29 Sentyabr 2026 09:10
752
Mədəniyyət
A- A+
Səsin sehri...

Səsin sehri...


Sanki dənizin sükuta dalmış sahillərinə asta-asta baş çəkən, günəşin şəfəqləri altında bərq vuran ləpələr pıçıldaşırdı. Küləklər ağacların yarpaqları ilə danışırdı. Aydın səmanın qucağına səpələnmiş ulduzlar sayrışırdı... Əminə Yusifqızı şeir deyirdi. 

Onun səsində qəribə bir sehr vardı. Əminə Yusifqızı şeir oxuyanda elə bil sözlər də səsinin cazibəsinə bürünürdü. Onun ifasında hər sözün, hər misranın öz rəngi, öz ahəngi, öz duyğusu vardı. Poeziyanın qüdrəti aktisanın səsindəki məlahətlə birləşir, dinləyicilərə bu dünyanın gərdişini, sevincini, kədərini anladırdı...  

Əminə Yusifqızı 90 il öncə, 1936-cı il sentyabrın 24-də paytaxtın Bakıxanov qəsəbəsində dünyaya gəlib. Təhsil almağa həmin qəsəbənin orta məktəblərindən birində başlayıb. Yeddinci sinfə qədər həmin məktəbdə oxuyub. Sonralar ailəsi ilə Sabunçu qəsəbəsinə köçdüyündən təhsilini orada davam etdirib. 

Kiçik yaşlarında nənəsi onu məscidə, dini məclislərə aparıb. Nənəsi dövrünə görə yaxşı təhsil almış, mədrəsədə oxumuşdu. Mollalıq edirdi. Balaca Əminə də nənəsinə qoşulub mərsiyələr deyib. O, sözün, səsin, intonasiyanın insanlara təsir gücünü də o vaxtlardan hiss edib, anlayıb.

Nənəsinin bağışladığı gümüş qabın içərisində "Quran"ı uşaqlıqdan boynunda gəzdirib. Sonralar da həmin "Quran"dan ayrılmayıb.

Əminə Yusifqızı hələ orta məktəb illərindən səhnəyə maraq göstərib. Onun sənətə gəlişi asan olmayıb. Qardaşı Əminə xanımın səhnəyə çıxmasına etiraz edib. Anası isə qızını anlayıb, ona dayaq olub. Əminə Yusifqızı bir müddət teatra qardaşından gizli gedib. Anası bunu oğlundan sirr kimi saxlayıb. O həyəcan, təlaş dolu günlərində Əminə Yusifqızı aktrisa olmaq arzusundan bir an belə dönməyib, səhnədən uzaqlaşmaq fikrinə düşməyib.

M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. İnstitutun birinci kursunda oxuyanda  Gənc Tamaşaçılar Teatrında (indiki Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı) işləməyə başlayıb. 1961-ci ildə həmin institutu bitirib.

Əminə Yusifqızı aktirisa kimi 1958-1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1964-1974-cü illərdə isə Azərbaycan Milli Dram Teatrında (hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) çalışıb. "Anacan", "Son məktub", "Söz yarası", "Komsomol poeması", "Ana tarla", "Şeytanın şagirdi" və başqa tamaşalarda bir-birindən maraqlı, yaddaqalan rollar oynayıb. Teatrşünaslar Əminə Yusifqızının səhnə yaradıcılığında Səməd Vurğunun eyniadlı poeması əsasında hazırlanan "Komsomol poeması" tamaşasında ifa etdiyi Humay rolunun xüsusi yer tutduğunu qeyd ediblər. Həmin rol aktrisaya böyük uğur gətirib. Yaradıcı heyətə mükafat qazandıran tamaşa sonralar Kremldə də nümayiş etdirilib.

Əminə Yusifqızı 1974-cü ildən fəaliyyətini "Azərbaycanfilm" kinostudiyasında davam etdirib. O, "Şərikli çörək", "Sən niyə susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və digər filmlərə, televiziya tamaşalarına, müxtəlif xarakerli obrazlara ekran ömrü verib. Əminə Yusifqızının dublyaj sahəsindəki fəaliyyəti də yaradıcılığında mühüm yer tutub.

O,  klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı olub. Görkəmli şairlərimizin əsərlərini uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində səsləndirən bədii qiraət ustası kimi onları tamaşaçı və dinləyicilərə daha da sevdirib, dillər əzbəri edib. 

İstedadı danılmaz olub. İstər teatrda, istər bədii filmlərdə, istərsə də televeziya tamaşalarında rejissorların ona həvalə etdikləri hər bir rol sanki boyuna biçilib. Əminə Yusifqızının hər çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. O, Azərbaycanın ən yaxşı bədii qiraət ustalarından biri kimi məşhurlaşıb. Ancaq sənət yolu enişli-yoxuşlu olub. Ona layiq olduğu fəxri adlar da gec verilib. Əminə Yusifqızı bunu özünə dərd etməyib, sınmayıb. Xaraktercə inadkar olan aktrisa heç vaxt ruhdan düşməyib. Hər zaman böyük həvəslə, sənətinə tükənməz məhəbbətlə çalışıb, öz işini ustalıqla görməyə səy göstərib. Əminə xanım müsahibələrinin birində bildirib: "Camaat bu barədə maraqlanırdı, amma mən bu söhbətləri ürəyimə yaxın buraxmırdım. Mən özümü mərd aparırdım".

Əminə Yusifqızı mədəniyyətimizin inkişafında xidmətlərinə görə, 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2016-cı ildə sənətkar "Şöhrət" ordeni ilə təltif olunub.

Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti  Əminə Yusifqızı 2025-ci il oktyabrın 9-da, səksən doqquz yaşında dünyasını dəyişib. Sənətkar lent yazılarının yaddaşında qalan ifaları, oynadığı rolları ilə ehtiramla xatırlanır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

Suverenlik missiyası  

16:31
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!