12 Noyabr 2026 08:45
88
SİYASƏT
A- A+
Zəfər salnaməsinin əks-sədası

Zəfər salnaməsinin əks-sədası


27 sentyabr 2020-ci il... Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevriləcək 44 günlük Vətən müharibəsinin başladığı gün. Təqvimdə cəmi 44 gün, tarixin yaddaşında isə əsrlərə sığacaq Zəfər salnaməsi! 

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi xalqımızı taleyüklü sınaq qarşısında qoydu. Bu, sadəcə, torpaq uğrunda döyüş deyildi, həm də illərlə həsrətində olduğumuz torpaqlara qayıdışın, milli iradənin, tarixi ədalətin bərpasının mübarizəsi idi.

Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi. Prezidentin  qətiyyətli mövqeyi və Qələbəyə sarsılmaz inamı xalqın  mübarizə əzmini daha da gücləndirdi.

Dövlət və xalq bir amal ətrafında birləşdi - Vətən bütövləşməli idi!

Azərbaycan ayağa qalxdı! Minlərlə igid oğul Vətənin müdafiəsinə, torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. O günlər səfərbərlik məntəqələrində yaranan izdiham xalqın Vətən sevgisinin, birliyinin və qətiyyətinin təcəssümü idi.

İgidlərimiz ölümün, əbədi ayrılığın, şikəst olmağın və iztirabın mümkün olduğunu bilə-bilə çıxırdılar bu yola: təki  torpaqlarımız azad olsun!

Bu 44 gündə əsgərlərimiz təkcə cəbhədə döyüşmürdü, bütün Azərbaycan döyüşürdü. Analar oğullarını cəbhəyə yola salır, atalar övladlarının yolunu gözləyir, həyat yoldaşları, nişanlılar, bacı-qardaşlar ayrılıq ağrısını qələbə ümidi ilə yaşayırdılar. Azərbaycanın hər evində bir cəbhə vardı. Kimisi qan verirdi, kimisi əsgərə yardım göndərirdi, kimisi gecə-gündüz dua edirdi. Silah tutan əsgər səngərdə, milyonlarla insan isə ürəyi və əməli ilə onun yanında idi. 

Vətən müharibəsi... Bu, təkcə ordunun müharibəsi deyildi, eyni zamanda dövlətin siyasi iradəsinin, ordunun döyüş qüdrətinin və xalqın sarsılmaz birliyinin tarixi sınağı idi. Oğullarımız təkcə işğal altındakı torpaqları azad etməyə getmirdilər, həm də milli ləyaqətin, tarixi ədalətin, illərlə tapdalanmış milli şərəfin bərpası uğrunda döyüşə atılırdılar. Bilirdilər ki, bu yolda ölüm də var, zəfər də. İgidlərimiz zəfər uğrunda, Vətən, torpaq yolunda şəhid olmağa hazır idilər. Onların düşüncəsində Vətənin taleyi dayanırdı. Onlar canları bahasına bir həqiqəti təsdiqlədilər - insanın ən böyük mənəvi ucalığı özündən daha böyük amal uğrunda yaşamaq, lazım gəldikdə həyatını fəda etməkdir. "Təki Vətən yaşasın!" - bu, minlərlə igidimizin son nəfəsədək yaşadığı müqəddəs amal idi. Şəhidlər verdikcə millət daha da bütövləşdi.

Müharibə başlanan gündən Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq cəbhədəki vəziyyət və hərbi əməliyyatların gedişi barədə xalqı məlumatlandırırdı.  Cəbhədən gələn qələbə xəbərləri bir-birini əvəz edirdi. 4 oktyabrda Cəbrayıl, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı azad edildi. Hər azad olunan şəhər, qurtarılan kənd illərlə yurd həsrəti çəkən insanların qəlbində yeni bir ümid, yeni bir sevinc oyadırdı. Qazanılan qələbə illərlə davam edən siyasi və diplomatik mübarizənin, Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın qətiyyətinin nəticəsi idi. İllərlə sülh yolu ilə ədalətin bərpasına çalışan Azərbaycan haqqını döyüş meydanında müdafiə etməyə məcbur qalmışdı.

Nəhayət, 8 noyabr 2020-ci il... Azərbaycan tarixinə ən şanlı səhifələrdən biri yazıldı. Şuşa azad edildi! Şuşanın azadlığı milli kimliyimizin, mədəniyyətimizin və mənəvi yaddaşımızın ayrılmaz parçası olan müqəddəs bir şəhərin yenidən Vətənə qovuşması demək idi. Bu, xalqımızın qürurunun, milli ləyaqətinin və tarixi ədalətə inamının təntənəsi idi. Həmin gün Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa Şuşanın azad olunduğunu elan etdi. Bu müraciət 44 günlük müharibənin unudulmaz anlarından birinə çevrildi. İllərlə gözlənilən xəbər gerçək olmuşdu. Xalqımız tarixi Qələbəyə qovuşurdu. Bu sevincin arxasında minlərlə insanın canı, qanı, yarımçıq qalmış arzuları, şəhid ailələrinin əbədi nisgili, qazilərin sağalmaz yaraları və gözləri yolda qalan doğmaların həsrəti vardı. 

10 noyabr 2020-ci il. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı. Bu tarix uzun illər davam edən münaqişənin hərbi mərhələsinə son qoyulduğu, xalqımızın iradəsinin və ordumuzun qüdrətinin tarixə yazıldığı gün idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ başa çatdı, milli ləyaqətimizin və tarixi ədalətin bərpasında yeni səhifə açıldı.

44 gün... 

Bu, sadəcə, bir müharibənin müddəti deyildi, xalqın iradəsinin, ordunun qəhrəmanlığının, millətin birliyinin tarixə çevrildiyi zaman idi. Və bu tarix bir həqiqəti yenidən təsdiq etdi - Vətən uğrunda canından keçənlər də, onların uğrunda döyüşdüyü Vətən də əbədi yaşayır!


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

Draqan Vladisavljeviçin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

03:20
12 Noyabr

"ŞURABAD BROYLER" ASC-nin səhmdarlarının nəzərinə

03:18
12 Noyabr

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!