26 Oktyabr 2026 17:43
1600
Səhiyyə
A- A+
Görünməyən virus, böyüyən təhlükə  

Görünməyən virus, böyüyən təhlükə  


İİV artıq ənənəvi risk qrupları ilə kifayətlənmir. Yoluxanların orta yaşı artır, yeni halların əhəmiyyətli hissəsi isə heteroseksual əlaqələrlə bağlıdır. Rəqəmlər azalsa da, epidemiyanın kölgəsi hələ çəkilməyib.

Bəzən ən böyük təhlükə gözlə görünməyəndir. İnsan həyatına səssizcə daxil olan, uzun müddət heç bir əlamətlə özünü büruzə verməyən virus isə həm fərdi sağlamlığı, həm də cəmiyyətin gələcəyini təhdid edə bilir. Rusiyada insanın immunçatışmazlığı virusu (İİV) ilə bağlı açıqlanan son məlumatlar bu təhlükənin hələ də aktual olduğunu göstərir.

“Nezavisimaya qazeta”nın məlumatına görə, 2025-ci ildə Rusiyada 45 min yeni İİV yoluxması aşkarlanıb. Bu, əvvəlki illə müqayisədə 13,4 faiz azdır. Lakin yoluxma hallarının azalması problemin aradan qalxması demək deyil: epidemiya ənənəvi risk qruplarının hüdudlarını aşaraq daha geniş əhali təbəqələrini əhatə edir.

Rəqəmlər İİV-in sosial və yaş çərçivələrinin dəyişdiyini göstərir. Son 15 ildə İİV-lə yaşayan insanların orta yaşı 32-dən 44-ə yüksəlib. 40–49 yaşlı kişilər arasında yoluxanların payı isə 3 faizi ötür. Daha diqqətçəkən məqamlardan biri yeni yoluxma hallarının təxminən üçdə ikisinin heteroseksual cinsi əlaqələrlə bağlı olmasıdır. Bu göstərici İİV-in yalnız müəyyən insan qruplarına aid problem kimi qəbul edilməsinin nə qədər yanlış olduğunu xatırladır. Virus ayrı-seçkilik etmir; risk barədə məlumatlılıq və qoruyucu davranışlar isə hər kəs üçün əhəmiyyət daşıyır.

İİV-in tibb müəssisələrində ötürülməsi ilə bağlı məlumatlar da xüsusi narahatlıq doğurur. Bildirilir ki, ötən il bu qəbildən olan yoluxmaların ən yüksək sayı qeydə alınıb. Hazırda Rusiyanın 10 bölgəsində 11 mümkün yoluxma ocağı araşdırılır. Bu hallar infeksiyaların qarşısının alınması, tibbi prosedurlar zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması və yoluxma mənbələrinin vaxtında müəyyənləşdirilməsinin vacibliyini önə çıxarır.

İİV-lə mübarizədə əsas problemlərdən biri virusun aşkarlanması ilə bitmir. Müalicənin davamlılığı və virus yükünün yatırılması da həyati əhəmiyyət daşıyır. Məlumata görə, müalicə alan xəstələrin 78 faizində virus yükünün yatırılmasına nail olunub. Bununla belə, İİV-lə yaşayan insanların yalnız yarısında virus yükünün yatırıldığı bildirilir. Nəşrin qiymətləndirməsinə əsasən, təxminən 600 min insan infeksiyanı başqalarına ötürə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi “95–95–95” strategiyası problemin həlli üçün üç əsas hədəf müəyyənləşdirir: İİV-lə yaşayan insanların 95 faizinin öz statusunu bilməsi, diaqnoz qoyulanların 95 faizinin müalicə alması və müalicə olunanların 95 faizində virus yükünün yatırılması. Bu hədəflərin hər biri bir insanın vaxtında müayinədən keçməsi, müalicəyə çıxış əldə etməsi və sağlamlığını qoruması deməkdir.

İİV-lə mübarizə yalnız tibbin işi deyil. Bu, həm də məlumatlılığın, profilaktikanın və insan ləyaqətinə hörmətin sınağıdır. Yoluxma hallarının azalması ümidverici olsa da, həmin ümidin gerçək nəticəyə çevrilməsi üçün test müayinələrinin əlçatanlığı, vaxtında müalicə və damğalanmaya qarşı mübarizə davam etməlidir. Çünki virusla mübarizədə ən böyük üstünlük qorxuda deyil, məlumatdadır; ən vacib addım isə təhlükəni görməzlikdən gəlmək yox, onu vaxtında aşkar etməkdir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb

09:08
23 Noyabr

Tramp: Demokratların qələbəsindən sonra ABŞ fond bazarı 6 trilyon dollar itirib

07:49
23 Noyabr

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

07:36
23 Noyabr

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib   

20:21
22 Noyabr

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!