12 Noyabr 2026 08:50
88
İQTİSADİYYAT
A- A+
"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"


"Türkiyə COP31-ə evsahibliyi etməklə Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə sahəsində topladığı təcrübədən bəhrələnir və bu əməkdaşlıq vasitəsilə dünyaya mühüm mesajlar verilir. İqlim dəyişikliyi ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın həll etməli olduğu ümumi problemdir. Türkiyənin COP31-ə evsahibliyi etməsi də BMT platforması çərçivəsində bu məsələnin beynəlxalq gündəmdəki əhəmiyyətini artırmağa, dövlətlərin, elmi dairələrin, vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyətin diqqətini iqlim böhranına çəkməyə xidmət edir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Muzaffer Şeker ifadə edib.

Professor qeyd edib ki, temperatur dəyişikliklərinin intensivləşməsi, güclü yağıntılar, fırtınalar, meşə yanğınları, daşqınlar və zəlzələlər planetin ekoloji tarazlığına ciddi təsir göstərir. Bu proseslər kənd təsərrüfatı, heyvandarlıq və insanların sağlamlığı üçün də müxtəlif təhlükələr yaradır.

"Bütün bunlar bizi ətraf mühitə daha həssas yanaşmağa, ekoloji cəhətdən təmiz fəaliyyət üsullarına, materiallara və texnologiyalara üstünlük verməyə sövq etməlidir. Yer kürəsinin qorunması, ekosistemin davamlılığının təmin edilməsi və gələcəkdə yarana biləcək problemlərə qarşı birgə tədbirlərin görülməsi ümumi məsuliyyətimizdir.

Sağlam həyat üçün təmiz hava, keyfiyyətli su və təhlükəsiz qida məhsulları xüsusi əhəmiyyət daşıyır. Bu məsələlər "Vahid Sağlamlıq" (One Health) yanaşmasının əsas istiqamətlərindəndir. Alimlər olaraq məqsədimiz mövcud problemlərə elmi əsaslı həll yolları tapmaqdır. Bu baxımdan ətraf mühitin mühafizəsi, səhiyyə, iqtisadiyyat və enerji kimi sahələrdə qarşılaşdığımız ümumi çağırışları müzakirə etmək və onların aradan qaldırılması istiqamətində əməkdaşlıq imkanlarını genişləndirmək istəyirik", - deyə Muzaffer Şeker bildirib.

Azərbaycanla Türkiyənin elmi tədqiqatlar sahəsində əlaqələrinə də toxunan professor bu əməkdaşlığın artıq müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

O, COP31 çərçivəsində Mavi Zonada Azərbaycan və Türkiyə pavilyonlarının bir-birinin yaxınlığın-da yerləşməsini də rəmzi və əlamətdar hadisə kimi qiymətləndirib: "Azərbaycan və Türkiyə liderlərinin noyabrın 8-də Şuşada görüşməsi bir daha göstərdi ki, ölkələrimiz arasındakı qardaşlıq münasibətləri heç bir maneə ilə sarsıla bilməz. Bu birlik və həmrəylik münasibətlərimizin möhkəmliyini və əbədiliyini nümayiş etdirir. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk dünyası üçün də nümunədir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

Draqan Vladisavljeviçin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

03:20
12 Noyabr

"ŞURABAD BROYLER" ASC-nin səhmdarlarının nəzərinə

03:18
12 Noyabr

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!