09 May 2025 08:40
1020
Mədəniyyət
A- A+
Əziz Əliyevin bilinməyən tərəflərinə işıq salan kitab

Əziz Əliyevin bilinməyən tərəflərinə işıq salan kitab


Adıgözəl Məmmədovun yeni - "Böyük Azərbaycan naminə Əziz Əliyev " kitabı Azərbaycan tarixində görkəmli iz qoymuş dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Əməkdar həkim, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin fəaliyyətinə həsr olunub. Bu tədqiqat əsəri tariximizin bir çox gizli səhifəsinə işıq salmaqla təkcə bu sahənin adamları üçün deyil, həm də geniş oxucu kütləsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Müəllif arxiv sənədlərinə əsaslanaraq Əziz Əliyevin xüsusən Dağıstanda fəaliyyət göstərdiyi illəri daha maraqlı rakursdan işıqlandırmaqla, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edir.

Kitabda Əziz Əliyevin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyətinin ilk aylarında hərbi hissələrin formalaşdırılması, döyüş batalyonlarının və partizan dəstələrinin yaradılması, səfərbərlik ilə bağlı ən mühüm büro qərarları verilmişdi. Bunun nəticəsində respublikanın bütün bölgələrindən 120 min insan orduya cəlb edilmiş, müdafiə obyektlərinin tikintisi ilə bağlı çoxlu işlər görülmüşdü. Həmin dönəmdə dağlılara inam artmışdı. Sonradan Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Əziz Əliyevin təşəbbüsü ilə Dağıstan gənclərini əsasən azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasına daxil etmişdilər.

1943-cü ilin yanvar-iyul aylarında DMSSR Xalq Komissarları Soveti və partiyanın Dağıstan Vilayət PK Bürosu Dağıstan xalqlarından Qızıl Ordu sıralarına könüllülərin cəlb edilməsi haqqında bir sıra qərarlar qəbul edib. 17 fevral 1943-cü ilədək cəbhəyə göndərilmək üçün 12 mindən çox müraciət daxil olmuşdu. Burada ən vacib məqam odur ki, Əziz Əliyev əsasən azərbaycanlılardan formalaşdırılmış 416-cı Taqanroq diviziyasının tərkibində dağıstanlılardan ibarət süvari eskadrilyanın yaradılmasının təşəbbüskarı kimi çıxış edir və buna nail olur.

Arxiv materialları arasında 10 sentyabr 1943-cü ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosunun qərarı xüsusilə diqqəti cəlb edir. Qərar 416-cı Taqanroq atıcı diviziyasının komandanlığının Dağıstan fəhlələrinə məktubu haqqındadır. Sənəddə göstərilir ki, Dağıstan süvari eskadrilyasının daxil olduğu 416-cı Taqanroq atıcı diviziyası Rostov vilayətinin və Taqanroq şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə Ali Baş Komandan, Sovet İttifaqının marşalı yoldaş Stalin Rostov vilayətinin və Taqanroq şəhərinin azad edilməsində əla hərbi əməliyyatlara görə diviziyaya minnətdarlığını bildirərək ona "416-cı Taqanroq atıcı diviziyası" adını vermişdir.

Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosu qərara alır: Dövlət Müdafiə Komitəsinə və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə təklif edilsin ki, 416-cı Taqanroq atıcı diviziyasında olan Dağıstan xalqının igid oğullarının şücaətlərini bütün sovet zəhmətkeşlərinə çatdırımasına kömək etsinlər. Diviziya komandanlığına, Dağıstan süvari eskadrilyasının əsgər və zabitlərinə hədiyyələr təşkil edilsin. Bundan başqa,  Dağıstan süvari eskadrilyasının hərbi şücaətlərini təbliğ etmək üçün "Daqestanskaya pravda"nın baş redaktoruna icazə verilsin ki, Taqanroqun azad edilməsində Dağıstan oğullarının iştirakı ilə bağlı materialları toplamaq üçün diviziyaya xüsusi müxbir İ.Vinniki göndərsin. Respublika qəzetlərinin redaktorlarını və radio komitəsinin rəhbərini 416-cı Taqanroq atıcı diviziyasının komandanlığının Dağıstan zəhmətkeşlərinə məktubunu çap edib yayımlamaq üçün dəvət etsinlər.

"Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabından öyrənirik ki,  diviziyanın yaranması o qədər də asan olmamışdır. Azərbaycan K(b)P-nin ikinci katibi işləmiş Mirhəsən Seyidov öz xatirələrində bu barədə ağrı-acı ilə danışırdı ki, Kerç faciəsini eşidən Mir Cəfər Bağırov çox narahat olur və Mexlisə möhkəm qəzəblənir. Çünki Mexlis nəyin bahasına olursa-olsun, Kerç körfəzi vasitəsilə Krım yarımadasına daxil olmaq əmrini vermişdi. Bu vəzifələri yerinə yetirməli olan diviziyalar isə əsasən azərbaycanlılardan formalaşdırılmışdı. Həmin cəhd zamanı açıq dənizdə alman bombardmançıları bu əsgərləri daşıyan bütün gəmiləri məhv etmişdilər. Buna baxmayaraq, əməliyyatın davam etdirilməsi və Krım yarımadasına daxil olmaq üçün təkrar əmr verilmişdi. Bu dəfə alman bombardmançıları diviziyanın bütün heyətini darmadağın etmiş, köməksiz əsgərlər sadəcə olaraq dənizdə boğularaq həlak olmuşdular.

Mexlisin səriştəsiz əmri haqqında Sevastopolun müdafiəsi üzrə quru qoşunları komandanının müavini və sahilyanı ordunun rəhbəri İ.Petrov M.C.Bağırovu məlumatlandırır və deyir ki, "Bir neçə gündən sonra soydaşlarınızdan heç kim sağ qalmayacaq. Mən heç nə edə bilmirəm (Mexlisi nəzərdə tutur). Lütfən, müdaxilə edin və təcili tədbirlər görün. Xahiş edirəm, mənim adımı çəkməyəsiniz". 

Lev Mexlis kim idi? O, SSRİ-nin siyasi elitasında mürəkkəb, bəzi siyasilərin fikrincə, dözülməz xarakteri ilə fərqlənirdi. L.Mexlis siyasi karyerasında sürətlə irəliləyir və yüksək vəzifələrə təyinatı həmişə Stalinin təşəbbüsü ilə baş tuturdu.  Müharibə illərində Mexlis bir çox cəbhənin hərbu şuralarının üzvü olub. General-polkovnik rütbəsinə qədər yüksəlib. Neçə-neçə general Mexlisin Stalinə ünvanladığı məxfi arayışların qurbanı olub. 

1942-ci il yanvar ayının sonunda Stalin L.Z.Mexlisi siyasi rəhbərliyin nümayəndəsi kimi Krım cəbhəsinə göndərir. O isə adətinə uyğun olaraq, kömək göstərmək əvəzinə rəhbər kadrları qatıb-qarışdırmağa başlayır. Hər şeydən əvvəl, cəbhənin qərargah rəisi Tolbuxini general-mayor Veçni ilə əvəz edir. Cəbhənin hazırladığı hücum dəfələrlə təxirə salınır, Mexlisin işi yalnız komandirlərlə mübahisə etmək idi. Mayın 7-də almanlar özləri hücuma keçirlər və bir gün sonra cəbhənin müdafiəsini yarırlar. Nəticədə Krım yarımadası Kerçlə birlikdə düşmən tərəfindən ələ keçirildi. ("Avropadakı son hüdudlarda")

Hərbi hissələrdə "Azərbaycanlıdan döyüşçü çıxmaz" söz-söhbəti yayılırdı. Bu, əlbəttə ki, əsgərlərin mənfi reaksiyasına səbəb olur, onları təhqir edirdi. Bununla bağlı M.C.Bağırov Stalinin qarşısında çıxış edir və hər şeydə, o cümlədən də Kerçdəki uğursuz əməliyyatda Mexlisi günahlandırır.

Mexlis Stalinə göndərdiyi hesabatda baş verənlərə görə cəbhə komandiri D.T.Kozlovu ittiham edirdi. Cavabında Stalin Mexlisə yazırdı: "Siz Krım cəbhəsinin işlərinə cavabdeh olmayan qəribə bir kənar müşahidəçi mövqeyi tutmaqdasınız. Bu mövqe əlverişli, amma tamamilə çürükdür... Siz Krım Cəbhəsinə Dövlət Nəzarətçisi (L.Z.Mexlis Dövlət Nəzarəti Xalq Komissarı vəzifəsini tuturdu - A.M.) kimi yox, Baş Komandanlığın məsul nümayəndəsi kimi göndərilmisiniz. Siz bizim Kozlovu Hindenburq tipli birisi ilə əvəzləməyimizi tələb edirsiniz. Amma bilməyə bilməzsiniz ki, bizim ehtiyatda hindenburqlarımız yoxdur. Krımdakı işləriniz mürəkkəb deyil və bunların öhdəsindən özünüz də gələ bilərsiniz. Əgər siz hücum aviasiyasından əlavə işlər üçün deyil, düşmənin tanklarına və canlı qüvvəsinə qarşı istifadə etsəydiniz, düşmən cəbhəni yara bilməz, tanklar müdafiə xəttini aşıb keçməzdi. İki ay Krım cəbhəsində heç bir nəticəsiz oturaraq belə bir sadə şeyi başa düşmək üçün Hindenburq olmaq lazım deyil".

İyin ayının 3-də Çadayev Stalinin qəbul otağında cəbhədən gəlmiş Mexlislə görüşür. Çadayev danışırdı ki, o, Mexlislə Kerç yarımadasındakı döyüşlərdə məğlubiyyətinin səbəbləri barədə söhbət edərkən "Stalin qapıda göründü. Mexlis oturduğu yerdən sıçradı: "Salam, yoldaş Stalin! İcazə verin, məruzə edim". Stalin yerişinə haram qatıb, bir anlıq yuxarıdan-aşağı Mexlisə baxdı, həyəcanlı səslə dedi: "Lənətə gələsiz Sizi!" Və dərhal da kabinetə girib qapını arxasınca çırpdı. Mexlis yavaş-yavaş əllərini yanlarına endirdi və pəncərəyə tərəf çevrildi...

Sonralar Poskrebışevdən öyrəndim ki, Mexlis həmin gündən bir müddət sonra nəhayət ki, Stalinin qəbulunda ola bilib. Krım fəlakətinin günahkarı sözün əsl mənasında rəhbərin ayaqlarına düşübmüş. (Tarixçi Yuri Yemelyanovun "Pravda" qəzetindəki "Ali Baş Komandan" məqaləsi")

Kitabda tarixi faktlar əsasında bildirilirdi ki, cəbhə komandanı D.T.Kozlov, Hərbi Şuranın üzvü, diviziya komissarı F.A.Şamanin, cəbhənin qərargah rəisi P.P.Veçni və bir sıra başqa komandirlər tutduqları vəzifələrdən uzaqlaşdırılır, Kozlov və Şamaninin rütbələri də aşağı salınır. L.Z.Mexlis Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi İdarəsinin rəisi vəzifələrindən kənarlaşdırılır və rütbəsi korpus komissarınadək endirilir. Qızıl Ordunun Siyasi İdarəsinin rəhbəri ÜK(b)P MK-nın katibi və Siyasi Büro üzvlüyünə namizəd A.S.Şerbakov olur.

Bundan sonra cəbhəyə göndərilən Azərbaycan əsgərləri də daxil olmaqla 416, 77, 223-cü hərbi hissələr təşkil olunur. Milli hissələrin yaradılmasında məqsəd həm də sovet xalqının Böyük Qələbəsinin beynəlmiləl səciyyəsini vurğulamaq idi.

"416-cı Taqanroq diviziyası" da daxil olmaqla dağlıların olduğu hərbi hissələrdə Dağıstan Vilayət Partiya Komitəsinin təşəbbüsü ilə respublika ziyalılarının müntəzəm tədbirləri təşkil edilir.

Bir fakt da xüsusi qeyd olunmalıdır ki, Əziz Əliyev başda olmaqla oraya göndərilən insanların fədakar əməyi sayəsində müharibə illərində və müharibədən sonra bu respublikada heç bir antisovet, antidövlət əleyhinə hər hansı bir fakt özünü biruzə verməmişdir. Dağıstanlılar bu illərdə onlara göstərilən etimadı layiqincə doğrultmuşdular. Təbii ki, bu nəticənin əldə olunmasında Dağıstan xalqının köməyinə arxalanan Əziz Əliyevin xidmətləri var idi.  

Məhz bu ağır müharibə illərində Dağıstandakı fəaliyyətinə görə Əziz Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Lenin ordeni", SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1943-cü il tarixli Fərmanı ilə, "Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli fərmanı ilə "Qafqazın müdafiəsi uğrunda" medalı ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 iyun 1944-cü il tarixli fərmanı ilə o, ikinci dəfə "Lenin ordeni" ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli fərmanı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində "Almaniya üzərində qələbəyə görə" medalı ilə və 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "I dərəcəli Vətən Müharibəsi Ordeni" ilə təltif edilmişdir.

Tədqiqatçı Adıgözəl Məmmədovun bu yeni əsəri geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 


İsmayıl MƏMMƏDOV,

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!