15 Aprel 2026 08:15
168
İQTİSADİYYAT
A- A+
Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır


Lakin respublikamız neftin qiymətinin sabit olmasında maraqlıdır 


Hörmüz boğazındakı məhdudiyyətlərlə əlaqədar yükdaşımalarda yaranan çətinliklər, eyni zamanda Yaxın Şərqdə enerji infrastrukturuna dəyən zərər neft bazarlarında qiymətlərin artmasına, bu da öz növbəsində qlobal iqtisadiyyata mənfi təsirlərini göstərir. 

Müharibə nəticəsində yaranan enerji böhranının xüsusən idxalçı ölkələrə təsir göstərəcəyi, eyni zamanda neft bazarındakı dalğalanmalar nəticəsində dünya bazarında qiymət dəyişikliklərinin hələ davam edəcəyi  proqnozlaşdırılır. Hazırda Yaxın Şərqdə münaqişə müəyyən qədər səngisə də, gərginlik başa çatmayıb. Beləliklə, münaqişənin nəticələrinin uzun müddət qlobal iqtisadiyyatı təhdid edəcəyi gözlənilir. 

Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupu rəhbərlərinin yaydığı birgə bəyanatda müharibənin nəticələri ilə bağlı müəyyən məsələlərə toxunulub. Qeyd olunub ki, müharibənin təsirləri böyükdür, qlobal və yüksək dərəcədə qeyri-bərabərdir, xüsusilə enerji idxalçısı olan ölkələrə, o cümlədən aşağı gəlirli dövlətlərə qeyri-mütənasib təsir göstərir. Bu şok neft, qaz və gübrənin qiymətlərinin artmasına səbəb olub, həmçinin ərzaq təhlükəsizliyi və iş yerlərinin itirilməsi ilə bağlı narahatlıqları gücləndirib. Yaxın Şərqdə bəzi neft və qaz istehsalçıları ixrac gəlirlərində kəskin azalma ilə üzləşiblər. 

Bəyanatda bildirilib ki, vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır və Hörmüz boğazında gəmiçilik tam normallaşmayıb: "Hətta boğazdan müntəzəm gəmiçilik axınları bərpa olunduqdan sonra belə əsas xammal və məhsullar üzrə qlobal təchizatın münaqişədən əvvəlki səviyyələrə qayıtması zaman alacaq. İnfrastrukturun zədələnməsi səbəbindən yanacaq və gübrə qiymətləri uzun müddət yüksək qala bilər. Təchizat zəncirindəki pozuntular nəticəsində əsas resursların çatışmazlığı enerji, ərzaq və digər sahələrə təsir göstərə bilər. Müharibə həmçinin insanların məcburi köçürülməsinə səbəb olub, məşğulluğa təsir edib, səfər və turizm həcmini azaldıb ki, bunların bərpası vaxt tələb edə bilər", - deyə bəyanatda qeyd olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, ABŞ-İsrail-İran müharibəsi, eyni zamanda Hörmüz boğazından yüklərin daşınması ilə bağlı yaranan çətinliklər qlobal iqtisadiyyata, eləcə də enerji bazarına birbaşa təsir göstərir. Onun sözlərinə görə, enerji məhsullarının qiymətlərindəki artımlar davam edir: "Xüsusən də inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa İttifaqında enerji xərclərində kəskin artımlar var. Bu da, təbii ki, dövlət xərclərində artımlarla müşahidə olunur. Mənfi təsirlərin hələ də davam etdiyini müşahidə edirik". 

Deputat qeyd edib ki, Azərbaycan üçün enerji böhranının təsirləri xüsusi risk və ya çağırış yaratmır, çünki Azərbaycan enerji ölkəsidir. Həm istehsal, həm də ixrac edən ölkə olduğuna görə enerji bazarlarındakı dalğalanmalar Azərbaycanın enerji təminatına xüsusi təsir göstərmir. Təbii ki, neftin qiymətinin yüksək olması ölkəyə gələn valyutanın həcmini artırır, amma Azərbaycan daha stabil qiymətlərdə maraqlıdır. Çünki belə qiymətlər həm də stabil iqtisadi artım, bazarda az dalğalanmalar deməkdir.

Neft qiymətlərinin yüksək olmasının dünya bazarında ümumi qiymət artımlarına gətirib çıxardığını deyən V.Bayramov vurğulayıb ki, Azərbaycan da dünya bazarındakı qiymət artımların təsirlərinin minimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirir. "Xüsusən strateji ərzaq məhsulları üzrə ehtiyatların artırılması, həmçinin istehlak bazarına qlobal qiymət artımının təsirlərinin minimumlaşdırılması istiqamətində Nazirlər Kabineti tərəfindən işlər görülür. Bütün bunlarla yanaşı, müharibənin davam edəcəyi və Hörmüz boğazından yükdaşımalardakı çətinliklərin qalacağı halda bizim təklifimiz ondan ibarətdir ki, bir sıra vacib ərzaq məhsulları üzrə idxalda müddətli vergi güzəştləri tətbiq olunsun. Çünki vergi güzəştlərinin tətbiqi nəticə etibarilə dünya bazarındakı qiymət artımlarının Azərbaycan bazarına təsirlərini minimallaşdıra, bununla da məhsullar üzrə xərclərin azalmasına və qlobal inflyasiyanın Azərbaycanın istehlak bazarına təsirlərinin minimuma endirilməsinə gətirib çıxara bilər", - deyə deputat bildirib. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

09:44
15 Aprel

ABŞ Prezidenti: NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq  

09:35
15 Aprel

Xəzər dənizində zəlzələ olub

09:35
15 Aprel

Tramp: İrandakı müharibə hələ bitməyib, amma sona yaxınlaşır

09:34
15 Aprel

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

09:33
15 Aprel

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

Ermənistanda seçkilər "ölüm-qalım" mübarizəsinə çevrilib

08:50
15 Aprel

"Reklam həkim"

08:45
15 Aprel

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

08:40
15 Aprel

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

08:35
15 Aprel

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

08:30
15 Aprel

İşıq həyatının mənası idi

08:25
15 Aprel

Ermənistan Azərbaycan vasitəsilə iqtisadi blokadadan xilas olur

08:20
15 Aprel

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

08:15
15 Aprel

Bakının sülh körpüsü

08:10
15 Aprel

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

08:05
15 Aprel

MİLYONLARA SEVİNC BƏXŞ EDƏN BÖYÜK ÜRƏK SAHİBİ

08:00
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!