12 Noyabr 2026 09:30
129
İQTİSADİYYAT
A- A+
Firavanlıq bolluqdan başlayır

Firavanlıq bolluqdan başlayır



Ağcabədidə bu məlum həqiqəti bilməyən fermer yoxdur


Pambıq bu yerlərin əzəli sərvətidir. Qarabağın bərəkətli torpaqları yüz illərboyu çəkilən zəhmətin, axıdılan alın tərinin qarşılığında yetirdiyi bol məhsulla bu qədim yurdun sahiblərinə xoş güzəran, firavan həyat bəxş edib. 

Zaman-zaman ictimai quruluşlar, idarəçilik üsulları dəyişsə də, mayası halallıq olan torpağın özəl xüsusiyyətləri bir zərrə də dəyişmir. Yay, qış demədən nazını çəkənləri, başına pərvanə kimi dolananları heç vaxt ümidsiz qoymur, ona əyiləni ucaldır, elin-obanın hörmət-izzət sahibinə çevirir,  firavanlığa qovuşdurur.

Qızıl payızın bu oğlan çağında ana təbiət Qarabağ torpağında zənginliyi ilə hər kəsdə məmnunluq doğuran geniş bir bərəkət süfrəsi açıb. Ağcabədinin ağ örpəyə bürünmüş pambıq tarlaları bu günlər əsl hünər meydanına çevrilib. Böyük zəhmət bahasına hasilə gələn məhsulu tez və itkisiz yığıb tədarük etmək üçün bütün qüvvələr səfərbər edilib. Havaların şıltaqlığı üzündən məhsul yığımının sürətini artırmaq üçün mövcud imkanlardan maksimum səmərəli istifadə olunur. 

Bu il rayonun təsərrüfatlarında 8291 hektarda pambıq əkilib. Becərmədə aqrotexniki tələblərə ciddi əməl olunması hesabına tarlalarda bol məhsul yetişib. Artıq pambıq tarlalarının yarıdan çoxunun məhsulu yığılıb. Orta məhsuldarlıq hələlik 34,5 sentnerdir. Birinci üz yığımı üçün bu, yaxşı nəticə sayılır. İkinci üz yığımına da xeyli məhsul var. Ağcabədinin təcrübəli pambıqçıları İsgəndər Hüseynovun, İsa Mürşüdovun, Eyvaz Hüseynovun rəhbərlik etdikləri fermer təsərrüfatlarında daha yüksək nəticələr qazanılıb - hektardan 45-50 sentner.

Dövlətin aqrar sektor üçün müəyyən etdiyi yeni hədəflər, qarşıya qoyduğu yeni vəzifələr ağcabədili fermerlər üçün də əsas fəaliyyət istiqamətidir. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla bu yöndə söhbətimiz maraqlı alındı:

- Dövlət üzərinə düşən vəzifəni hər zaman yüksək səviyyədə yerinə yetirir. Regionların davamlı sosial-iqtisadi inkişafı, bölgələrdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının dünyanın qabaqcıl ölkələrinin təcrübəsi, mütərrəqi texnologiyalar, innovativ üsullar əsasında yüksəlişi üçün dövlət əhəmiyyətli proqramlar qəbul edir, onları reallaşdırmaq üçün sərmayələr ayırır. Məqsəd, hədəf ölkə iqtisadiyyatını gücləndirmək, xalqın, xüsusilə kəndlərdə yaşayan əhalinin həyat səviyyəsini, güzəranını yaxşılaşdırmaqdır. Hazırda bütün ölkəboyu yeni fəaliyyət istiqamətini müəyyən etmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr həyata keçirilir. Bu gün kürəyində dövlətin güclü əlini hiss edən Ağcabədi kəndlisi çox məmnundur. Onların üzləşə biləcəkləri hər hansı çətinlik və problemi həll etmək üçün rayonun bütün  qurumları səfərbərdir. Hər bir məmur gündəlik fəaliyyətində özünü halal zəhməti ilə bolluq, firavanlıq yaradan sadə əmək adamlarının xidmətçisi sayır. Bu qayda Prezident İlham Əliyevin bizə qiymətli tövsiyəsidir, ölkədə vətəndaş məmnunluğu yaratmağın əsas şərtidir, ana xəttidir.

İndi təsərrüfat işlərinin qızğın çağıdır, tarlalarda məhsul yığımı davam edir. Pambıqçılar çalışırlar ki, əlverişli keçən hər saatdan səmərəli istifadə edərək yığımı başa çatdırsınlar. 

Qabaqcıl təcrübənin ünvanına çevrilmiş "Ağcabədi taxıl" Aqroparkında mütərəqqi texnologiyalar, innovativ üsullar yaradıcılıqla tətbiq olunur. Hazırda təsərrüfatda pambıq yığımı davam edir. Bizdə olan son məlumata görə, 457 hektardan 1643 ton pambıq yığılıb. Cari ilin hədəfi məhsuldarlığı 40 sentnerə çatdırmaqdır. Bu, çox real görünür.

Ümumi sahəsi 2445 hektar olan aqroparkda taxılçılığa da böyük önəm verilir. Bu il 236,6 hektarda buğda, 195 hektarda arpa yetişdirilmişdir. Buğda zəmilərində orta məhsuldarlıq 57,3, arpa sahələrində 55,2 sentner oldu. İndi təsərrüfatda taxıl səpininə son hazırlıq işləri görülür. 

Aqroparkın ərazilərində intensiv bağçılığa da geniş yer verilir. Bu il badam, nektarin bağlarından bol məhsul götürülüb, əlavə 100 hektardan çox ərazidə xurma bağı salınıb. Meyvə bağlarının ümumi ərazisi 500 hektardan artıqdır. Aqroparkda işçi sayı 180 nəfərdir, amma mövsümi işlərlə əlaqədar işçi sayı 400  nəfərə qədər artır.

Ölkədə aqrar sektorun inkişafında öndə gedən ağcabədili fermerlərin məqsədi, niyyəti yüksəliş, tərəqqi, bolluq və firavanlıqdır. Dövlətin müəyyən etdiyi bu hədəfin onları aydın sabahla qovuşduracağına inamları yenilməzdir.

Ağcabədidən xoş təəssüratlarla ayrıldıq. Dövlətin yetərli qayğı və diqqətindən güc alıb, taleyini torpağa bağlayan, halal zəhmətinə güvənən sadə əmək adamlarının qurub-yaratmaq əzmi bizdə məmnunluq doğurmuşdu.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!