11 Noyabr 2026 16:29
95
İQTİSADİYYAT
A- A+
29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  


Bu gün AÇG fəaliyyətinin yeni dövrünü yaşayır


29 il əvvəl noyabrın 12-də “Əsrin müqaviləsi” adını almış “Azəri-Çıraq-Günəşli” (AÇG)  yataqlarının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində ilkin neft alındı. Hasilat “Çıraq” platformasından əldə olundu. 

Bu münasibətlə platformada təntənəli mərasim keçirildi və Ulu Öndər Heydər Əliyev həmin tədbirdə iştirak etdi. Əslində AÇG-nin ilkin nefti müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft və qaz strategiyamızın ilk və böyük təntənəsi idi. Bu, həm də vaxtilə həmin möhtəşəm layihə barədə bədgüman olanlara, hətta hər cəhdlə maneəçilik törətməyə çalışanlara tutarlı cavab idi.

AÇG ötən illər ərzində fasiləsiz və təhlükəsiz fəaliyyət göstərərək öz uğur hekayəsini yazdı. Bir zamanlar tənəzzülə uğramış iqtisadiyyatımızın dirçəlməsində misilsiz rol oynadı. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyidir.

Bu gün AÇG müqavilə sahəsində 7 hasilat platforması fəaliyyət göstərir. İndiyədək “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından birlikdə 4,6 milyard bareldən artıq neft hasil olunub. 

Ötən illər ərzində AÇG blokundan çıxarılan səmt qazı müqavilənin şərtlərinə uyğun şəkildə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilib.  Bügünədək təhvil verilən qazın həcmi 63 milyard kubmetrdən çox təşkil edir. Əslində, bu, ayrıca bir layihə həcmində əldə olunan qaz ehtiyatları qədərdir.

Lakin hazırda blokun ehtiyatlarının tükəndiyi barədə tez-tez fikirlər səslənir. Doğrudan da belədirmi?

Şübhəsiz ki, AÇG özünün pik hasilat dövrünü yaşayıb. Bu, danılmazdır və istənilən yatağın öz yetkin mərhələsinə çatdıqdan sonra hasilatının azalması labüddür.

Bununla belə, AÇG yenə də ahəngdar işləyərək neft və səmt qazı verir. Cari ilin ötən üç rübü ərzində blokdan ümumi hasilat – “Çıraq” (18 min 800), “Mərkəzi Azəri” (84 min 600), “Qərbi Azəri” (72 min), “Şərqi Azəri” (45 min 700), “Dərinsulu Günəşli” (46 min 700), “Qərbi Çıraq” (25 min 300) və ACE (26 min 900) platformalarından birlikdə gündə orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub. AÇG-də 154 neft hasilatı, 50 su injektor və 11 qaz injektor quyusu istismardadır. 

BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirir ki, bu gün AÇG təxminən 95 faiz əməliyyat səmərililiyi və 99 faizə yaxın qurğu etibarlılığı göstəriciləri ilə fəaliyyət göstərir. Bu da dünyada çox az ölkədə və çox az layihədə olan göstəricidir.

Hazırda hasilatın uzunmüddətli dayanıqlılığının təmin edilməsinin innovativ yanaşmalar və yeni texnologiyalar vasitəsilə nail olunmasına səy göstərilir. Əsas məqsəd hasilatın azalma tempini idarə etmək və maksimum neft hasilatına nail olmaqdır. Bunun üçün br neçə istiqamətdə iş davam edir.

Bu ilin iyun ayında AÇG-də sərbəst təbii qaz hasilatı əməliyyatlarının başlanması ilə blokun işlənməsində yeni mərhələyə qədəm qoyulub və ilk kommersiya qaz hasilatına start verilib. 

B.Aslanbəyli bildirir ki, ilk sərbəst təbii qaz hasilatı əməliyyatı Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı birinci quyuda və lay dəstində sınaq işlərinin aparılması da həyata keçirilir. Qarşıdan gələn dövrlərdə bu quyudan alınan qaz və kondensatı mövcud AÇG infrastrukturu neft-qaz işlənməsi sistemlərinə inteqrasiya yolu ilə Səngəçal terminalına, oradan da ixrac infrastrukturları ilə bazarlara çatdıracaq. Artıq AÇG-dən xam neftlə bərabər kommersiya qazının da, sərbəst təbii qazın da ixracına nail olunacaq.

Xatırladaq  ki, blokun çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür. Deməli, AÇG öz ömrünün növbəti bir dövrünü yaşayır.


Flora SADIQLI,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib  

15:56
11 Noyabr

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək  

15:55
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB

15:53
11 Noyabr

 Sumqayıt daha abad və yaşıl olur

15:52
11 Noyabr

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

15:09
11 Noyabr

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var  

15:06
11 Noyabr

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb  

14:59
11 Noyabr

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

14:47
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!