04 Mart 2026 08:55
205
İQTİSADİYYAT
A- A+
Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına


Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan coğrafi mövqeyi, strateji əhəmiyyəti və qədim tarixilə seçilən diyardır. Bir bölgənin inkişafı təkcə onun mədəni irsi və sənaye potensialı ilə deyil, həm də insanların hərəkətini, əlaqəsini və gündəlik həyatını təmin edən yol şəbəkəsi ilə ölçülür. Yol tikintisi ölkənin inkişafı, vətəndaşların firavan yaşayışı deməkdir. Müasir yol şəbəkələri olmadan yüksək iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi: "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir". Buna görə də Naxçıvanda yol infrastrukturunun yenilənməsi, genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması diqqətdə saxlanılır. 

Azərbaycanda yol-nəqliyyat kompleksinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan nəqliyyat sahəsində də əsaslı dəyişikliklərə və inkişafa təkan verilmiş, avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaranmışdır. Ümummilli Liderin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də nəqliyyat sektorunun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Son illər yol-nəqliyyat sistemində, xüsusilə avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələr reallaşdırılır. Dövlətimizin başçısının bu sahədə imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülməkdədir.

Bu sahədə irəli sürülən vəzifələr muxtar respublikada da uğurla həyata keçirilir, aparılan genişmiqyaslı quruculuq işlərində yol tikintisinə xüsusi diqqət yetirilir. Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda 11 prioritet istiqamət müəyyən olunmuşdur ki, onlardan biri də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən müasir avtomobil yol layihələrinin hazırlanmasıdır. Dövlət proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. 

Böyük İpək yolunun üzərində yerləşən Naxçıvan tarixin bütün mərhələlərində beynəlxalq ticarət və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynamışdır. Ümummilli Liderin "Böyük İpək yolu keçmişdən başlasa da, gələcəyə doğru gedən yoldur. O, xalqımızı firavanlığa və tərəqqiyə çıxaracaqdır" fikri bu gün də öz aktuallığını qoruyur və strateji inkişaf xəttinin əsas ideya mənbələrindən biri kimi çıxış edir. Məhz bu siyasi kursun davamı olaraq Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində regionda yeni geoiqtisadi reallıqlar formalaşmış, Zəngəzur dəhlizinin açılması perspektivi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu dəhliz yalnız tarixi ədalətin bərpası deyil, həm də Naxçıvanın birbaşa quru bağlantısı vasitəsilə Azərbaycanın əsas hissəsi və beynəlxalq nəqliyyat şəbəkələri ilə inteqrasiyasını təmin edəcək mühüm strateji layihədir.

Dünya əhəmiyyətli Böyük İpək yolunun Naxçıvan ərazisindən keçən hissəsinin müasir standartlara uyğun bərpası, magistral yolların yenidən qurulması və nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsi Zəngəzur dəhlizinin açılması fonunda daha geniş iqtisadi imkanlar yaradacaq. Bu proses muxtar respublikanın tranzit potensialını artırmaqla yanaşı, beynəlxalq yük və sərnişin daşımalarında rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək, regionu "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevirəcək.

Beləliklə, Ulu Öndərin strateji baxışları və dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Naxçıvan Böyük İpək yolunun müasir mərhələdə yenidən canlanan halqası kimi çıxış edərək iqtisadi yüksəlişin və regional inteqrasiyanın yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu strateji xəttin praktik müstəvidə reallaşdırılması isə nəqliyyat infrastrukturunun davamlı şəkildə təkmilləşdirilməsini zəruri edir. Məhz bu baxımdan Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin istiqamətdə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır və regionun nəqliyyat şəbəkəsinin mərhələli və sistemli inkişafını təmin edir. Bu çərçivədə həm magistral yollar, həm də kənd və qəsəbələri birləşdirən daxili yol şəbəkələri yenidən qurulur. Yol yatağının möhkəmləndirilməsi, asfalt-beton örtüyünün keyfiyyətinin artırılması və relyefə uyğun mühəndis qurğularının quraşdırılması kimi həllər, infrastrukturun uzunmüddətli və sabit istismarına şərait yaradır. 

Agentlik, muxtar respublikada 1,161 kilometr uzunluğunda ümumi istifadədə olan avtomobil yollarına və həmin yollar üzərində yerləşən 162 körpüyə xidmət göstərir. Bu yolların 269 kilometri respublika, 892 kilometri isə yerli əhəmiyyətli yollardan ibarətdir. Bununla yanaşı, agentlik muxtar respublikanın şəhər və kənd yaşayış məntəqələrində yerləşən, ümumi uzunluğu 2,952 kilometr olan bələdiyyə və icra hakimiyyətlərinin balansında olan yolları da diqqətdə saxlayır.

Bu geniş yol şəbəkəsinə fasiləsiz xidmət göstərilməsi, eyni zamanda onun mərhələli şəkildə yenilənməsi fəaliyyətin miqyasını və məsuliyyət yükünü aydın şəkildə nümayiş etdirir. Statistik göstəricilər isə görülən işlərin illər üzrə artan dinamika ilə həyata keçirildiyini təsdiqləyir. Belə ki, 1995-ci ildən bu günə kimi muxtar respublikada  2,664 kilometr avtomobil yolu əsaslı təmir olunub və 96 körpü tikilərək vətəndaşların istifadəsinə verilib. Bu rəqəmlər yol infrastrukturunun davamlı inkişafının ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu bir daha göstərir.

Muxtar respublikada müasir avadanlıqlarla təmin olunan asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına imkan verib. Son illər Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası da xeyli möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunub. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaradıb və nəticədə müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub.

Dövlət başçısının nəzarəti ilə həyata keçirilən ardıcıl tədbirlər sayəsində bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinə belə, ilin istənilən fəslində və günün istənilən saatında rahat gediş-gəliş mümkündür. Ən ucqar kəndlərə qədər uzanan asfalt yollar təkcə rahatlığı təmin etmir, həm də əhali üçün yeni imkanlar yaradır: kənd təsərrüfatı məhsullarının daşınması sürətlənir, turizm obyektlərinə gediş-gəliş asanlaşır. Yolların yenilənməsi həmçinin gələcək investisiyalar üçün əlverişli mühit formalaşdırır və bölgənin ümumi inkişaf strategiyasına dinamizm gətirir. Yenidən qurulan və ya təmir olunan yollar yalnız nəqliyyat hərəkətinin sürətini artırmır, həm də təhlükəsizliyi prioritet kimi diqqətdə saxlayır. Müasir standartlara uyğun yol nişanlarının, piyada keçidlərinin və işıq əksetdirici siqnal dirəklərinin quraşdırılması sürücü və piyadalar üçün daha təhlükəsiz hərəkət mühitinin formalaşmasına xidmət edir.

Təkcə 2025-ci il ərzində sözügedən dövlət proqramına uyğun olaraq 56 kilometr avtomobil yolu əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Bu rəqəmlər yol infrastrukturunun yenilənməsinin təsadüfi deyil, məqsədyönlü planlaşdırma və ardıcıl icra prinsiplərinə əsaslandığını təsdiqləyir. Görülən işlər bir daha göstərir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yol təsərrüfatına uzunmüddətli xidmət sahəsi kimi yanaşır. Yolların yenidən qurulması, təmiri və istismarı mərhələli şəkildə həyata keçirilir. Hər bir kilometr yolun dayanıqlı və keyfiyyətli olması isə agentliyin fəaliyyətində prioritet kimi müəyyən olunub. 

Qeyd edək ki, ötən ilin sonundan etibarən muxtar respublikanın 95,6 kilometrlik avtomobil yolunda əsaslı təmir işlərinə də başlanılıb. Bu, irihəcmli layihə olmaqla yol infrastrukturunda genişmiqyaslı yenilənməni əhatə edir. Belə ki, Naxçıvan şəhərinin bir sıra məhəllə və küçələrində yol əsasının möhkəmləndirilməsi və suötürücü qurğuların quraşdırılması istiqamətində işlər aparılır. Cari ildə də yol infrastrukturunun yenilənməsi istiqamətində işlərin ardıcıl və planlı şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Bu yanaşma Prezident İlham Əliyevin yol infrastrukturuna verdiyi yüksək önəmin məntiqi davamıdır. Dövlət başçısının dediyi kimi: "Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir... Bu o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir. Keyfiyyətli yol böyük ustalıq və əlbəttə ki, nəzarət tələb edir". Naxçıvanda həyata keçirilən layihələr də məhz bu prinsipə əsaslanaraq peşəkar yanaşma, ciddi texniki nəzarət və yüksək keyfiyyət standartları əsasında icra olunur. 

Agentlik işin müasir standartlara uyğun icrasını təmin etmək üçün beynəlxalq təcrübədən də aktiv şəkildə yararlanır. Yol infrastrukturunun layihələndirilməsi, tikintisi və təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi məqsədilə bir sıra xarici şirkətlər və mütəxəssislərlə əməkdaşlıq həyata keçirilir. Bu isə həm yol keyfiyyətinin yüksəldilməsinə, həm də uzunmüddətli və davamlı istismar imkanlarının təmin olunmasına xidmət edir. 

İqtisad elminin atası hesab olunan Adam Smit "Xalqların sərvəti" kitabında qeyd etdiyi kimi, yaxşı yollar ticarəti stimullaşdıraraq ölkəni zənginləşdirir.  Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yenilənən yolları da məhz ölkəmizin davamlı inkişafına əvəzsiz töhfə verəcək.


Əli İBRAHİMBƏYLİ,

Naxçıvan şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!