09 Dekabr 2025 08:20
268
İQTİSADİYYAT
A- A+
"Etibarlı Tərəfdaş Konsepsiyası" iqtisadi inkişafı daha da sürətləndirməyə hədəflənir

"Etibarlı Tərəfdaş Konsepsiyası" iqtisadi inkişafı daha da sürətləndirməyə hədəflənir


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, konsepsiya iqtisadi fəaliyyət iştirakçıları arasında şəffaflığın artırılması, təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviqini, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini və iqtisadiyyatın diversifikasiyasının təminini nəzərdə tutur. 

Sənəddə həmçinin etibarlı tərəfdaşların müəyyənləşdirilməsi mexanizmləri, nəzarət və monitorinq prosedurlarının təkmilləşdirilməsi, dövlət qurumları arasında koordinasiyanın artırılması kimi istiqamətlər əhatə olunub.

Belə bir konsepsiyanın olması, əslində, zamanın tələbidir. Çünki indi dünya miqyasında gömrük-biznes əməkdaşlığında etibarlı tərəfdaşlıq modelinin formalaşdırılması xarici ticarət fəaliyyətində biznes subyektlərinə iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, ticarət-təchizat zəncirində gömrük əməliyyatlarının sadələşdirilməsinə və optimallaşdırılmasına da imkan yaradıb.

Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da gömrük xidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıq modelinin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmanı özündə ehtiva edən milli konsepsiyanın hazırlanması zərurəti gündəmə gəlib.

Beləliklə, konsepsiya gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir.

Ölkəmizdə sahibkarlıq sahəsində aparılan islahatlar idarəetmə proseslərində biznes subyektlərinin iştirakının təmin edilməsinə, yeni iqtisadi sahələrin inkişaf etdirilməsinə, daha çevik ixrac mexanizmlərinin formalaşdırılmasına, "Made in Azerbaijan" brendinin beynəlxalq ticarət platformalarında təşviqinə dəstək mexanizminin qurulmasına, milli daşıyıcıların qlobal statusa malik şirkətlər üçün müraciət subyektlərinə çevrilməsinə, biznes palatalarına dəstək və iqtisadiyyatın diversifikasiyası prosesinə şərait yaradıb. Odur ki, normativ-hüquqi aktların tələbləri çərçivəsində idxal-ixrac və tranzit əməliyyatlarını həyata keçirən biznes subyektlərinin beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin artırılması, eyni zamanda ixracın təşviqi və "yaşıl iqtisadiyyat"ın inkişafı naminə konsepsiyanın qəbulu da ölkəmizin qlobal mövqeyinə müsbət təsir göstərəcək.

Bu məqsədi daşıyan konsepsiyada ilk növbədə ölkədə gömrük-biznes əməkdaşlığında mövcud vəziyyət təhlil olunur, daha sonra əldə edilən nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olunması nəzərdə tutulur. Konsepsiyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maraqlarının qorunması, onların gəlir sahələrinin artırılması və ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin modernləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirəcək.

İİTKM konsepsiyanın hədəf göstəricilərini bu cür qeyd edib: "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi; gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması; biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması; gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması; müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi; "dövlət-sahibkar-istehlakçı" zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması; gömrük-biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması; biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi; ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi; gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində "yaşıl texnologiyalar"dan istifadə edilməsi.

Ölkəmizin mühüm nəqliyyat qovşaqlarında yerləşməsi, tranzit potensialının güclənməsi və artan istehsal həcmi anbar sisteminin təkmilləşdirilməsini də labüd edir. Sənəddə xatırladılır ki, keçən il nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33258 min ton, yük dövriyyəsi isə 13198,3 milyon ton-kilometr olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz və 2,5 faiz artım müşahidə edilib. "Şərq-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8322,3 min ton, "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə 9896,5 min ton, "Şimal-Qərb" nəqliyyat dəhlizi ilə 5984,9 min ton, "Cənub-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil edib. Yüklərin 15277,6 min tonu və ya 46 faizi dəmir yolu nəqliyyatı, 10090 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil edib. Həyata keçirilən idxal-ixrac və tranzit əməliyyatlarının artım dinamikası malların gömrük nəzarəti altında anbarlarda saxlanılması məsələsinin aktuallığını artırıb.

Sözügedən konsepsiya, ümumiyyətlə, biznes subyektlərinin gözləntiləri, ehtiyacları və tələbləri nəzərə alınmaqla, dövlət orqanları (qurumları) tərəfindən etibarlı tərəfdaşlığa dair tədbirlər planının müəyyən edilməsinə imkan verəcək. Konsepsiya etibarlı tərəfdaşlara münasibətdə gömrük ödənişlərinin hissə-hissə ödənilməsi, dəstək proqramlarının hazırlanması, etibarlı tərəfdaşlıq üzrə mütəxəssislərin formalaşdırılmasına kömək göstərilməsi, maarifləndirmə işinin aparılması kimi tədbirləri əhatə edəcək. Bu mexanizmin tətbiqi gömrük prosedurlarının sadələşdirilməsi üzrə öhdəliklərin icrasını təmin etməklə yanaşı, etibarlı tərəfdaşlar üçün yeni imkanlar yaradan əlverişli mühit formalaşdıracaq. Buna müvafiq olaraq, risklərin etibarlı idarə edilməsini təmin edən gömrük nəzarətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib  

21:36
08 Yanvar

“Waymo”nun robotaksisi yeni adla təqdim olunur  

21:01
08 Yanvar

Yeni kamera texnologiyası sayəsində ənənəvi sistemlərin əsas məhdudiyyəti aradan qaldırılacaq  

20:49
08 Yanvar

“Ludens AI” yeni robotunu nümayiş etdirib  

20:02
08 Yanvar

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

19:31
08 Yanvar

ABŞ Senatında Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçiriləcək  

19:29
08 Yanvar

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  

18:52
08 Yanvar

Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  

18:24
08 Yanvar

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

17:52
08 Yanvar

Rayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  

17:51
08 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:51
08 Yanvar

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub  

17:50
08 Yanvar

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:31
08 Yanvar

Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb  

17:03
08 Yanvar

Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi  

16:53
08 Yanvar

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücləri tərəfindən də qəbul edilir

16:45
08 Yanvar

“Azerbaijan Open” beynəlxalq turnirinin ilk qalibi: “Şahdağ”ın xizək yolları çox gözəldir 

16:44
08 Yanvar

Mütəxəssis-ekspert: Hazırda yayılan infeksiya mövsümi qripdir

16:31
08 Yanvar

Ekspert : Prezident İlham Əliyevin təşəbbüsü Türk dünyasının inkişaf trayektoriyasını müəyyənləşdirir

16:23
08 Yanvar

Ötən il gecikdirilmiş 840 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

16:16
08 Yanvar

İsrail: Livanın “Hizbullah”ı tərk-silah etmək səyləri yetərli deyil  

16:13
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!