29 Sentyabr 2026 09:00
690
Mədəniyyət
A- A+
Sənət fədaisi

Sənət fədaisi


Bu gün inkişaf etmiş, böyük şöhrət qazanmış milli teatrımızın ilk peşəkar aktyorlarından biri də Cahangir Zeynalov olmuşdur. Cahangir Zeynalov peşəkar sənətçi kimi oynadığı bütün rollara yeni cizgilər əlavə edərək onları daha da zənginləşdirmişdir. Sözün həqiqi mənasında ifa etdiyi obrazlara öz möhürünü vuraraq həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə uğurla canlandırmışdır. Beləliklə, özündən sonra öyrəniləsi böyük bir sənət məktəbi qoymuşdur.

Cahangir Zeynalov 1865-ci ildə Bakıda dünyaya göz açıb. Atası tacir Məşədi Rza görüb-götürmüş, həyata açıq gözlə baxan insan olub. Ona görə də oğlunun təhsilli olmağını istəyib. Cahangir ibtidai təhsilini çox mükəmməl alıb. Rus və fars dillərini öyrənib.  Teatr vurğunu olan Cahangir Zeynalov Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə dostluq edib. Elə buradan da onun sənət dünyasına gedən yolu başlayıb. Gələcəyin böyük aktyoru tamaşalara adi seyrçi kimi yanaşmayıb. Baxdığı tamaşalar barədə rəy və düşüncələrini "Teatro dəftərçəsi"ndə yazıb. Bütün bunlar gənc Cahangirdə aktyorluq peşəsinə böyük sevgi oyadıb. Bəzi vərəqləri itmiş olsa da, həmin dəftərçə hazırda Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır.

Cahangir Zeynalov aktyor kimi səhnədə əvvəlcə Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda rol alıb. XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyub. 1900-cü illərdə Müsəlman Dram Artistləri şirkətinin təşkilində Cahangir Zeynalovun böyük xidməti olub. "Nicat", "Səfa" və "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Cahangir Zeynalov aktyorluq etməklə yanaşı, həm də tamaşalara quruluş verib. 

Dövrünün qabaqcıl düşüncəli ziyalısı olan Cahangir Zeynalov teatr truppaları yaratmaqla bərabər, kitabxanaların təşkilinə də kömək göstərib. Görkəmli aktyor "Səfa" mədəni-maarif cəmiyyətinin kitabxanasının təşkilində böyük işlər görüb. Kitabxananın fonduna xeyli sayda kitab bağışlayıb. 

Həmin dövrlərdə "Səfa" Bakıda qabaqcıl elm ocaqlarından biri sayılırdı. "Şəfa"nın məktəbində qabaqcıl düşüncəli ziyalılar Səməd Mənsur, Abbas Mirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyib. Cahangir Zeynalov dəfələrlə "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərliyinə seçilib. 1914-cü ildə isə sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutub.

 Maddi cəhətdən də imkanı olan Cahangir Zeynalov həmişə aktyorlara yardım edər, pul verərdi. Peşəsinin vurğunu olan görkəmli sənət adamı indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük zalını aktyorların məşq etməsi üçün ayırmışdı. Xeyli xərc də çəkib zalın baş tərəfində səhnə də düzəltdirmişdi. Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi tanınmış aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq etmiş, müxtəlif tamaşalar hazırlamışdılar. Cahangir Zeynalov məşqlərdən sonra aktyorlara süfrə də açırmış. 

Teatrın aktyorları da Cahangir Zeynalovun bu cür diqqət və qayğısını cavabsız qoymurdu. O, ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyəti Qurban bayramı günündə (30 noyabr 1910) Tağıyev teatrında onun yubileyini qeyd edib. Yubiley mərasiminin rəsmi hissələrinin fasilələrində xanəndələr mahnlar oxuyub. Bundan başqa, Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası oynanılıb. Həmin tamaşada Mirzə Həbib rolunu aktor Cahangir Zeynalov özü ifa edib. Aktyorun yubileyi münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyna" qəzetləri məqalələr yazmaqla kifayətlənməyiblər. Dövrünün tanınmış ziyalıları olan Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini də çap ediblər. 

Cahangir Zeynalov gənc aktyorların inkişaf etməsində, formalaşmasında da böyük xidmətlər göstərmişdi. Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi istedadlı aktyorların səhnəyə gəlişində böyük əmək sərf etmişdi. 

Aktyorluqla yanaşı, rejissor kimi də səmərəli fəaliyyət göstərən Cahangir Zeynalov 1913-cü ildə "Səfa"da Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Namiq Kamalın "Vətən", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" və başqa əsərlərə quruluşlar verib. Cahangir Zeynalov həm rejissor, həm də aktyor kimi tamaşalar zamanı xalq folklorundan qaynaqlanan yumordan yaradıcılıqla istifadə edirdi. Pafosla danışmağı, saxta hərəkətləri heç vaxt qəbul etməzdi. Buna görə də tamaşaları seyrçilər tərəfindən maraqla baxılırdı. 

Cahangir Zeynalov bacarıqlı, istedadlı aktyor olmaqla yanaşı, həm də bənzərsiz şəxsiyyət idi. İnsanların qayğısına qalmağı özünə böyük şərəf bilirdi. Buna görə də hər yerdə hörmət-izzətlə qarşılanır, müdrik ağsaqqal, xeyirxah ziyalı kimi qəbul olunurdu. 

1918-ci il martın son günlərində erməni daşnakları Bakıda azərbaycanlılara qarşı soyqırımı törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla,  qızı Nəsibə ilə İranın Ənzəli şəhərində yaşayan qayınatasının yanına gediblər. Ara sakitləşəndən sonra ailəsi ilə gəmiyə minib Bakıya qayıdarkən dənizdə fırtınaya düşüb. Səkkiz gün dalğalar qoynunda qalan gəmidə natəmizlikdən yatalaq xəstəliyinə tutulub. Bakıya çatandan sonra dünyasını dəyişib. 

Səhnəmizdə qadınların olmamasından həmişə narahat olan aktyor qızını aktrisa kimi görmək istəyib. Amma vaxtsız gələn amansız ölüm sənət fədaisinə bu günü görməyə imkan verməyib. Qızının üç yaşı olanda Cahangir Zeynalov xəstəlikdən vəfat edib. Böyüyüb yaşa dolandan sonra xalqımızın sevimlisi, görkəmli aktyor, Xalq artisti Nəsibə Zeynalova atasının təməlini qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı olub, oynadığı bənzərsiz rolları ilə əbədiyaşarlıq qazanıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

21:46
06 Oktyabr

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!