21 Oktyabr 2024 15:03
249
CƏMİYYƏT
A- A+
Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin (DSX) yüksək rütbəli hərbi qulluqçuları Lənkəran şəhərində şəhər rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirib.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb.

Sonra Firad Əliyev, Hərbi Prokurorluğun idarə rəisi, ədliyyə polkovniki Natiq Həsənov, Lənkəran hərbi prokuroru, ədliyyə polkovniki Elşən Əli-Məmmədov, polkovnik Əli Əliyev, polkovnik Anar Ağabəyov, polkovnik-leytenant Müsəddiq Əsədov və digər şəxslər çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran dünya şöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, Ümummilli Liderin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar. Bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqımızın müdrikliyindən söhbət açılıb. Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib.

Ardınca, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən noyabrda Azərbaycanda keçiriləcək COP29-un mahiyyəti və əhəmiyyətindən, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Sonda ağaclar əkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış itkinlərin ailələrinə müraciət edib

17:07
21 Oktyabr

Xərçəngi aşkarlayan süni zəka sistemi təqdim edilib

17:04
21 Oktyabr

“Məşğulluğa dəstək” layihəsi üzrə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

17:03
21 Oktyabr

Naxçıvana mövsümün ilk qarı yağıb

16:50
21 Oktyabr

İntizam Komitəsində Azərbaycan Kubokunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib

16:49
21 Oktyabr

Başqırdıstanda “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib

16:48
21 Oktyabr

Macarıstanın Baş naziri: Avropa İttifaqı avropalıları unudub

16:41
21 Oktyabr

“Harrisin qalibiyyəti, bu şəbəkənin sonu olacaq” - Kim Dotcom

16:34
21 Oktyabr

Qazaxıstanın ən uzun körpüsü açıldı

16:26
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!