22 Oktyabr 2026 08:10
141
SİYASƏT
A- A+
Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas məsələlərdən biridir. İllərlə davam edən münaqişədən, hərbi toqquşmalardan və qarşılıqlı etimadsızlıqdan sonra tərəflər sülh sazişinin mətnini razılaşdıraraq 2025-ci il avqustun 8-də Vaşinqtonda mühüm siyasi sənəd imzalayıblar. Lakin razılaşdırılmış mətnin paraflanması ilə müqavilənin rəsmi imzalanması və qüvvəyə minməsi eyni şey deyil.

AZƏRTAC xəbər verir ki, bu ilin oktyabrına olan vəziyyətə görə, prosesin qarşısında hələ də siyasi və hüquqi maneələr qalır.

Bəs Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsini niyə hələ də tam rəsmiləşdirə bilmir? Bu, doğrudanmı sülhü gecikdirmək cəhdidir, yoxsa Ermənistanın daxili, siyasi reallıqları ilə bağlı mürəkkəb hesablamaların nəticəsidir? Məsələyə həm Azərbaycanın təhlükəsizlik maraqları, həm də Ermənistan rəhbərliyinin siyasi davranışı baxımından nəzər salmaq lazımdır.

Sülh müqaviləsinin imzalanması qarşısındakı ən mühüm maneə Ermənistan Konstitusiyasının preambulası ilə bağlı mübahisədir.

Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistanın müstəqillik haqqında sənədinə edilən konstitusion istinadlar "Dağlıq Qarabağ"ın Ermənistana birləşdirilməsi ideyasını əks etdirən müddəalarla əlaqəlidir və potensial ərazi iddiası kimi qiymətləndirilə bilər. Bakı hesab edir ki, iki dövlət arasında davamlı sülhün qurulması üçün bu məsələ hüquqi baxımdan aradan qaldırılmalıdır. Azərbaycan rəsmiləri Konstitusiyaya dəyişiklik edilməsini və ya eyni nəticəni verən başqa hüquqi mexanizmin tətbiqini müqavilənin imzalanması üçün əsas şərt kimi təqdim edirlər. Məsələnin ən diqqətçəkən tərəfi Paşinyanın 2026-cı ilin oktyabrında səsləndirdiyi mövqedir. Ermənistanın Baş naziri ilkin razılaşdırılmış sülh sazişinin imzalanması və ratifikasiyasını 2031-ci ilədək həyata keçirməyi özünün siyasi hədəfi kimi göstərib. Bu açıqlama müqavilənin yaxın zamanda imzalanacağına dair gözləntiləri zəiflədib. Bu tarix avtomatik olaraq sülhün 2031-ci ilədək mümkün olmayacağı anlamına gəlmir, Paşinyan hökumətinin prosesi qısa müddətdə başa çatdırmaq əvəzinə, daha uzun siyasi zaman çərçivəsində idarə etməyə hazır olduğunu göstərir.

Azərbaycan tərəfindən əsas sual budur - "Əgər sazişin mətni artıq razılaşdırılıbsa, onun imzalanması üçün daha beş il gözləməyə nə ehtiyac var?". Məsələnin mahiyyəti ondan ibarətdir ki, vaxtilə Paşinyan da işğalçılıq siyasəti yürüdüb. "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan indi siyasi rəqibləri və xaricdəki diaspor qarşısında cavab verməli olub. "Nə oldu Paşinyan?" sualına hələ də cavab tapa bilmir. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan ordusu Qarabağdan qovulduqdan sonra Ermənistanın Baş naziri də siyasətini dəyişmək məcburiyyətində qaldı. Hakimiyyətini və cəmiyyətdəki siyasi simasını qoruyub saxlamaq üçün Paşinyan Avropaya inteqrasiya yolunu seçdi ki, bu da Rusiyanın maraqlarına uyğun gəlmədi və münasibətlərdə gərginlik yarandı. Onun Avrointeqrasiya siyasəti hələlik İrəvanın küçələrində velosiped sürməkdən o tərəfə keçməyib.

Beləliklə, sülh müqaviləsinin imzalanmasını uzatmaqla Paşinyan öz hakimiyyətinin ömürünü də uzatmağa çalışır. Bu gün Paşinyanın sülhpərvər olmasını iddia edənlər onun 2018-ci ilədək olan bəyanatlarını yada salsınlar. Paşinyanı sülhə sövq edən onun siyasi baxışları deyil, Azərbaycan Ordusunun gücüdür.

N.Paşinyan hərbi cinayətlərdə əli olan Sarkisyan, Koçaryan, Petrosyan haqqında da heç bir tədbir görmədi. Bu adamlar yalnız Paşinyanın hakimiyyətinə təhlükə törətdikdə həbs edildilər. Bütün bu faktları nəzərə alaraq qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri sülhü uzatmaqla özünə siyasi dividentlər qazanmağa çalışır ki, bu da onun siyasi xəttinin konstruktiv olmadığından xəbər verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

02:24
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi barədə

02:22
22 Oktyabr

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında

02:22
22 Oktyabr

Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub  

23:08
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub YENİLƏNİB

22:27
21 Oktyabr

Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb  

21:51
21 Oktyabr

Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb  

21:01
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub  

20:52
21 Oktyabr

Afrika mətbuatı Azərbaycanın “ASAN xidmət” və DOST mərkəzlərinin beynəlxalq uğurlarından yazıb  

20:51
21 Oktyabr

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

20:46
21 Oktyabr

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:33
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!