12 Noyabr 2026 08:25
149
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu


Azərbaycan və Türkiyə "bir millət iki dövlət"dir. Eyni soy-kökə, dəyərlərə, ənənələrə sahib olan xalqlarımız müasir dövrdə daha da sarsılmaz birlik nümayiş etdirirlər. Bu birlik dövlət səviyyəsində də ifadə olunur. Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana - Qarabağa səfəri, bu bayramı xalqımızla birlikdə qeyd etməsi qardaşlığımızın parlaq göstəricisidir.

Milli Məclisin deputatı Samir VƏLİYEV qəzetimizə açıqlamasında dedi ki, hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir: "Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşməklə qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edirlər. Eyni zamanda hər iki dövlət türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın 8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Qarabağa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini nümayiş etdirən mühüm siyasi və diplomatik hadisədir. Bu səfər təkcə iki ölkə arasında qardaşlıq münasibətlərinin ifadəsi deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesajdır".

S.Vəliyevin fikrincə, səfərin məhz Şuşada və Zəfər Günündə keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycan xalqının tarixi yaddaşının, milli iradəsinin və Zəfərinin simvoludur. Türkiyə Prezidentinin bu əlamətdar gündə Prezident İlham Əliyevlə birlikdə Qarabağda olması rəsmi Ankaranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi dəstəyin növbəti təzahürüdür. Eyni zamanda bu, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ruhuna və strateji müttəfiqlik prinsipinə sadiqliyin nümayişidir. 

Deputat qeyd etdi ki, digər mühüm amil Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində də dərinləşdirilməsidir: "Hesab edirəm ki, bu səfər iki ölkə arasında mövcud əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradacaq. Xüsusilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi və enerji təhlükəsizliyi məsələlərində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır". 

S.Vəliyevin sözlərinə görə, Prezident Ərdoğanın Şuşaya səfəri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisədir. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız keçmişin ortaq tarixi ilə deyil, həm də gələcəyə dair strateji baxışları ilə bir-birinə bağlıdır. "Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib. Hər iki lider Şuşadan birlik və qardaşlığımızın sarsılmazlığının mesajını verdi. Bəyan olundu ki, heç bir qüvvə bu birliyimizi poza bilməz. Azərbaycan-Türkiyə qardaşlığı möhkəm təməllərə əsaslanır. Səfər zamanı liderlər həmçinin Şuşa şəhərində görülən işlərlə tanış oldular, Xocalı Soyqırımı Memorialını, Xankəndi şəhərində Zəfər abidəsini ziyarət etdilər", - deyə o bildirdi.

Bu gün iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində də əlaqələrin uğurla davam etdirildiyini deyən deputat vurğuladı ki, 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu, daha sonra "Cənub qaz dəhlizi" Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib: "Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlılığını və regional mövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi isə iki ölkə arasındakı siyasi münasibətləri daha da möhkəmləndirib. 2021-ci ilin iyun ayında liderlər tərəfindən imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə münasibətlərimizin zirvəsini təşkil edir".

S.Vəliyev qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsində qurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqları çərçivəsində deyil, bütövlükdə, regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəm daşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarmızın ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın bu səfəri iki qardaş ölkə arasındakı münasibətləri daha da gücləndirəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

Draqan Vladisavljeviçin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

03:20
12 Noyabr

"ŞURABAD BROYLER" ASC-nin səhmdarlarının nəzərinə

03:18
12 Noyabr

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!