06 Avqust 2024 09:00
450
SİYASƏT
A- A+
Fransanın dini dözümsüzlük nümayişi

Fransanın dini dözümsüzlük nümayişi


Paris Olimpiya Oyunlarını siyasiləşdirir


"Bu gün dünya Fransada XXXIII Yay Olimpiya Oyunları zamanı baş verən utancverici hadisələri müzakirə etməkdədir. Parisin sözügedən mötəbər tədbiri siyasiləşdirməsi, cinsi azlıqları təbliğ etməsi, xristianlığa, onun böyük şəxsiyyətlərinə hörmətsiz münasibət nümayiş etdirməsi haqlı olaraq dünya ictimaiyyətində hiddət doğurub".


Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.  O bildirib ki, Fransanın islama və müsəlmanlara qarşı dəfələrlə dözümsüz münasibətinin şahidi olmuşuq. Bu ölkədə davamlı olaraq islama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılıb, Məhəmməd Peyğəmbərin karikaturası çəkilib, müsəlmanların inanclarına toxunan digər hərəkətlər sərgilənib. "Lakin bu dəfə dünya Fransanın təkcə islama və müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə də qarşı dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu. Bu isə rəsmi Parisin növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək Olimpiadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir. Təəssüf ki, Fransa eyni münasibəti Azərbaycana qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi. Maraqlıdır ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərini talayan, azsaylı xalqların hüquqlarını pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı ki, Fransa özünə baxsın, hansı günə qaldığını görsün", - deyə müsahibimiz əlavə edib. 
Paris Olimpiadasının açılış mərasimində İsa Peyğəmbər və onun həvarilərinin hörmətdən salındığını qeyd edən C.Məmmədov qeyd edib ki, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoydu. Bütün bunlarla yanaşı, Fransa qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgilədi ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmadı. Dünya bu məsələyə kəskin münasibət bildirdi, Fransanın bu əməli qətiyyətlə qınanıldı. 
Deputat yekunda vurğulayıb ki, hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-Katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə kəskin reaksiya verməlidirlər.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!