28 Sentyabr 2026 18:58
101
CƏMİYYƏT
A- A+
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 


Sentyabrın 28-də Baş Prokurorluğun inzibati binasında 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə prokurorluq orqanlarının rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyub.

Daha sonra Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək prokurorluq orqanlarında xidmət edən əməkdaşları və prokurorluğun veteranlarını peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, onun müxtəlif tarixi mərhələlərdə əldə etdiyi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Baş prokuror çıxışında Azərbaycan Prokurorluğunun formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində Ümummilli Liderin müəyyən etdiyi strateji xətt dövlət idarəçiliyinin, hüquq sisteminin və hüquq-mühafizə institutlarının müasir tələblər əsasında inkişafının mühüm əsasını təşkil edib. Bu siyasətin ardıcıl davam etdirilməsi nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin hüquqi və institusional baxımdan təkmilləşdirilməsi, dövlətçilik və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına və maddi-texniki bazanın gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində prokurorluğun fəaliyyətində müasir idarəçilik və informasiya texnologiyalarının tətbiqi genişləndirilib, hüquq-mühafizə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaş müraciətlərinə baxılması, şəffaflığın və operativliyin təmin edilməsi istiqamətində yeni imkanlar yaradılıb.

Baş prokuror, həmçinin ölkədə hüquq sisteminin inkişafı, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, sosial və humanitar dəyərlərin təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Bu kontekstdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial və humanitar sahələrdə, o cümlədən cəmiyyətin həssas təbəqələrinin müdafiəsi, mədəniyyət və digər istiqamətlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə son illərdə prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətin müasir standartlar əsasında təşkili, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, “Elektron Prokurorluq” informasiya sisteminin inkişaf etdirilməsi və rəqəmsal həllərin hüquq tətbiqi fəaliyyətində istifadəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin bərpası, burada hüquq və qanunçuluğun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin cinayətkarlıqla mübarizə, hüquq pozuntularının qarşısının alınması və insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumları ilə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş prokuror müasir dövrdə prokurorluq qarşısında duran vəzifələrin daha yüksək peşəkarlıq, məsuliyyət və çeviklik tələb etdiyini bildirib. Vurğulanıb ki, əməkdaşlar bundan sonra da qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, vətəndaş müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin və qanunların icrasına nəzarətin lazımi səviyyədə təmin edilməsi, yeni texnologiyaların imkanlarından səmərəli istifadə olunması, hüquq tətbiqetmə mexanizmlərinin təkmilləşdirilməsi, habelə, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Eyni zamanda, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə, habelə Azərbaycan xalqına qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq ibtidai istintaqın tamamlanması, dövlət ittihamının məhkəmədə yüksək peşəkarlıqla müdafiə olunması, ədalətli məhkəmə araşdırması nəticəsində barələrində ittiham hökmlərinin çıxarılması zamanı prokurorluq əməkdaşlarının peşəkar və fədakar fəaliyyəti, eləcə də bu istiqamətdə görülmüş digər işlər diqqətə çatdırılıb.

Daha sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 4 nəfər prokurorluq işçisinə verilmiş ali xüsusi və hərbi rütbələr təqdim olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş dövlət qulluqçularına müvafiq medallar təqdim olunub.

Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 22 nəfər prokurorluq işçisinin “Tərəqqi” və “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə təltif edilməsi elan olunub.

Bundan başqa, tədbir çərçivəsində xidməti fəaliyyətini nümunəvi icra etdiklərinə görə Baş prokurorun müvafiq əmri ilə təltif olunmuş, həmçinin prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü münasibətilə prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İştirakçılar tədbir zamanı Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun 108 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Tədbir zamanı çıxış edən prokurorluğun veteranı Zahid Vəliyev, prokurorluğun əməkdaşları Fuad Musayev və Eyvaz Mustafayev, eləcə də dövlət qulluqçusu Validə Əliyeva göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Baş prokuror Prezident İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlətimizin başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq prokurorluq əməkdaşlarının bundan sonra da qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıda duran digər vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini əzmlə davam etdirəcəklərinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

Beyni qocalmaqdan qoruyan vitamin məlum olub

19:11
28 Sentyabr

Xəzərin dərinliyində yeni texnologiya

19:01
28 Sentyabr

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub 

18:58
28 Sentyabr

Gəncədə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir

18:42
28 Sentyabr

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

18:31
28 Sentyabr

İtaliya 5 milyard dollara astronavtlarını Aya göndərəcək

18:30
28 Sentyabr

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

18:20
28 Sentyabr

Alzheymer xəstəliyinin yeni və daha erkən əlaməti aşkar edilib

17:59
28 Sentyabr

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

17:53
28 Sentyabr

Yeddi medal, yeddi podium hekayəsi...  

17:52
28 Sentyabr

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır  

17:45
28 Sentyabr

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

17:37
28 Sentyabr

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Anım Günü ərəfəsində şəhid ailələrini və müharibə əlillərini ziyarət edib  

17:35
28 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər 

17:16
28 Sentyabr

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb  

17:15
28 Sentyabr

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub  

17:13
28 Sentyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:12
28 Sentyabr

Beynəlxalq İnvestisiya Forumu yeni iqtisadi mərhələnin strateji platformasına çevrilir  

16:51
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!