04 Mart 2026 08:17
647
SİYASƏT
A- A+
Sarsılmaz iradə, mütləq qələbə

Sarsılmaz iradə, mütləq qələbə


Dövlət başçısının yürütdüyü düzgün siyasi kurs milli maraqlarımızı qətiyyətlə təmin etdi


"Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik - Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi".

Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı zamanı bəyan etdiyi bu fikirlər müasir Azərbaycanın keçdiyi şərəfli yolun ifadəsidir. 44 günlük Vətən müharibəsi və cəmi bir sutkalıq antiterror tədbirləri ilə qazanılan parlaq zəfər, təkcə regionun deyil, dünya hərb tarixinın ən nadir hadisələrindən biri kimi qəbul edilir. Son onilliklər ərzində beynəlxalq müstəvidə Azərbaycanın Qarabağda əldə etdiyi qətiyyətli qalibiyyətə bərabər ikinci bir qələbə nümunəsi tapmaq qeyri-mümkündür.


Qlobal təzyiqlərə qarşı milli mübarizə 


Bu gün dünya yenidən bölüşdürülür, güc mərkəzləri arasında iqtisadi və siyasi üstünlük uğrunda savaşlar amansız xarakter alır. Planetin müxtəlif nöqtələrində alovlanan münaqişə ocaqları göstərir ki, bir çox hallarda dövlətlərin ərazi bütövlüyü və daxili sabitliyi ciddi təhlükə altındadır. Yer üzünün "qaynar qazan" kimi qaynadığı bir dövrdə Azərbaycanın öz suverenliyini tam bərpa etməsi və separatizmə birdəfəlik son qoyması onu dünyada şəriksiz qalib statusuna yüksəldib.

Təəssüf ki, beynəlxalq hüququn tapdanması müasir dünyada adi hala çevrilib. 1993-cü ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin onilliklər boyu kağız üzərində qalması beynəlxalq ədalətsizliyin bariz nümunəsi idi. Həmin dövrdə Azərbaycan işğal faktı ilə üz-üzə qaldı, on minlərlə şəhid verdi, bir milyondan çox qaçqın və məcburi köçkün axınına məruz qaldı.

Respublikamız müstəqilliyinin ilk illərində həm hərbi, həm də iqtisadi böhranla üz-üzə qalarkən, dünya erməniçiliyi və bəzi havadar dövlətlər ölkəmizə qarşı diplomatik cəbhə açmışdı. ABŞ-dəki ədalətsiz 907-ci düzəliş, ATƏT-in Minsk qrupunun vaxtuzatma taktikası, digər təzyiqlər rəsmi Bakını işğal faktı ilə barışdırmağa yönəlmişdi.

Memorialın açılışında dövlətimizin rəhbəri həmin çətin dövrləri belə xatırlatdı: "İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək".

Bu təzyiqlər təkcə diplomatik kanallarla deyil, həm də geniş informasiya hücumları ilə müşayiət olunurdu. Lakin Azərbaycan rəhbərliyinin qətiyyəti bütün bu ssenariləri alt-üst etdi. 

Ölkəmizin rəhbəri əlavə etdi ki, bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı: "Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu".


Güclü iqtisadiyyatdan modern orduya


2003-cü ildən başlanan və hərtərəfli inkişafa hesablanan milli strategiya Azərbaycanı addım-addım bugünkü zirvəyə daşıdı. Bu dövr ərzində dövlətin əsas prioriteti heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurmaq və ordunu ən müasir standartlara uyğun modernləşdirmək oldu. Hər bir diplomatik gediş, hər bir iqtisadi layihə birbaşa ərazi bütövlüyümüzün bərpasına xidmət edirdi.

Həyata keçirilən uzaqgörən siyasət sayəsində Azərbaycan öz gücü ilə həm BMT qətnamələrini icra etdi, həm də ATƏT-in Minsk qrupunun 30 il həll edə bilmədiyi Qarabağ düyününü çözərək Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu tarixi zəfər regionda dayanıqlı sülhün əsasını qoydu. Ötən il avqustun 8-də Vaşinqtonda Ermənistan ilə Azərbaycan arasında imzalanan Birgə Bəyannamə və sülh müqaviləsi mətninin paraflanması regionda əməkdaşlıq üçün yeni üfüqlər açdı. 

Onu da xüsusi vurğulayaq ki, Vaşinqton sammitində razılaşdırılan TRIPP (Zəngəzur dəhlizi) ABŞ-nin dəstəyi ilə regional nəqliyyat və tranzit layihələrinin genişləndirilməsinə mühüm töhfə verəcək.

Xocalı Memorialının açılışında Prezident İlham Əliyev bu günün reallığını qətiyyətlə ifadə etdi: "…Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir".

Bütün bunlar bir daha sübut etdi ki, ədalət gec-tez zəfər çalır. Bunun üçün sadəcə beynəlxalq bəyanatlar deyil, milli birlik, sarsılmaz iradə və real güc lazımdır. Azərbaycanın yaratdığı nümunə sayəsində beynəlxalq aləm də buna şahidlik etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanan üçrəngli bayrağımız təkcə suverenliyimizi deyil, həm də xalqımızın öz taleyinə sahib çıxmaq əzmini nümayiş etdirir.  

Xocalı Memorialının açılış mərasimindəki çıxışını bu mənəvi borcun yerinə yetirilməsi ilə yekunlaşdıran dövlət başçısının sözləri elə həm də xalqımızın qisas və ədalət hissinin təntənəsi oldu: "O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın". 

Prezident İlham Əliyevin Xocalıdan səsləndirdiyi bu fikirlərini həm də xəbərdarlıq bəyanatı kimi dəyərləndirsək, yanılmarıq. Azərbaycan öz gələcəyini şəxsən inşa edən, bölgədə sülhün və sabitliyin əsas qarantına çevrilmiş güclü bir dövlətdir. Bu tarixi nailiyyət gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də dövləti qorumağın, hər zaman güclü olmağın ən böyük örnəyidir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

Ermənistanda seçkilər "ölüm-qalım" mübarizəsinə çevrilib

08:50
15 Aprel

"Reklam həkim"

08:45
15 Aprel

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

08:40
15 Aprel

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

08:35
15 Aprel

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

08:30
15 Aprel

İşıq həyatının mənası idi

08:25
15 Aprel

Ermənistan Azərbaycan vasitəsilə iqtisadi blokadadan xilas olur

08:20
15 Aprel

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

08:15
15 Aprel

Bakının sülh körpüsü

08:10
15 Aprel

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

08:05
15 Aprel

MİLYONLARA SEVİNC BƏXŞ EDƏN BÖYÜK ÜRƏK SAHİBİ

08:00
15 Aprel

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub  

07:53
15 Aprel

Media: ABŞ İranla iş apardıqlarına görə Çin, BƏƏ və Oman banklarını sanksiyalarla hədələyir  

07:41
15 Aprel

Vens: ABŞ iqtisadi münasibətləri normallaşdırmaq üçün İranla razılığa gəlməyə çalışır

07:38
15 Aprel

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib

07:33
15 Aprel

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib  

07:32
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!