15 Mart 2025 08:05
1958
PARLAMENT
A- A+
Azərbaycan və Venesuela parlamentlərinin dostluq qruplarının onlayn iclasında

Azərbaycan və Venesuela parlamentlərinin dostluq qruplarının onlayn iclasında


Azərbaycan və Venesuela parlamentlərində fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn iclası keçirilib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan Venesuela Bolivar Respublikası Milli Assambleyasının Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila iştirakçılara assambleya sədri Xorxe Rodriqesin salamlarını çatdırıb. Parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin və beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayan dostluq qrupunun rəhbəri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin apreldə Daşkənddə keçiriləcək Dördüncü Konfransına dəvət aldıqlarını və tədbirdə iştirak edəcəklərini bildirib.

Onlayn iclasda çıxış edən Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Tamam Cəfərova iştirakçılara Milli Məclisin Sədri Sahibə Qafarovanın səmimi salamlarını çatdırıb. İkitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edən işçi qrupunun rəhbəri may ayında Azərbaycan və Venesuela arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirib. O, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin, qurumlararası siyasi məsləhətləşmələrin və iqtisadiyyat, təhsil, turizm sahələrində əməkdaşlığın vacibliyini qeyd edib. Parlament diplomatiyasının rolunu vurğulayan deputat Tamam Cəfərova dostluq qruplarının qarşılıqlı əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini  ifadə edib.

İclasda iki ölkə arasında siyasi, mədəni, iqtisadiyyat, enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin, enerji səmərəliliyi sahəsində məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, hüquqi bazanın gücləndirilməsi, təhsil, xüsusilə universitetlərarası əməkdaşlığın inkişafı müzakirə edilib. Həmçinin beynəlxalq platformalarda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Onlayn iclasda Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov və Arzu Nağıyev, deputatlar Aydın Hüseynov, Mehriban Vəliyeva, Naqif Həmzəyev, Ülviyyə Həmzəyeva, Zaur Şükürov, Venesuela parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri,  eləcə də Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran iştirak ediblər.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!