04 Mart 2026 08:30
128
İQTİSADİYYAT
A- A+
"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub


Bu marşrutun tam gücü ilə fəaliyyət göstərməsi qlobal ticarətin inkişafına təkan  verəcək


Yaxın Şərqdə baş verən qanlı hadisələr fonunda dünya üçün bir daha ticarət nəqliyyat marşrutlarının nə qədər önəmli olması üzə çıxdı. Bu konfliktlərdə dünya mediasında ən çox müzakirə olunan mövzu İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı idi. Çünki boğazın bağlanması dünya iqtisadiyyatını növbəti böhrana gətirib çıxara bilər.

Müasir geosiyasətdə ticarət marşrutlarına xüsusi diqqət verilməsi təsadüfi deyil. Dövlətlərin iqtisadi çıxarlarının siyasi ambisiyalarını üstələdiyi dünyada ticarət marşrutları sıradan məsələ deyil. Hazırda istehsal-satış əməliyyatlarının sürəti qlobal iqtisadiyyatın başlıca tələblərinə çevrilib. Müasir iqtisadi münasibətlərdə sürətli istehsal və satışı həyata keçirənlər rəqabətdən qazancla çıxırlar. O üzdən tədarük zəncirinin fasiləsizliyi və hazır məhsulun satışı ticarət marşrutlarının səmərəliliyindən asılıdır.

İndiki halda Azərbaycan dünyanın əsas tranzit ölkələrindən biridir. Bunun başlıca səbəbi Azərbaycanın qlobal ticarətdə mühüm əhəmiyyətə malik iki marşrutda - Orta dəhlizdə və "Şimal-Cənub" marşrutunda qovşaq ölkə olmasıdır. Odur ki, bir çox hallarda Rusiya və İranla aramızda müxtəlif mövzularda fikir ayrılığı olsa da, nəqliyyat məsələlərində Azərbaycan hər iki qonşuya qlobal bazarlara çıxışı təmin etdiyinə görə anlaşırıq. 

Məlumdur ki, Rusiya-Ukrayna savaşı şimal qonşumuzu çıxılmaz vəziyyətdə qoyub. Müharibə Rusiyanın Asiya ilə Avropa arasında mühüm tranzit ölkəsi olmaq statusunu itirməsinə gətirib çıxarıb. Bununla yanaşı, Rusiyanın qlobal bazarlara çıxışında problemlər yaranıb. Bir sözlə, Rusiya iqtisadiyyatının ayaqda qalması üçün onun qlobal bazarlara çıxışını təmin edən marşrutlara ehtiyacı var. 

Xəbər verildiyi kimi, bu günlər Prezident İlham Əliyev Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul etmişdir. Görüşdə müxtəlif məsələlərlə yanaşı, iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi geniş  müzakirə olunmuş, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. 

Aleksey Overçukla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçən görüşdə də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi, onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi məsələləri müzakirə mövzusu olmuşdur. Görüşdə həmçinin iki ölkə arasında dövlət sərhədindəki buraxılış məntəqələrinin səmərəli işi və onların gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilmişdir.

Hazırda Rusiya qarşılaşdığı çətin problemlərə görə "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə planlaşdırıldığı işləri görə bilmir. Dəhlizin tranzit imkanlarının artırılması üçün onun müasir dövrün tələblərinə uyğun modernləşdirilməsi lazımdır. Amma indiki halda şimal qonşumuzun bu marşruta iri məbləğdə investisiya qoymaq və müasir texnologiyaları tətbiq etmək imkanı yoxdur. Bu səbəbdən "Şimal-Cənub" dəhlizində işlər ləng gedir. Azərbaycan tərəfi isə öz ərazisində marşrutun modernləşdirilməsi üçün çox işlər görüb.

Yeri gəlmişkən, qeyd edək ki, ötən il Azərbaycandan keçən "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton yük daşınıb. 2030-cu ildə bu rəqəmin  32 milyon tona çatdırılması proqnozllaşdırılır.

Onu da xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına gecikmə ilə 2026-cı il aprelin 1-də başlanacaq. Tikintinin gecikməsinin səbəbi bir sıra məsələlərdə Rusiya ilə İranın razılaşa bilməməsi idi. Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə bildirib ki, tərəflər əvvəllər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri, o cümlədən torpaq qeydiyyatı və lazımi güzəştlərin əldə edilməsi problemlərini həll edə biliblər. Nazir qeyd edib ki, layihənin başlanması ilə bağlı yekun razılaşmanın aprelin 1-də Rusiyada keçiriləcək Nəqliyyat Həftəsi zamanı imzalanması planlaşdırılır.

İranda tikilməkdə olan Rəşt-Astara dəmir yolu xətti (162 km) "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunda əsas çatışmayan halqadır.  Bu xətt Fars körfəzi limanlarına fasiləsiz nəqliyyat bağlantısını təmin edəcək. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir və Moskva ilə Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.

İnşası 2026-cı ildə başlansa və 3 il ərzində başa çatsa, xətt təxminən 2030-cu ilədək tam gücü ilə işləyə biləcək və 2028-ci ilin yanvarından ilkin mərhələdə 5 milyon ton yükün daşınması təmin olunacaq. Gələcəkdə isə bu göstəricinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan iqtisadiyyatına da ciddi gəlir gətirəcək, eyni zamanda geosiyasi baxımdan ölkəmizə ciddi dividendlər qazandıracaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!