21 Fevral 2025 20:25
1287
Elm və texnika
A- A+
Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi - forum

Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi - forum


Fevralın 21-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” mövzusuna həsr olunan forum keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev Azərbaycanın müstəqilliyini və suverenliyini gücləndirmək məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin dövlətçilik siyasətinin inkişafına və beynəlxalq mövqeyimizin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.

Daha sonra “Yüksəliş” müsabiqəsi tərəfindən Azərbaycanın suverenliyi mövzusunda hazırlanmış videoçarx forum iştirakçılarına nümayiş etdirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva forumun müstəqil Azərbaycanın bütövlüyünün möhkəmləndirilməsinə töhfə verdiyindən danışıb. O bildirib ki, bu tədbir xalqımızda mübariz birliyin daha da möhkəmlənməyində, birlikdə iştirakçısı və şahidi olduğumuz tarixi prosesin gələcək nəsillərə ötürülməsində böyük rol oynayacaq.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, son 30 ildə Azərbaycan dövlət quruculuğu və qanunvericilik sahəsində böyük irəliləyişlər əldə edib. 2019-cu ildə Prezident İlham Əliyevin Konstitusiya ilə bağlı Fərmanına əsasən məhkəmə sistemində islahatlar aparılaraq cəmiyyətin məhkəmələrə inamı artırılıb. Daha sonra o qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, milli kimliyin güclənməsi və təhsilin inkişafı üçün möhkəm təməl yaradıb. Ulu Öndər Heydər Əliyevin və xalqımızın arzusu olan tam suverenlik və ərazi bütövlüyü bu gün gerçəkləşib.

⁠Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov vurğulayıb ki, Prezident İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Gündüz Kərimov qeyd edib ki, konstitusiya cəmiyyət inkişaf etdikcə dəyişikliklərə məruz qalır və bu dəyişikliklər dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. 2002, 2009 və 2016-cı illərdə edilən konstitusiya dəyişiklikləri dövlət idarəetməsini gücləndirib və 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyinin tam əraziyə şamil olunması ilə nəticələnib.

⁠Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa edərək gücləndirilib. O qeyd edib ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahid, toxunulmaz və bölünməzdir, bu gün Konstitusiyamız ölkənin bütün suveren ərazisində hakimdir. O, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi güclü dövlətçilik siyasətinin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, dövlətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün insan resursları kapitala çevrilməlidir. O, Azərbaycanın inkişafının dərinləşməsi, hüquq sisteminin möhkəmlənməsi, iqtisadi imkanların artırılması və sosial rifahın yaxşılaşdırılması barədə danışıb. B.Muradova, həmçinin “Yüksəliş” müsabiqəsi iştirakçılarını Azərbaycanın inkişafı və suverenliyi naminə birliyə çağıraraq milli-mənəvi dəyərlərin qorunması üçün fəal olmağa səsləyib.

Forumda çıxış edənlər onu da vurğulayıblar ki, Azərbaycanın suverenliyini beynəlxalq aləmdə möhkəmləndirmək və ölkənin daxili siyasətində və iqtisadiyyatında davamlı inkişafı təmin etmək yalnız dövlətin gələcəyi üçün deyil, həm də xalqımızın rifahı, hüquqi, siyasi və iqtisadi müstəqilliyinin daha da genişlənməsi üçün böyük əhəmiyyət daşıyır. Onlar qeyd ediblər ki, Azərbaycan Respublikası Konstitusiyasının üzərində qurulan möhkəm təməl və suveren dövlət olaraq ölkəmizin müstəqilliyini daha da gücləndirmək üçün atılacaq addımlar beynəlxalq əlaqələrdə daha müsbət təsir yaradacaq və Azərbaycanın dünya siyasətində daha möhkəm mövqe tutmasına imkan verəcək.

Forum rəsmi çıxışlardan sonra panel müzakirələri ilə davam edib. Bu müzakirələrdə ölkəmizin müstəqilliyi və milli maraqlarının qorunması istiqamətində atılan vacib addımlarla yanaşı, gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyan məsələlər də geniş şəkildə müzakirə edilib. Forumun əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, milli maraqların qorunmasını təmin etmək və qlobal çağırışlar fonunda suveren siyasətimizin inkişaf perspektivlərini dərindən müzakirə etmək olub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə artıq ikinci dəfə forum təşkil olunur. Ötən il baş tutan ilk forum müsbət trendləri müzakirə, müsabiqənin davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri inkişaf etdirmək məqsədilə təşkil olunub.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub  

19:07
30 Mart

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb  

18:36
30 Mart

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub  

17:39
30 Mart

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir  

17:13
30 Mart

Almaniya klubunun baş məşqçisi istefaya göndərilib  

16:10
30 Mart

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!