24 Fevral 2026 08:55
142
Mədəniyyət
A- A+
Ensiklopedik zənginliyə malik kitab

Ensiklopedik zənginliyə malik kitab


Azərbaycan Respublikası Milli Məclisinin "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi"nin sədri Sadiq Qurbanovun 3 cilddən ibarət kitabı yaxın günlərdə Prezident kitabxanasında ictimaiyyətə təqdim olundu. Bu 3 cildlik kitab, əslində, uğurlu neft strategiyası əsasında digər mühüm strateji istiqamətlərin də inkişafını əsaslandıran fundamental baza materialıdır.

I cild "Heydər Əliyev Azərbaycanın neft strategiyasının banisidir ("Əsrin müqaviləsi" kontekstində)" adlanır. Bu cilddə dünya neft sənayesi tarixinə ciddi xronoloji təhlil verilib və bu tarixdə Azərbaycan neft sənayesinin inkişaf mərhələləri əlaqəli şəkildə təhlil olunub. I və II Dünya müharibələri dövründə Azərbaycan neft sənayesinin mühüm rolu təsdiqedici dəlillərlə təhlil edilib. Burada Ulu Öndərin 1969-cu ildən başlanan və 2003-cü ilə qədər davam edən uğurlu neft və neft emalı strategiyasının ciddi və sistemli təhlili verilib, 1969-1991-ci illərdə və 1993-2003-cü illəri əhatə edən müstəqillik dövründə ölkənin hərtərəfli inkişafında neft sənayesinin inkişafının müsbət rolu xüsusi qeyd olunub. 

I cildin 87-ci səhifəsində yazılır: "1970-1980-ci illərdə dəniz neft sənayesinin infrastrukturunun müasirləşdirilməsi sahəsində Heydər Əliyev tərəfindən çox mühüm və Azərbaycanın bu gününə hesablanmış böyük işlər görüldü. 1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dəniz dərinliyinin 40 metrində işləməyə imkan verirdi və Xəzər dənizinin Azərbaycan sektorunda bu dərinlikdə olan perspektiv strukturlardakı neft və qaz yataqları, demək olar ki, kəşf olunmuşdu. Respublikada neft və qaz sənayesinin gələcək inkişafı dənizin daha dərin hissəsində yeni yataqların axtarışından asılı idi. Ona görə də bu illər əvvəlcə dənizin 70 metr dərinliyində kəşfiyyat qazma işləri aparmağa imkan verən "Xəzər" tipli üzən qazma qurğuları alındı və bu da "Bahar" və Bulla-dəniz" qaz-kondensat yataqlarının açılması ilə nəticələndi.

Sonralar dənizin 200 metrə qədər dərinliyində işləməyə imkan verən "Şelf" tipli müasir yarımdalma üzən qazma qurğularının alınması nəticəsində  dənizdə axtarış-kəşfiyyat işləri genişləndirildi. Bu qurğuların əsasında müstəqillik dövründə dənizin 700m dərinliyində qazma işlərini aparmağa imkan verən "Dədə Qorqud" və "İstiqlal" qurğuları yaradıldı. 

80-ci illərdə üzən qazma qurğularının sayı artıq 11-ə çatdı və onlardan səmərəli istifadə olunması nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda dənizin 80-350 metr dərinliyində zəngin neft ehtiyatlarına malik "Günəşli" (1979) və başqa yataqlar ("Şərqi-Livanovo" - dənizin Türkmənistan sektorunda, "Qayalı dəniz" - Qazaxıstan sahillərində) kəşf olundu".

Kitabda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin mükəmməl neft strategiyası sayəsində "Əsrin müqaviləsi" adlanan müqavilə imzalanmışdı ki, onun icrası olduqca böyük, çoxistiqamətli dəyərlər yaranmasını təmin etmişdi. Belə ki, ölkənin beynəlxalq nüfuzu yüksəldi, iqtisadiyyatı gücləndi, müxtəlif sektorlara qoyulan investisiyaların həcmi dəfələrlə çoxaldı, hərbi gücümüz artdı, aqrar sektorda inkişaf layihələri həyata keçirildi. Habelə Neft Fondu yaradıldı ki, bu da bu gün və gələcək üçün mühüm maliyyə təminatçısı oldu, Xəzərin Azərbaycan sektorunda yeni yataqların ən müasir üsullarla mənimsənilməsinə başlanıldı, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi, istedadlı gənclərin xaricdə təhsilinə böyük vəsaitlər ayrıldı və sairə.

Kitabın  II cildi "Yeni neft strategiyasının İlham Əliyev mərhələsi" adlanır. Bu cilddə verilən sistemli təhlillər həqiqətən də Preziden İlham Əliyevin Ulu Öndərin bənzərsiz neft strategiyasını uğurla davam etdirdiyini göstərir. Məhz bu uğurlu siyasət sayəsində ölkəmiz dünyanın nüfuzlu enerji təminatçısı ölkələrindən biri kimi qəbul olunur.

Bu gün ölkəmiz Avropanın bir sıra ölkələrinə neft və qaz ixrac edir. Eyni zamanda düzgün neft strategiyası ölkəmizin "yaşıl enerji" istehsalçısı ölkəsinə çevrilməsində də mühüm rol oynayır. Təsadüfi deyil ki, COP29 beynəlxalq tədbiri məhz Azərbaycanda keçirildi.

Azərbaycanın neft strategiyası həm də ordumuzun qüdrətlənməsində böyük rol oynadı. Otuz ildən çox davam edən müharibəyə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi, tam suverenlik təmin oldu. İşğaldan azad olmuş torpaqlara Böyük qayıdış başladı. Prezident Ali Baş Komandan İlham Əliyev tarixi zəfərimizi təmin etdi. 

Kitabın III cildi "Əsrin müqaviləsi"nə dair rəsmi sənədlər" adlanır. Əslində, III cildin bu sənədlərdən ibarət olması çox doğrudur. Müstəqillik dövrünün bütün uğurları "Əsrin müqaviləsi"nin böyük təməli üzərində yaranıb. Bu gün də bu uğurla davam edir.

Kitab tələbələr, magistr və doktorantura təhsili alanlar, siyasətçilər, istehsalat rəhbərləri, bütövlükdə geniş oxucu kütləsi üçün dəyərli ensiklopedik mənbədir.

Bu kitabın hər səhifəsində Ulu Öndərin və Prezident İlham Əliyevin xalq üçün ən yaxşı səviyyədə etdiklərinin səliqə-sahmanlı ifadəsi var. Əslində, bu ifadə 44 günlük Vətən müharibəsində misilsiz Zəfərin hansı səbəbdən mümkün olduğunu təsdiq edir.


Vaqif ABBASOV,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir  

10:04
24 Fevral

Ukraynada partlayış olub, bir neçə polis yaralanıb  

09:57
24 Fevral

Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub  

09:54
24 Fevral

İqlim dəyişikliyi sağlamlığa təhdiddir

09:35
24 Fevral

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

09:30
24 Fevral

"Söz mülkünün günəşi"

09:25
24 Fevral

"İnsan təfəkkürünə sığmayan dəhşət"

09:20
24 Fevral

Hunanlarlıların çörəyi yerkökündən çıxır

09:15
24 Fevral

Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib

09:10
24 Fevral

Gəncə Avtomobil zavodu yeni sosial layihəyə start verib

09:05
24 Fevral

Lənkəranda "Yaşa Hospital" fəaliyyətə başlayıb

09:00
24 Fevral

Ensiklopedik zənginliyə malik kitab

08:55
24 Fevral

Bakı növbəti beynəlxalq enerji tədbirinə hazırlaşır

08:50
24 Fevral

Azərbaycan qlobal sülh mexanizmlərində həlledici rol oynayır

08:45
24 Fevral

Qlobal sülh gündəliyində Azərbaycanın artan rolu və nüfuzu

08:40
24 Fevral

Beynəlxalq təhlükəsizlik arxitekturasında yenilik

08:35
24 Fevral

Milli dirçəlişdən mütləq Zəfərə

08:30
24 Fevral

Azərbaycan dövləti bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir

08:25
24 Fevral

C6 formatı Xəzərin iki sahilini vahid məkanda birləşdirəcək

08:20
24 Fevral

Milli mücadilə, yaxud milli xəyanət

08:15
24 Fevral

Azərbaycanla Gürcüstan arasında münasibətlər parlamentlər çərçivəsində də uğurla inkişaf edir

08:10
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!