11 Noyabr 2026 15:52
190
CƏMİYYƏT
A- A+
 Sumqayıt daha abad və yaşıl olur

 Sumqayıt daha abad və yaşıl olur


Sumqayıtda abadlıq-quruculuq tədbirləri çərçivəsində şəhərin estetik görkəminin daha da yaxşılaşdırılması, yolkənarı ərazilərin abadlaşdırılması, müasir infrastrukturun yaradılması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində kompleks işlər davam edir.

Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Quba magistral avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir, o cümlədən yolkənarı ərazilərdə torpaqlama və hamarlama işləri aparılır, mövcud hasarlar yenilənir, ətraf sahələr səliqəyə salınır. Eyni zamanda, yolboyu infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər görülür, yeni sərnişin dayanacaqları quraşdırılır.

Bakı-Quba avtomobil yolu ölkənin mühüm nəqliyyat magistrallarından biri olmaqla paytaxtı şimal bölgələri ilə birləşdirən strateji əhəmiyyətli nəqliyyat dəhlizidir. Gündəlik olaraq çoxsaylı nəqliyyat vasitələrinin və sərnişinlərin istifadə etdiyi bu magistralın Sumqayıt ərazisindən keçməsi yolboyu ərazilərin abadlaşdırılmasını və müasir infrastrukturun yaradılmasını xüsusi əhəmiyyətli edir. Bu baxımdan həyata keçirilən tədbirlər həm nəqliyyat infrastrukturu ətrafında əlverişli şəraitin yaradılmasına, həm də şəhərin giriş-çıxış istiqamətlərinin daha səliqəli və baxımlı görkəm almasına xidmət edir.

Aparılan işlərdə ekoloji amillərə xüsusi diqqət yetirilir. Sumqayıtın ölkənin mühüm sənaye mərkəzlərindən biri olması nəzərə alınaraq şəhərdə yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunması və sağlam ətraf mühitin formalaşdırılmasının mühüm əhəmiyyəti var. Bu məqsədlə magistral yol boyunca yeni ağaclar əkilir, yaşıllıq zolaqları salınır, müxtəlif landşaft və yaşıllıq kompozisiyaları yaradılır. Həyata keçirilən tədbirlər sənayenin inkişafı ilə ekoloji mühit arasında tarazlığın qorunmasına, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə xidmət edir.

Abadlıq işləri çərçivəsində yolkənarı ərazilərin memarlıq və landşaft görünüşünün yenilənməsinə də xüsusi önəm verilir. Ərazilərin vahid abadlıq konsepsiyası əsasında yenidən qurulması, müasir landşaft həllərinin tətbiqi və yaşıllıq kompozisiyalarının yaradılması magistral boyunca estetik baxımdan cəlbedici və funksional mühitin formalaşdırılmasına imkan verir.

Sumqayıtda son illər genişmiqyaslı abadlıq-quruculuq və infrastruktur layihələri də həyata keçirilir. Şəhərin küçə və prospektlərində, yaşayış massivlərində, park və istirahət zonalarında, eləcə də əsas nəqliyyat magistralları boyunca aparılan işlər şəhər mühitini müasirləşdirir, sakinlərin yaşayış şəraitini yaxşılaşdırır. Şəhərdə abadlıq, təmizlik və yaşıllaşdırma tədbirlərinin bundan sonra da mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur. O cümlədən Sumqayıtın qəsəbələrində də abadlıq işləri aparılması qərara alınıb. Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələrində artıq küçələrin asfaltlanmasına başlanılıb.


Akif ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib  

15:56
11 Noyabr

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək  

15:55
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB

15:53
11 Noyabr

 Sumqayıt daha abad və yaşıl olur

15:52
11 Noyabr

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

15:09
11 Noyabr

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var  

15:06
11 Noyabr

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb  

14:59
11 Noyabr

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

14:47
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!