07 Oktyabr 2026 10:05
215
DÜNYA
A- A+
Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb


2026-cı il üçün fizika üzrə Nobel mükafatı ABŞ-dəki Viskonsin-Medison Universitetinin belçikalı alimi Frensis Haltsenə verilib. İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsi bu qərarı oktyabrın 6-da Stokholmda elan edib.

Mükafat "IceCube neytrino rəsədxanasına və astrofizik mənşəli yüksəkenerjili neytrinoların kəşfinə verdiyi həlledici töhfəyə görə" təqdim olunub. 2011-ci ildə Antarktidada inşa edilən rəsədxana işıq detektorları ilə təchiz olunmuş bir kub kilometrlik buzdan ibarətdir. Onun köməyi ilə alimlər dərin kosmosda nəhəng enerji buraxılışları nəticəsində əmələ gələn neytrino adlanan kiçik hissəcikləri müşahidə edə bilərlər.

"Ultrayüksək enerjili neytrinolar digər hissəcik növləri ilə eyni şəraitdə istehsal olunur. Lakin, digərlərindən fərqli olaraq, onlar istiqamətini dəyişmədən və ya enerji itirmədən bizə çatırlar. Bu o deməkdir ki, onlar başqa heç bir şəkildə əldə edilə bilməyən məlumat mənbəyi kimi xidmət edə bilərlər", - Nobel Komitəsi qeyd edib.

1901-ci ildən bəri fizika üzrə Nobel mükafatı 120 dəfə, beş qadın da daxil olmaqla 230 alimə verilib. Mükafatın dəyəri 12 milyon İsveç kronudur (təxminən 1,06 milyon avro).

Beş Nobel mükafatı (fiziologiya və ya tibb, fizika, kimya, ədəbiyyat və sülh sahələrində) dinamit ixtiraçısı Alfred Nobelin vəsiyyəti ilə təsis edilib və 1901-ci ildən bəri təqdim olunur. Nobel həftəsinin ilk günündə, 5 oktyabrda fiziologiya və  tibb sahəsində laureatların adları açıqlanıb. Bunlar alman alimləri Peter Hegemann və Georq Nagel, eləcə də amerikalı Karl Deysserotdur. "Peter Hegeman və Georg Nagel təkhüceyrəli yosunda diqqətəlayiq bir zülal olan kanalrodopsin kəşf ediblər. Karl Deysserot bu zülalı sinir hüceyrələri üçün işıqla idarə olunan açara çevirib. Laureatlar nevrologiyada yeni bir dövrün təməlini qoyulbar", - deyə Karolinska İnstitutundakı Nobel Assambleyası elan edib. Optogenetika, sinir hüceyrələrinin canlı beyində xatirələri, hissləri və davranışları necə formalaşdırdığını göstərməyə imkan verən bir metoddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb  

11:10
07 Oktyabr

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

11:08
07 Oktyabr

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

11:07
07 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

11:06
07 Oktyabr

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik  

11:05
07 Oktyabr

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

11:04
07 Oktyabr

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!