə" – 2:1  

23:21
23 Noyabr

ABF prezidenti milli komanda ilə görüşüb  

23:20
23 Noyabr

"Qarabağ" "Səbail"ə qalib gəlib  

23:20
23 Noyabr

Roma Kolizeyində 2000 ildən sonra qladiator döyüşləri keçiriləcək  

23:18
23 Noyabr

COP29-un yekun qərarlarından birində Bakı Qlobal İqlim Şəffaflığı Platforması yer alıb  

23:17
23 Noyabr

COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub  

23:16
23 Noyabr

COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib YENİLƏNƏCƏK

23:15
23 Noyabr

COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb  

23:14
23 Noyabr

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edilməsi barədə qətnamə layihəsi qəbul olunub  

23:13
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!