12 Noyabr 2026 19:21
103
İDMAN
A- A+
Qol kralının həyatla ölüm arasındakı oyunu  

Qol kralının həyatla ölüm arasındakı oyunu  


Bir vaxtlar minlərlə azarkeşi ayağa qaldıran qollar, stadionlarda əks-səda doğuran alqışlar... Lakin futbol meydanlarından kənarda Mario Jardelin həyatında tamam başqa bir mübarizə gedirdi. Bu mübarizənin rəqibi isə nə meydandakı müdafiəçilər, nə də rəqib qapıçılar idi.

“Qalatasaray”ın sabiq hücumçusu Mario Jardel karyerasının ən qaranlıq dövrlərindən danışaraq narkotik asılılığının onu az qala həyatından etdiyini etiraf edib.

Braziliyalı keçmiş futbolçu İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə müsahibəsində kokain istifadəsi və həddindən artıq doza səbəbindən ölümün bir addımlığına qədər yaxınlaşdığı anları xatırlayıb. Jardelin sözlərinə görə, yay tətilində dopinq yoxlamalarının aparılmadığını düşünərək kokain istifadə edə biləcəyinə qərar verib. İlk vaxtlar bu maddənin ona enerji və canlılıq verdiyini zənn edib. Lakin sonradan vəziyyət nəzarətdən çıxıb:  “Bir dəfə yay tətilində idim. Həmin dövrdə dopinq yoxlamalarının keçirilmədiyini bildiyim üçün kokain istifadə edə biləcəyimi düşünürdüm. Bu maddə mənə özümü canlı hiss etdirirdi. Bir dəfə düz bir həftə gözümə yuxu getmədi. Daha sonra həddindən artıq doza qəbul etdim və az qala həyatımı itirəcəkdim. Yanımda olan dostum məni ölümdən xilas etdi”.

Narkotik asılılığı Jardelin futbol həyatına da ciddi zərbə vurub. O, bu asılılıqdan qurtulmaq üçün uzun müddət mübarizə apardığını daha əvvəlki açıqlamalarında da etiraf edib. Halbuki Jardel futbol tarixində məhsuldar hücumçulardan biri kimi tanınıb. 2000/2001 mövsümündə “Qalatasaray”ın formasını geyinən braziliyalı 2000-ci ildə İstanbul təmsilçisinin “Real Madrid” üzərində 2:1 hesablı qələbə qazandığı UEFA Superkuboku finalında hər iki qolun müəllifi olub.

Karyerası ərzində “Portu”, “Sportinq” və “Bolton” kimi klublarda da çıxış edən Jardel meydanda qolları ilə yadda qaldı. Lakin onun şəxsi həyatında vurduğu ən ağır zərbə futbol topu ilə deyil, narkotik asılılığı ilə bağlı oldu.

Bəzən insanın ən çətin oyunu stadionda deyil, öz həyatı uğrunda verdiyi mübarizədə başlayır. Jardelin etirafı da bunun acı nümunəsidir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

19:30
12 Noyabr

Qol kralının həyatla ölüm arasındakı oyunu  

19:21
12 Noyabr

Kim nə qədər qazanır? 

19:09
12 Noyabr

Sahibkarların elektrikə qoşulma xərcinə dövlət ortaq olur  

18:53
12 Noyabr

Sümük sınıqları riskini azaltmağın yolu 

18:41
12 Noyabr

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

18:36
12 Noyabr

Əhalinin gəlirləri 81 milyard manatı keçib: maaşlar artır, inflyasiya isə zəifləyir

18:29
12 Noyabr

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

18:26
12 Noyabr

İspaniyada mənzil böhranına görə ümummilli tətil keçirilib  

18:24
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

Orqanizmdə piy yığılmasının qarşısını alan çay

18:23
12 Noyabr

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib  

18:12
12 Noyabr

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib  

18:10
12 Noyabr

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb  

18:03
12 Noyabr

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

17:59
12 Noyabr

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir  

17:48
12 Noyabr

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər  

17:47
12 Noyabr

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

17:37
12 Noyabr

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq  

17:19
12 Noyabr

Milli Kitabxanada “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub  

16:57
12 Noyabr

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub  

16:51
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!