28 Sentyabr 2026 17:37
704
CƏMİYYƏT
A- A+
44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

44 günlük Vətən Müharibəsində tovuzlular fədakarlıq göstəriblər   

    

2020-ci ilin sentyabr ayı  tovuzlular üçün unudulmazdır. Həmin dövrdə işğal olunmuş torpaqlarımız uğrunda başlanan Vətən Müharibəsi 44 gün ərzində Ordumuzun qələbəsi ilə yekunlaşdı. Bu müharibədə Tovuzun mərd oğulları  fədakarlıqla döyüşərək, adlarını tarixə yazdılar.

Sentyabrın 27-də rayonda keçirilən Anım Günündə bu barədə geniş söhbət getmiş, qazanılan Zəfərdə tovuzluların fədakarlıq göstərdikləri  qeyd olunmuşdur. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən anım mərasimində əvvəlcə Vətən Müharibəsində şəhid olan mərd oğulların əziz xatirəsi ehtiramla yad edilmişdir. Sonra Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək demişdir ki, bu gün müharibənin başlanmasından 6 il ötür. Amma şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Zəfərimiz, sanki, dünən baş vermiş kimi yaddaşlarımızdadır. Şəhidlərimizin qanı ilə yazılmış tarix heç vaxt unudulmayacaq. Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. 

Vətən müharibəsində Tovuzun igid oğulları böyük şücaət göstəriblər. Müharibə zamanı rayondan 68 nəfər gənc şəhid olmuş, yüzlərlə hərbi qulluqçu yaralanmışdır. Tovuzun iki igid oğlu – Orxan Cabbarov və Yaşar Əhmədov Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Bununla yanaşı, Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən çoxsaylı tovuzlu əsgər və zabitlər dövlətimizin yüksək orden və medalları ilə təltif olunmuşlar. Bu, dövlətimiz tərəfindən şəhidlərimizin, qazilərimizin və Vətən uğrunda fədakarlıq göstərən hərbçilərimizin xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir. 

Daha sonra Şəhid Nicat Qasımlının atası Elşən Qasımov, 44 günlük Vətən müharibəsi əlili Hüseyn İsmayılov və müharibə iştirakçısı Eyvaz Süleymanov çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi və əbədi məşəl önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Saat 12:00-da isə respublika üzrə olduğu kimi, Tovuz rayonu ərazisində də şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub  

10:53
22 Oktyabr

Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub

10:52
22 Oktyabr

"Azərenerji"də Energetiklər Günü qeyd olunub

10:30
22 Oktyabr

Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi

10:25
22 Oktyabr

Sürgündən Vətənə sanki ölmək üçün dönmüşdü 

10:20
22 Oktyabr

Qırmızı terrorun hədəfi - Azərbaycanın hərbi elitası

10:15
22 Oktyabr

Qədim Şabranın yeni turizm marşrutları

10:10
22 Oktyabr

Dövlətə sədaqətin ifadəsi

10:05
22 Oktyabr

Bəşəriyyətin qənimi - müharibələr

10:00
22 Oktyabr

ARDNF 9 ayın hesabatını açıqlayıb 

09:50
22 Oktyabr

Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

09:40
22 Oktyabr

Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir

09:30
22 Oktyabr

Alim və müəllim ömrünün sönməyən ziyası

09:20
22 Oktyabr

ZƏFƏR gündəliyi    

09:10
22 Oktyabr

Yarımçıq qalan arzular... 

09:00
22 Oktyabr

Özü görməsə də, arzusu çin oldu

08:50
22 Oktyabr

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!