12 Noyabr 2026 16:51
204
SİYASƏT
A- A+
Avropa məkanında artan nüfuz  

Avropa məkanında artan nüfuz  


Bu gün Cənubi Qafqazda tamamilə yeni siyasi-iqtisadi mənzərə formalaşıb. Müstəqil xarici siyasət kursu və milli maraqlara söykənən prinsipial mövqe tutan Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar artıq dünya gücləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə qəbul edilir. Ölkəmizin müəllifi olduğu ədalətli sülh modeli, beynəlxalq münasibətlərdə etibarlı imici və Şərqlə Qərbi birləşdirən əvəzsiz coğrafi mövqeyi, enerji, nəqliyyat qovşağı olması Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövlətinə deyil, həm də geniş Avrasiya məkanının aparıcı geosiyasi və iqtisadi mərkəzlərindən birinə çevirib.


Uğurlu diplomatiyanın təzahürü


İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu sammitinə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycanın Avropa məkanındakı artan nüfuzunun növbəti göstəricisidir. “Avropa - güclü, təhlükəsiz və əlaqəli” devizi altında baş tutan sammitin gündəliyi iqtisadi rəqabətqabiliyyətlilik, nəqliyyat bağlantıları, əlçatan enerji və təhlükəsizlik kimi aktual mövzuları əhatə edir. Azərbaycanın bu platformada fəal təmsil olunması rəsmi Bakının öz milli maraqlarını və regional sülh gündəliyini birbaşa Avropa liderləri səviyyəsində çatdırmasına geniş imkan yaradır. Bu uğurlu diplomatik xəttin arxasında son illərdə atılan ardıcıl, sistemli və uzaqgörən addımlar dayanır. Belə ki, beynəlxalq müstəvidə əldə olunan bu etimad təsadüfi xarakter daşımır. Rəsmi Bakı uzun illər ərzində həm qlobal enerji layihələrinin icrası, həm də regionda davamlı sabitliyin təmin edilməsi istiqamətində verdiyi bütün vədlərə sadiq qalaraq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Məhz bu ardıcıllıq və prinsipial mövqe Avropa paytaxtlarında Azərbaycana olan siyasi marağı və strateji ehtiyacı daha da artırıb. Hələ 2025-ci ilin oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında bir çox dövlət və hökumət başçıları Prezident İlham Əliyevlə görüşərək regionda sülhün bərqərar olması istiqamətində əldə olunan nailiyyətləri təqdir etmişdilər. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan dövlətimizin başçısı Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni və paraflanmış sülh sazişi mətnini xatırladaraq, Bakının sülh gündəliyinə sadiqliyini bir daha bəyan etmişdi: “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub”.

Rəsmi Bakının yürütdüyü diplomatik siyasətin diqqətçəkən əsas cəhətlərindən biri də qlobal miqyasda bir-biri ilə rəqabət aparan böyük güclərlə eyni vaxtda qarşılıqlı hörmətə əsaslanan münasibətlər qura bilməsidir. Ötən il Çinlə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri zamanı iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın qəbul edilməsi balanslaşdırılmış xarici siyasətin bariz nümunəsidir. 


Qlobal həmrəylik mərkəzi 


Eyni dinamika Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə də müşahidə olunur. Hazırda Azərbaycan qazını alan 16 ölkədən 10-u Aİ üzvüdür. Lakin tərəfdaşlıq təkcə ənənəvi enerji ilə məhdudlaşmır. “Yaşıl enerji”, rəqəmsal transformasiya və Trans-Xəzər nəqliyyat dəhlizi əməkdaşlığın əsas istiqamətlərinə çevrilib.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin tamamilə yeni, strateji mərhələyə qədəm qoymasını Aİ-nin ali nümayəndələrinin bu il ölkəmizə həyata keçirdikləri ardıcıl səfərləri də bir daha təsdiqləyir. 

Cari ilin martında Aİ Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı Brüsselin Bakı ilə münasibətlərə yüksək qiymətinin göstəricisi oldu. Prezident İlham Əliyevlə Aİ Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında prezidentlər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Liderlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Yüklərin sürətli və təhlükəsiz daşınması, həmçinin logistik şaxələndirmə baxımından Aİ-nin Azərbaycana olan ehtiyacı qaçılmazdır. Bu gerçəklik mayın 5-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri zamanı da etiraf olunub. Kaya Kallas, Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, münasibətləri yeni səviyyəyə qaldırmaqda maraqlı olduqlarını bəyan edib. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin ölkəmizə səfəri də Azərbaycan Aİ əlaqələrinin dinamik inkişafına nümunə idi. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula fon der Lyayen bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.

Həmçinin iyun ayında 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri layihəsinin razılaşdırılması Brüsselin Azərbaycana etibarlı strateji tərəfdaş kimi baxdığını təsdiqləyir.

Bu yüksəksəviyyəli təmasların məntiqi davamı kimi Prezident İlham Əliyevin Dublin sammitində iştirakı təkcə diplomatik protokol tədbiri deyil, həm də qoca qitənin gələcək arxitekturasında Azərbaycanın yerini və rolunu rəsmiləşdirən mühüm siyasi hadisədir. Avropanın enerji xəritəsini yenidən cızan və qitəyə alternativ nəqliyyat marşrutları təqdim edən Azərbaycan liderinin bu zirvədə yer alması, əslində, Avropa dövlətlərinin rəsmi Bakının təşəbbüslərinə verdiyi ali qiymətin göstəricisidir. Bütün bunlar Azərbaycanın təkcə enerji tədarükçüsü kimi deyil, həm də regional təhlükəsizliyin qarantı və qlobal dialoq təşəbbüskarı kimi qəbul olunduğunu bir daha nümayiş etdirir.

 Prezident İlham Əliyevin sammitdəki fəal iştirakı Azərbaycanın Avropa ilə münasibətlərində yeni səhifə açmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etməsinə güclü təkan verir.

Bütün bu diplomatik uğurların məntiqi zirvəsi kimi 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin 12-ci Zirvə toplantısına evsahibliyi etmək hüququnun yekdilliklə Bakıya həvalə olunması xüsusi diqqət çəkir. 

Göründüyü kimi, Azərbaycan artıq təkcə iqtisadi və enerji layihələrinin deyil, həm də qitələrarası siyasi etimadın və qlobal həmrəyliyin formalaşdığı əsas mərkəz kimi tarix yazmağa davam edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa məkanında artan nüfuz  

16:51
12 Noyabr

Kamran İmanov ÜƏMT-nin Qlobal Forumunda süni intellektin hüquqi tənzimlənməsi ilə bağlı təkliflər irəli sürüb 

15:50
12 Noyabr

Uşaqların parklara tez-tez getməsi onların ruhi sağlamlığını gücləndirir  

15:49
12 Noyabr

Özbəkistan buzdan su anbarı yaradır

15:47
12 Noyabr

Türkiyənin COP31-də ortaya qoyduğu hədəf nədir?

15:46
12 Noyabr

Məsud Pezeşkian: ABŞ-nin İrana hücumu 1,5 milyon ton karbon qazı emissiyasına səbəb olub  

15:45
12 Noyabr

 Onkovaksin ilk pasiyentdə metastazları məhv edib

15:44
12 Noyabr

Avropa İttifaqında elektrik enerjisinin qiyməti ucuzlaşıb

15:43
12 Noyabr

Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib

15:42
12 Noyabr

İstehlak qiymətləri açıqlanıb

15:40
12 Noyabr

Yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara ödənilmiş ƏDV-nin məbləği 29 milyon manat olub  

15:39
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib  

15:21
12 Noyabr

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

15:19
12 Noyabr

Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək

15:19
12 Noyabr

Antalyada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib

15:17
12 Noyabr

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib  

15:16
12 Noyabr

Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb  

15:14
12 Noyabr

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

15:12
12 Noyabr

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb  

15:10
12 Noyabr

BMT-nin Baş katibi COP31 tribunasından nəzarətsiz metan çirklənməsindən imtina etməyə çağırıb  

14:50
12 Noyabr

Maya Sandu: Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır 

14:48
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!