04 Aprel 2015 01:04
408
PARLAMENT
A- A+
Genetik modifikasiya olunmuş məhsulların istehsalı və idxalı ilə bağlı cərimələr sərtləşdirilir

Genetik modifikasiya olunmuş məhsulların istehsalı və idxalı ilə bağlı cərimələr sərtləşdirilir

 

Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti və inzibati cərimələr daha da artırılacaq. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin aprelin 3-də keçirilən iclasında məlumat verilib.

Komitə sədri Eldar İbrahimov iclasın gündəliyində olan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirib ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri,  yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edənlər və ya satanlar, bu əməllər xeyli miqdarda törədildikdə - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Eyni üsulla yeyinti məhsullarını istehsal edənlər isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə müəyyənləşdirilib.

İclasın gündəliyində olan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində də eyni mahiyyətli düzəlişlər nəzərdə tutulub.

Qanunlara təklif edilən dəyişikliklər bir-birinə, eləcə də “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara  uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.       

 

Elgün MƏNSİMOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

20:43
23 Mart

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

20:32
23 Mart

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

19:39
23 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

19:09
23 Mart

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

18:52
23 Mart

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

16:06
23 Mart

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

15:56
23 Mart

Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb

14:01
23 Mart

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

23:59
22 Mart

Azərbaycan millisi Haitiyə məğlub olub

23:37
22 Mart

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

22:59
22 Mart

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

21:34
22 Mart

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

20:29
22 Mart

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

19:54
22 Mart

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

19:38
22 Mart

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

18:27
22 Mart

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

17:43
22 Mart

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

17:35
22 Mart

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

16:27
22 Mart

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

15:35
22 Mart

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

15:04
22 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!