29 Sentyabr 2026 08:00
205
CƏMİYYƏT
A- A+
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib


Sentyabrın 28-də Göygöl rayonunda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib.

Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyətlərinin iştirak etdiyi iclasda üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov beynəlxalq ticarətin sürətli, asan və təhlükəsiz şəkildə həyata keçirilməsində gömrük orqanlarının əhəmiyyətli rol oynadığını bildirib. Qeyd olunub ki, xüsusilə Orta dəhliz boyu yükdaşımaların həcminin artması fonunda beynəlxalq tranzitin davamlılığının təmin edilməsi baxımından üç ölkənin gömrük orqanları arasında əməkdaşlıq daha da gücləndirilməli, elektron məlumat mübadiləsi, rəqəmsallaşma daha da genişləndirilməlidir.

Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili iclasın gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsinin, tranzit imkanlarının genişləndirilməsi istiqamətində  səmərəli müzakirələrin aparılmasına töhfə verəcəyini vurğulayıb.

Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak Orta dəhliz boyu yükdaşımaların həcminin artmasının region ölkələri üçün əlavə iqtisadi imkanlar yaratdığını bildirib və bundan faydalanmaq üçün prosedurlarının sadələşdirilməsinin, sərhədkeçmə proseslərinin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

İclas çərçivəsində əvvəlki görüşlər zamanı əldə edilmiş razılaşmaların icra vəziyyəti qiymətləndirilib, qarşılıqlı əməkdaşlığın nəticələri təhlil olunaraq növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Qeyd edilib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük sahəsində formalaşmış səmərəli əməkdaşlıq regionda ticarət və nəqliyyat əlaqələrinin inkişafına, tranzit imkanlarının genişləndirilməsinə və sərhədkeçmə prosedurlarının daha da təkmilləşdirilməsinə mühüm töhfə verir.

Görüşdə Orta dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi və gömrük xidmətləri arasında praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas prioritetlər sırasında qeyd olunub.

Üç ölkənin gömrük orqanları arasında koordinasiyanın gücləndirilməsinin regional nəqliyyat və logistika imkanlarının daha səmərəli reallaşdırılmasına xidmət etdiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Üçtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi tranzit gömrük prosedurlarının uzlaşdırılması, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi, risklərin idarə edilməsi mexanizmlərinin inkişaf etdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılması, həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu istiqamətlər üzrə gömrük xidmətlərinin əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinin yükdaşımaların daha çevik təşkili, sərhədlərdən keçid proseslərinin sürətləndirilməsi və beynəlxalq ticarət zəncirinin fasiləsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb və görüşün protokolu imzalanıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səsin sehri...

09:10
29 Sentyabr

Sənət fədaisi

09:00
29 Sentyabr

Gündəmdə enerji, investisiya və yeni inkişaf imkanlarıdır

08:50
29 Sentyabr

Beynəlxalq tədbirlərin etibarlı ünvanı

08:40
29 Sentyabr

Şəhidlərimizə ehtiram əbədidir

08:30
29 Sentyabr

"Azərenerji" və "Azərişıq" rəhbərliyi şəhidlərin xatirəsini andı

08:20
29 Sentyabr

Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib

08:10
29 Sentyabr

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib

08:00
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında

03:04
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında

03:03
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:02
29 Sentyabr

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:02
29 Sentyabr

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!