04 Mart 2026 08:40
143
İQTİSADİYYAT
A- A+
Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq


Azərbaycanın rəqəmsallaşma kursu kiçikmiqyaslı layihələr dövrünü geridə qoyaraq, fundamental və sistemli dəyişiklik mərhələsinə adlayıb. Hazırda bu proses təkcə texnoloji infrastrukturun yenilənməsi yox, dövlət idarəçilik paradiqmasının dəyişməsi ilə baş verir. Ümumiyyətlə, rəqəmsal keçid iqtisadi dayanıqlılığın və milli təhlükəsizliyin ana xəttini təşkil edir. 2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə ölkəmizin texnoloji gələcəyini dizayn edən tarixi dönüş nöqtəsi oldu. 

Dövlət başçısının müvafiq fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt sferalarında prioritetlərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası təsis edildi. Bu ali kollegial orqanın yaradılması dövlət siyasətinin və rəqəmsallaşma prosesinin vahid mərkəzdən koordinasiya olunmasını təmin edəcək və innovativ iqtisadi modelə keçidi sürətləndirəcək. 

Xatırladaq ki, müşavirədə müəyyən olunmuş hədəflərə uyğun olaraq "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" da təsdiqlənib. Bu strateji yol xəritəsi yaxın üç il ərzində ölkənin texnoloji mənzərəsini dəyişdirəcək kompleks islahatları, beynəlxalq reytinqlərdə mövqelərin yüksəldilməsini və rəqəmsal sektorun ÜDM-dəki payının artırılmasını hədəfləyir. 

Müasir dövrdə rəqəmsal inkişaf anlayışı təkcə texnologiya deyil, təhsildən elmə qədər bütün sahələri əhatə edən rəqəmsal həyat tərzi deməkdir. Sistemli siyasət, insan kapitalına davamlı investisiyalar və effektiv koordinasiya sayəsində ölkəmiz yaxın onillikdə regionun ən qabaqcıl rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilmək potensialına malikdir. 

Xüsusilə vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin fərmanı ilə rəqəmsallaşma üzrə ayrıca şuranın təsis edilməsi və bu quruma birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədr təyin olunması müstəsna əhəmiyyətli sahəyə dövlət səviyyəsində diqqətin və məsuliyyətin miqyasını göstərir, ictimai etimadı əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bu təyinat, ilk növbədə, dövlət başçısının texnoloji transformasiyaya həssaslığının və prosesə nə dərəcədə önəm verməsinin bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın indiyədək ona həvalə olunmuş bütün dövlət və ictimai vəzifələri, mürəkkəb humanitar və sosial layihələri yüksək peşəkarlıq və səmərəliliklə icra etməsi rəqəmsallaşma kimi strateji sahədə də bütün hədəflərə qısa zamanda nail olunacağına dair sarsılmaz əminlik yaradır. Mehriban xanımın təhsil, operativ idarəçilik və digər sahələrdəki zəngin təcrübəsi rəqəmsal bacarıqlara malik yeni nəslin yetişdirilməsi və əmək bazarının müasir tələblərə uyğunlaşdırılması prosesini daha da sürətləndirəcək. 

Ölkəmizin Birinci vitse-prezidentinin milli iqtisadiyyatın rəqəmsal modelə keçidi kimi həyati məsələyə birbaşa başçılıq etməsi Azərbaycanı regionun texnoloji mərkəzinə çevirəcək. Bu, həm də qlobal süni intellekt nəhəngləri, xüsusən ABŞ şirkətləri üçün həlledici siqnaldır. Yüksək etimada və beynəlxalq şöhrətə malik olan Mehriban xanım Əliyevanın şuraya rəhbərliyi dünyanın işgüzar dairələri və qlobal texnologiya şirkətləri üçün ən yüksəksəviyyəli siyasi zəmanət və investisiya risklərinin minimuma endirilməsi deməkdir. Nüfuzlu rəhbər faktoru həm xarici, həm də yerli sahibkarlar üçün təhlükəsizlik lövbəri funksiyasını yerinə yetirir, layihələrin iqtisadi səmərəliliyini və cəlbediciliyini artırır. 

Şuranın fəaliyyəti sayəsində dövlət menecmentinin effektivliyi yüksələcək, cəmiyyətin bütün təbəqələri üçün xidmətlərə bərabər və şəffaf çıxış imkanı yaranacaq. Qurumlarüstü səlahiyyətlərə sahiblik texnoloji yenilənmənin hətta innovasiyalara meyilli olmayan mühafizəkar sahələrə də nüfuz etməsinə təkan verəcək. Nəhəng korporasiyaların öz mənfəətlərinin bir hissəsini texnoloji tərəqqiyə yönəltməsi stimullaşacaq. Bu da zəncirvari reaksiya yaradaraq özəl sektorun prosesə qoşulmasına səbəb olacaq. Eyni zamanda dövlət aparatında qurumlararası koordinasiya maksimum dərəcədə sürətlənəcək, bürokratik maneələr aradan qaldırılacaq, qərar qəbulu sadələşəcək, resursların idarə olunmasında israfçılığa yol verilməyəcək. Elektron xidmətlər insanların gündəlik həyatını daha da asanlaşdıracaq. Yəni rəqəmsallaşma texnoloji yenilik olmaqla yanaşı, vətəndaş məmnuniyyətinə xidmət edən bir vasitə olacaq. 

Nəzərə alaq ki, rəqəmsallaşma çoxşaxəli prosesdir və bəzən müxtəlif dövlət qurumları arasında koordinasiya çətinlikləri üzə çıxır. Mehriban xanım Əliyevanın şuraya sədrliyi rəqəmsallaşma layihələrinin "yarıyolda qalma" riskini sıfıra endirir və bütün dövlət strukturlarının vahid rəqəmsal strategiya ətrafında sıx birləşdirilməsinə inam yaradır.

Rəqəmsal İnkişaf Şurasının təsis edilməsi Azərbaycanın qlobal trendlərlə ayaqlaşmaq üçün seçdiyi yeni və çevik strukturlaşma modelidir. Tam əminliklə demək olar ki, Birinci vitse-prezidentin sarsılmaz iradəsi və sistemli yanaşması Azərbaycanı yaxın onillikdə regionun ən qabaqcıl rəqəmsal iqtisadiyyat mərkəzinə çevirəcək. Nəticə etibarı ilə Mehriban Əliyevanın yeni quruma rəhbərliyi rəqəmsal transformasiyanı dövlət idarəçiliyinin bütün qatlarına sirayət etdirəcək. Bu, Azərbaycanın təkcə regionda deyil, qlobal texnologiya və süni intellekt aləmində mühüm oyunçuya çevriləcəyinə dair ən güclü arqumentdir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!