12 Noyabr 2026 17:59
62
İQTİSADİYYAT
A- A+
Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub


Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədr müavini Rafael Hüseynov tədbirin ölkəmiz üçün əlamətdar günlər ərəfəsində keçirilməsinə diqqət çəkib. O, müzakirə olunan dövlət büdcəsini də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yüksəliş və inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bəhrələrindən biri kimi dəyərləndirib. Vurğulanıb ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın tarixi nailiyyətlərinin möhkəmləndirilməsi, inkişafının davamlılığının təmin edilməsi və gələcək hədəflərinin reallaşdırılması üçün etibarlı maliyyə zəmini yaradır.

Sonra maliyyə nazirinin müavini Himalay Məmişov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, büdcə layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun hazırlanıb. Büdcə siyasətinin əsas istiqamətlərini isə dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi, sosial tədbirlərin maliyyələşdirilməsi, ölkənin təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və real sektorun inkişafının sürətləndirilməsi təşkil edir.

Növbəti ilin dövlət büdcəsinin xərcləri barədə məlumat verərkən, nazir müavini mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi tədbirlərinə ayrıca toxunub. Bildirilib ki, bu məqsədlə 643 milyon manat vəsait proqnozlaşdırılıb. Bu isə 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 116 milyon manat və ya 22 faiz çoxdur. Həmin vəsaitin 239 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyətin, 68,4 milyon manatı televiziya, radio və nəşriyyat sahələrinin, 49 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin, 22,8 milyon manatı yaradıcı ittifaqların, cəmiyyətlərin və dini tədbirlərin, 264 milyon manatı isə bu sahələrdə digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Azərbaycanın xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanılması üçün 13,7 milyon manat, ölkədəki mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait ayrılıb.

İqtisadiyyat nazirinin müavini Azər Bayramov isə vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsi iki strateji mərhələ arasında keçid dövründə müzakirə olunur. Belə ki, 2022- 2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasının icra müddəti yekunlaşır, 2027-2030-cu illəri əhatə edən yeni strateji mərhələ başlayır.

Nazir müavini gələn ilin dövlət büdcəsinin əsas iqtisadi göstəriciləri, makroiqtisadi proqnozları, sahibkarlığa dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Vurğulanıb ki, növbəti il və ortamüddətli dövr üçün iqtisadi siyasətin məqsədi ixraca yönəlmiş, özəl investisiyaya söykənən dayanıqlı artımdır.

Sonra iclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2027-ci ilin dövlət büdcəsinə dair Palatanın rəyini təqdim edib. O bildirib ki, layihə qanunvericiliyə uyğun hazırlanıb, Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş məsələlər büdcə zərfində tam və ya qismən nəzərə alınıb.

O, büdcə sənədlərində məlumatların genişləndirilməsini müsbət qiymətləndirib, gəlir və xərclərin dəqiq müəyyənləşdirilməsi, hesabatlılığın artırılması ilə bağlı palatanın qeydlərini, bəzi məsələlər üzrə isə palatanın təkliflərini diqqətə çatdırıb.

İclasda Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış ediblər.

Müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Əlibala Məhərrəmzadə, Azər Allahverənov çıxış edərək məsələ ilə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini və suallarını səsləndiriblər.

Maliyyə nazirinin müavini Himalay Məmişov və Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

Orqanizmdə piy yığılmasının qarşısını alan çay

18:23
12 Noyabr

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib  

18:12
12 Noyabr

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib  

18:10
12 Noyabr

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb  

18:03
12 Noyabr

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

17:59
12 Noyabr

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir  

17:48
12 Noyabr

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər  

17:47
12 Noyabr

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

17:37
12 Noyabr

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq  

17:19
12 Noyabr

Milli Kitabxanada “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub  

16:57
12 Noyabr

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub  

16:51
12 Noyabr

Avropa məkanında artan nüfuz  

16:51
12 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:47
12 Noyabr

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

16:43
12 Noyabr

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

16:37
12 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb  

16:27
12 Noyabr

“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq  

16:21
12 Noyabr

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

16:19
12 Noyabr

Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib  

16:13
12 Noyabr

Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir

16:09
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!