20 Fevral 2026 08:45
674
Mədəniyyət
A- A+
Muzey yaratdı, həbs olunub güllələndi

Muzey yaratdı, həbs olunub güllələndi


1920-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət həddinə çatan, ölkənin hər tərəfini bürüyən repressiya dalğası heç bir günahı olmayan yüzlərlə zəka sahiblərini, din xadimlərini və başqa işıqlı insanları özü ilə apardı. Uzun illərdən sonra Sibirə sürgün olunmuş, güllələnmiş bu insanların əksəriyyətinə məhkəmənin qərarı ilə bəraət verildi. Bu gecikmiş bəraət isə heç nəyi geri qaytarmadı, ağrı-acılara məlhəm olmadı. 

Azərbaycan xalqının milli sərvəti olan maddi və mənəvi abidələrinin qorunması və gələcək  nəsillərə çatdırılması işində böyük fədakarlıq göstərmiş Əhməd Əfəndi Çələbizadə də repressiya qurbanı olmuşdur. Yaşadığı dövrün görkəmli din xadimi və ziyalısı kimi tanınan, xalqının gələcəyini düşünən bu insan böyük əziyyətlər və çətinliklər bahasına Quba rayonunda ilk dəfə tarix muzeyi yaratmışdır. Ömrünün sonrakı illərində muzeyi daha da genişləndirmiş, tarixi keçmişimizi özündə yaşadan yeni-yeni eksponatlarla zənginləşdirmişdir. 

Əhməd Çələbizadənin bu istiqmətdə planları geniş idi. Amma 1937-ci ilin repressiya dalğası bir gün onu da haqladı. Gecələrin birində xalqı üçün işıqlı işlər görən Əhməd Çələbizadənin də qapısı qəfil döyüldü. Onun həyatı kimi, xalqı üçün görəcəyi işlər də yarımçıq qaldı. 

Əhməd Çələbizadə 1892-ci ildə Quba şəhərində dünyaya göz açıb. Atası Əbdürrəhim Quba Cümə məscidinin imamı olub. Əhməd ibtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb. Burada ərəb və fars dillərini də öyrənib. 1912-ci ildə dini təhsilini Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində davam etdirib. 1913-cü ildə təhsilini uğurla başa vurduqdan sonra Qubaya qayıdıb. Yaşının az olmasına baxmayaraq, bacarığını və biliyini nəzərə alaraq onu Cümə məscidində imamın köməkçisi vəzifəsinə təyin ediblər. 1922-ci ildə atası imam Əbdülrəhim Əfəndi dünyasını dəyişdikdən sonra Əhməd Cümə məscidinin katibi seçilib.  O ruhani kimi fəaliyyət göstərməklə yanaşı, mədrəsədə müəllim işləyib.  

Əhməd Əfəndi öz xalqının tarixinə, mədəniyyətinə və ədəbiyyatına dərindən yiyələnmişdir. Bir neçə dil bilən Çələbizadə həm də bölgədə ədəbiyyat bilicisi kimi tanınmışdır. 

Əhməd Çələbizadə muzey yaratmaqla bərabər, həm də Quba bölgəsinin etnoqrafiyası ilə bağlı araşdırmalar da aparmışdır. 1935-1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba - dövrün adət və qaydaları" adlı kitab yazmışdır.  Onun Quba bölgəsinin etnoqrafiyasına aid apardığı çöl-tədqiqat işləri Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur. Həmin tədqiqat işlərində Quba rayonuna aid etnoqrafik materiallar, qubalıların adət və ənənələri, icra etdikləri dini mərasimlərlə bağlı qiymətli materiallar yer alıb. Tədqiqat işində həmçinin bölgədə mövcud adət və ənənələr, o cümlədən toy, dini ayinlər, bayramlar, sınaqlar, etiqadlar, habelə bölgənin təsərrüfat həyatı - əkinçilik, bostançılıq, tərəvəzçilik haqqında geniş məlumat verilib.

Çələbizadə tədqiqat işində Qubada məşhur bayramlardan danışarkən Orucluq, Qurban və Novruz bayramlarının xalq tərəfindən geniş qeyd olunduğunu yazırdı. Bu bayramların necə icra olunduğunu ətraflı təsvir edirdi. Tədqiqatçı Novruz (nevruz) bayramının Quba şəhərində olduqca təntənəli keçirildiyini xüsusi olaraq qeyd edirdi. 

Əhməd Əfəndi Qubadakı məşhur müalicəvi sulardan bəhs edərkən yazır ki, bu sular xalqın etiqadına görə müqəddəs sayılır. Bunlardan ən məşhurlarının  - Amsar isti suyu, Xaltan isti suyu, Xanəgah isti suyu, Pir bəhyə isti suyunun adını çəkir  və hər birinin müalicəvi xüsusiyyətlərini sadalayır.

Əhməd Çələbizadənin ən böyük xidmətlərindən biri 1924-cü ildə Qubada muzey yaratmasıdır. Quba Tarix-Diyarşünaslıq Muzeyi 1924-cü ildən 1935-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərib. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin olunub. 1937-ci ildə repressiyaya məruz qaldıqdan sonra muzeyin fəaliyyəti dayandırılıb. Bir çox eksponatlar dağıdılıb, bəzi qiymətli kitablar yandırılıb.

1920-ci ilin aprel işğalından sonra Azərbaycanda zorla hakimiyyətə gəlmiş sovet hökumətinin dinə və din xadimlərinə qarşı mübarizə apardığını görən Əhməd Əfəndi 1930-cu ildə qəzetlərin birində rəsmi olaraq mollalıqdan könüllü imtina etdiyini bildirib. Amma buna baxmayaraq, dövrünün işıqlı ziyalısı Əhməd Çələbizadə 1937-ci ilin avqustunda həbs olunaraq Bakı şəhərinə aparılıb. 1937-ci il sentyabrın 1-də üçlüyün qərarı ilə güllələnib. Ölümündən 19 il keçəndən sonra, 1956-cı il noyabrın 6-da günahsız olduğuna görə ona bəraət verilib. 

Bir zamanlar yaratdığı Quba Tarixi-Diyarşünaslıq Muzeyində 1937-ci ildə repressiya qurbanı olmuş Əhməd Əfəndi Çələbizadənin də şəkli eksponat kimi nümayiş etdirilir. Bələdçilər ziyarətə gələnlərə onun fəaliyyətindən ətraflı danışırlar. Xalqı üçün gördüyü xeyirxah işlərə, etdiyi işıqlı əməllərə görə Əhməd Əfəndi həmişə xatırlanacaq və yad ediləcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!