12 Noyabr 2026 08:20
186
İQTİSADİYYAT
A- A+
Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır


İqlim dəyişmələrinin təsirinin artdığı, ətraf mühitin qorunması və dayanıqlı inkişafın getdikcə daha çox əhəmiyyət qazandığı bir zamanda beynəlxalq əməkdaşlığın rolu  get-gedə  artır. İqlim böhranı ilə mübarizə artıq ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın ortaq məsuliyyətinə çevrilib.  Bu baxımdan, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) qlobal iqlim gündəliyinin formalaşdığı, mühüm qərarların müzakirə edildiyi əsas beynəlxalq platformadır.

Noyabrın 9-dan başlayaraq 20-dək Türkiyənin Antalya şəhərində davam edəcək  COP31 qlobal iqlim gündəliyində önəmli  hadisədir. Tədbirin Türkiyədə təşkili ölkənin beynəlxalq iqlim müzakirələrində rolunu artırmaqla yanaşı, regionun ekoloji problemlərinin və enerji təhlükəsizliyi məsələlərinin də diqqət mərkəzinə gətirilməsi baxımından əhəmiyyətlidir. Məlumdur ki, Aralıq dənizi hövzəsində yerləşən Türkiyə iqlim dəyişmələrinin təsirlərini, o cümlədən quraqlıq, meşə yanğınları və su ehtiyatları ilə bağlı problemləri yaxından hiss edən ölkələrdəndir. 

Bu baxımdan,  COP31-in miqyası və qarşıya qoyulan hədəflər  diqqət çəkir. Sammit Türkiyənin Antalya şəhərində yerləşən Ekspo Mərkəzində keçirilir. Ümumilikdə 1,1 milyon kvadratmetr ərazini əhatə edən məkan Mavi və Yaşıl zonalara bölünüb. Mavi Zona rəsmi danışıqların və dövlətlərarası müzakirələrin aparıldığı, Yaşıl Zona isə müxtəlif təşəbbüslərin, innovativ həllərin və ictimai iştirakın təqdim olunduğu platformadır.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurumun sədrliyi ilə keçirilən sammitdə əsas məqsəd iqlim sahəsində qəbul edilən qərarların real fəaliyyətə çevrilməsinə nail olmaqdır. Təsadüfi deyil ki, Türkiyə COP31-i "İcra COP-u" kimi təqdim edir. Bu yanaşma iqlim öhdəliklərinin konkret layihələr və praktiki addımlarla dəstəklənməsini nəzərdə tutur.

COP31-in beynəlxalq miqyası iştirakçıların sayı və təmsilçilik səviyyəsində də özünü göstərir. Antalya şəhərində keçirilən sammitdə iştirak etmək üçün 95 mindən çox nümayəndə rəsmi qeydiyyatdan keçib. Onlardan 92 mindən çoxu tədbirə əyani, 3 mindən çoxu isə onlayn formatda qatılır. Ev sahibi ölkənin proqnozlarına görə, Yaşıl Zona ziyarətçiləri də nəzərə alınmaqla, qarşıdakı günlərdə konfransın ümumi iştirakçı sayının 100 minə çatacağı gözlənilir. İştirakçıların tərkibi sammitin geniş beynəlxalq əhatəsini göstərir. 

Ölkələrin nümayəndə heyətlərinin sayına gəldikdə, ən geniş tərkiblə ev sahibi Türkiyə təmsil olunur. Belə ki, Türkiyənin nümayəndə heyətində 2950 nəfər yer alır. Bu göstərici ilə Braziliya 1994 nəfərlə ikinci, Nigeriya 1506 nəfərlə üçüncü, Çin 1021 nəfərlə dördüncü, İndoneziya isə 978 nəfərlə beşinci sırada qərarlaşıb. Rəqəmlər COP31-in dövlətlərin, beynəlxalq təşkilatların və müxtəlif tərəfdaşların fəal iştirak etdiyi genişmiqyaslı qlobal platforma olduğunu göstərir.

Qeyd edək ki, COP31-in Türkiyədə keçirilməsi ölkə üçün beynəlxalq nüfuzun möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və ekoloji prioritetlərin irəli aparılması baxımından da əhəmiyyətlidir. Sammit Türkiyəyə qlobal iqlim diplomatiyasında mövqeyini gücləndirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı genişləndirmək imkanı yaradır. Tədbirin ölkəyə çoxsaylı xarici nümayəndə və qonaq cəlb etməsi turizm, nəqliyyat, yerləşdirmə və xidmət sektorlarında iqtisadi fəallığın artmasına təkan verir. Üstəlik, COP31 Türkiyənin özünün "yaşıl transformasiya" hədəflərini və 2053-cü ilədək karbon neytrallığına nail olmaq strategiyasını beynəlxalq ictimaiyyətə təqdim etməsi üçün  geniş meydandır.

Azərbaycan COP31-də "Dialoq Dəhlizi" ("Corridor of Dialogue") konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunur. Heydər Əliyev Mərkəzinin,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlığı ilə yaradılan pavilyon ölkəmizin həm "yaşıl enerji" potensialını, həm də beynəlxalq dialoq və əməkdaşlıq təşəbbüslərini nümayiş etdirir. Ümumi sahəsi 244 kvadratmetr olan pavilyonda iki həftə ərzində 40-dan çox tədbir, dialoq və görüşün keçirilməsi nəzərdə tutulur. Burada Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, "yaşıl enerji" dəhlizlərinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı, eləcə də Xəzər dənizinin ekoloji mühafizəsi ilə bağlı təşəbbüslər təqdim olunur.

 "Dialoq Dəhlizi" pavilyonu Azərbaycanın COP29-dan sonra da qlobal iqlim gündəliyində fəal iştirakını davam etdirdiyini, "yaşıl enerji" və ekoloji əməkdaşlıq sahəsində regional və beynəlxalq təşəbbüslərə töhfə vermək niyyətini nümayiş etdirir. Yeri gəlmişkən, qlobal tədbirin açılış mərasimində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurum və COP30-un prezidenti Andre Korrea do Laqonun Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına verdiyi töhfələri və dəstəyini xüsusi qeyd etməsi də ölkəmizin bu prosesdəki iştirakına verilən diqqətin göstəricisidir.

COP31-in yaratdığı beynəlxalq imkanlar və əməkdaşlıq platforması tədbirdə iştirak edən ölkələr, o cümlədən Azərbaycan üçün də yeni perspektivlər açır. COP31 çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri isə dünya liderlərinin iştirakı ilə təşkil olunan İqlim Fəaliyyəti Zirvəsidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ilkin məlumatlarına və "Carbon Brief"  nəşrinin təhlillərinə əsasən, Liderlər Sammitində altı qitəni təmsil edən 95 ölkənin dövlət və hökumət başçıları, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri olmaqla, ümumilikdə 102 lider iştirak edir. Bununla yanaşı, tədbirə 300-dən çox nazir və 34 mindən artıq rəsmi ölkə nümayəndəsi qatılıb. 

Prezident İlham Əliyevin bu Zirvədə iştirakı ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi önəmin və beynəlxalq əməkdaşlıqda iştirakının davamlı xarakter daşıdığını göstərir. Xüsusilə COP29-a evsahibliyi etmiş Azərbaycanın təcrübəsi, "yaşıl enerji"  sahəsində həyata keçirdiyi layihələr və regional enerji bağlantılarının inkişafı istiqamətindəki təşəbbüsləri belə yüksəksəviyyəli müzakirələr üçün aktual mövzulardır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

Draqan Vladisavljeviçin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

03:20
12 Noyabr

"ŞURABAD BROYLER" ASC-nin səhmdarlarının nəzərinə

03:18
12 Noyabr

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!