29 Sentyabr 2026 08:30
146
CƏMİYYƏT
A- A+
Şəhidlərimizə ehtiram əbədidir

Şəhidlərimizə ehtiram əbədidir


Biz bu Zəfərə görə onlara borcluyuq


Azərbaycanın tarixində elə təqvimlər var  ki, xalqımız o günləri böyük sevinc və iftixar hissilə qeyd edir. Çünki həmin günlər xalqımızın qəhrəmanlıq və igidlik salnaməsinə böyük hərflərlə yazılıb, zaman keçdikcə mübarizlik rəmzinə çevrilib. Xalqımızın qəhrəmanlıq nümunəsi olan İkinci Qarabağ müharibəsinin hər günü uğur və qələbə ilə keçdi. Rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən müharibəsinin hər günündə xalqımıza qələbə sevinci yaşatdı.

İkinci Qarabağ müharibəsinin başladığı ilk gün - 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu əlamətdar tarix ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımız tərəfindən dərin ehtiram və hörmətlə yad edildiyi gündür. Anım Günü bizim üçün təkcə hüzn və kədər deyil. Həm də milli qürur, dövlətimizin gücünü, xalqımızın sarsılmaz birliyini, həmrəyliyini və Vətən sevgisini özündə birləşdirən və daim yaşadan əziz bir gündür. Şəhidlərimizin həyatını, döyüş yolunu xatırlamaq, onların bizə əmanət etdiyi Vətənə sahib çıxmaq və onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur.

Dövlət başçımızın sərəncamı ilə təsis olunmuş Anım Günü İkinci Qarabağ  müharibəsində qəhrəmancasına vuruşmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Prezident İlham Əliyev Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə yüksək ehtiramla yanaşır, onların xatirəsinin əbədiləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".

Birinci vitse-prezident Mehriban Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı göstərilməsinə xüsusi diqqət yetirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını bu dəyərli sözlərlə ifadə etmişdir: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq".

Həmişə olduğu kimi, xalqımız bu il də Anım Günündə yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğullarımızın məzarlarını böyük ehtiramla ziyarət etdi. Yaşından asılı olmayaraq hər kəs səhər açılandan qəhrəman oğullarımızın xatirəsini yad etmək üçün əlində gül-çiçək dəstələri Hərbi Memorial Məzarlığa üz tutdu. 

Bu onu bir daha göstərirdi ki, xalqımız qəhrəmanlıqları ilə tarix yazmış şəhidlərini heç vaxt unutmayacaq. Onların xatirəsini həmişə əziz tutacaq, hörmət və ehtiramla yad edəcək. Şəhidlər xalqın milli kimliyi, onların yolu qəhrəmanlıq tariximizin şərəfli səhifəsidir. Şəhidlərin hər birinin xalqımızın qəlbində öz yeri var. Bu cəsur oğulların məzarını ziyarət etməyə gələnlərin üz-gözündən kədərlə bərabər qürur və iftixar da duyulurdu. Bu da təbii idi. Çünki 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi xalqımıza kədərlə bərabər qələbə sevinci də yaşatdı.

Hərbi Memorial Məzarlığının qarşısında böyük izdiham var idi. Ziyarətə gələnlər asta, ehtiram ifadə edən addımlarla məzarlığın geniş açılmış qapısından içəri daxil olurdular. Əllərində bayraq və gül tutmuş məktəblilər müəllimlərinin müşayiəti ilə sırayla məzarlığa tərəf addımlayırdılar. Ziyarəçilərin ardı-arası kəsilmirdi. Gələnlərin arasında hərbi geyimdə olanlar daha çox gözə dəyirdi. Xalq böyük ehtiramla qəhrəman övladlarının qəbrini ziyarət edirdi. Məzarların üstünə qərənfillər səpilirdi. 

Üstünə güllər düzülmüş, şəkillər qoyulmuş məzarlardan birinin yanında dayanmış qadınla söhbət etmək üçün ayaq saxlayırıq. Tanış olanda öyrəndik ki, qadın şəhid Əlibəyli Şəhriyar Ramiz oğlunun xalası Samirə xanımdır.  25 oktyabr 1994-cü ildə  Qəbələ  rayonu  Vəndam  kəndində  dünyaya göz açmış Şəhriyar Əlibəyli ailənin yeganə övladı olub. Şəhriyar C.Naxçıvanski adına Hərbi  Liseydə oxuyub, Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev Hərbi İnstitutu) hərbi təhsilini davam etdirib. Könüllü olaraq 44 günlük Vətən  müharibəsində iştirak edib. Şuşa,  Xocavənd, Laçın və Kəlbəcər  uğrunda  gedən əməliyyatlarda iştirak edib. 5 mart 2023-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 

Samirə xanım bizimlə söhbətində dedi ki, Şəhriyarın qəhrəmanlığı ilə fəxr edir, qürur duyurlar: "O həmişə deyirdi ki,  Qarabağın uzun illər erməni işğalında qalması zabit kimi onu çox narahat edir. Ordumuz çox güclü və qüdrətlidir. Əgər Qarabağın azadlığı uğrunda yenidən döyüşlər başlayarsa, nəyin bahasına olursa olsun, biz düşmənləri diz çökdürəcək, torpaqlarımızı işğaldan azad edəcəyik. Bu, zabit kimi mənim borcum və arzumdur. Şəhriyar arzusuna çatdı, yurdumuzun azadlığı uğrunda döyüşdü. Canından da çox sevdiyi Vətən torpaqları uğrunda şəhid oldu".  

Növbəti həmsöhbətimiz Çingiz Zeynalov dedi: "Şəhid olanların hamısı bizim üçün doğma və əzizdir. Görürsünüzmü məzarlıqda nə qədər insan var. Kimliyindən, yaşından asılı olmayaraq Anım Günündə hamı bu müqəddəs məkana gələrək şəhidlərin məzarını ziyarət edir. Mən də bacım oğlu Xeyrulla İbrahimovun məzarını ziyarət etməyə gəlmişəm. Xeyrulla çox cəsur hərbçi idi. O, Birinci Qarabağ müharibəsi zamanı Laçın, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşdə yaralanıb. Xeyrulla 44 günlük Vətən müharibəsi zamanı da Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşdu. Hərbçi kimi üzərinə düşən döyüş tapşırıqlarını bacarıqla yerinə yetirdi. 2020-ci il oktyabrın 26-da yurdlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin".

Baxışlarından kədər süzülən Gülbəniz Cəfərova ilə söhbət edərkən öyrəndik ki, o, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş həyat yoldaşı Zaur Cəfərovun məzarını ziyarət etməyə gəlib. Gülbəniz xanım dedi ki, Zaur çox ailəcanlı, cəsur, alicənab bir insan idi. Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdu: "Rayonumuz erməni qəsbkarları tərəfindən işğal olunanda doğma ocaqlarımızdan didərgin düşdük. Zaur 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev Hərbi İnstitutu) qəbul olmuşdu. 2014-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışdı. Müharibənin ilk günlərindən döyüşlərə atılmışdı. Gərgin və şərəfli döyüş yolu keçən Zaur 10 oktyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Həyat yoldaşımdan üç övladı yadigar qalıb. Çalşıram ki, uşaqlarımızı Zaurun adına layiq böyüdüm. Onun igidliyi, qəhrəmanlığı ilə hamımız fəxr edir, qürur duyuruq". 

Hava qaralsa da, ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Xalq müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin məzarını böyük ehtiramla yad edirdi. Hər addımda aydın görünür ki, şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların göstərdiyi fədakarlıq, qəhrəmanlıq tariximizin yaddaşına əbədi həkk olunub. Bu bir həqiqəti də ortaya qoyur: "Şirin canından keçən  şəhidlərinin xatirəsini əbədi olaraq yaşadan xalq həmişə qalib olacaq".

Şərəf dolu bu gün bizə Vətənin müdafiəsinin, milli birliyin, həmrəyliyin, dövlətçilik ənənələrinin və tarixi yaddaşın əhəmiyyətini dönə-dönə xatırladır. Bizi sabahkı uğurlara və zəfərlərə səsləyir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səsin sehri...

09:10
29 Sentyabr

Sənət fədaisi

09:00
29 Sentyabr

Gündəmdə enerji, investisiya və yeni inkişaf imkanlarıdır

08:50
29 Sentyabr

Beynəlxalq tədbirlərin etibarlı ünvanı

08:40
29 Sentyabr

Şəhidlərimizə ehtiram əbədidir

08:30
29 Sentyabr

"Azərenerji" və "Azərişıq" rəhbərliyi şəhidlərin xatirəsini andı

08:20
29 Sentyabr

Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin iclası keçirilib

08:10
29 Sentyabr

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib

08:00
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında

03:04
29 Sentyabr

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında

03:03
29 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:02
29 Sentyabr

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:02
29 Sentyabr

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

03:01
29 Sentyabr

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib

21:51
28 Sentyabr

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

21:26
28 Sentyabr

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

21:23
28 Sentyabr

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir  

20:54
28 Sentyabr

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

20:53
28 Sentyabr

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  

20:37
28 Sentyabr

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır  

19:47
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!