24 Fevral 2026 08:25
388
SİYASƏT
A- A+
Azərbaycan dövləti bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir

Azərbaycan dövləti bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir


Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı hərbi-siyasi reallığın qəbul edilməsində çətinlik çəkən, regionda öz maraqlarını bərabərhüquqlu əsaslarla təmin etmək istəməyən, lakin istər döyüş meydanında, istər diplomatik müstəvidə məğlub olaraq ölkəmizin tezisləri qarşısında geri çəkilməli olan qruplar hesab edirlər ki, respublikamızın üzərində təsir rıçaqları yalnız milli iradənin hakimiyyətdən kənarlaşdırılması yolu ilə mümkündür. Lakin məsələ burasındadır ki, ölkəmizdə xalq-iqtidar birliyi kifayət qədər monolit xarakter daşıyır və xüsusən Vətən müharibəsi və antiterror tədbirlərindən sonra xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, dövlət başçımıza yalnız ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycanı layiqinlə təmsil edən, xalqın vahidliyini təcəssüm etdirən, dövlətçiliyin varisliyini təmin edən, bütövlükdə milli mövcudiyyətin qarantı kimi baxır. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, bu reallıqlara qəbullana bilməyənlər, Azərbaycanı işğal dövrünün status-kvosuna qaytarmaq istəyən, eləcə də ölkəmizdə marionetləri hakimiyyətə gətirib milli sərvətləri və Prezident İlham Əliyevin sayəsində dividendə çevrilmiş coğrafi mövqeyi istismar etməyə çalışanlar və onlara bağlı beyin mərkəzləri də bu reallığı yaxşı görür: "Bu mənada, öz resurslarından, eləcə də onlara müticəsinə xidmət edən yerli muzdlulardan, özünü siyasətçi adlandıran, ləyaqətini itirmiş ünsürlərdən mövcud situasiyanın dəyişdirilməsi üçün tam gücü ilə istifadə etmək istəyir. Lakin məsələ burasındadır ki, Azərbaycan xalqı reallıqları heç də qeyd olunan beyin mərkəzlərindən pis görmür və kənar güclərin bu istiqamətdə səyləri, bir qayda olaraq, biabırçı fiasko və təkzibedilməz məğlubiyyətlə başa çatır. Görünən odur ki, imperialist dairələr hələ də niyyətlərindən əl çəkməmiş, xüsusən ölkə daxilində Ramiz Mehdiyev-Əli Kərimli kimi ünsürlərin simasında dayaqları ifşa edildikdən sonra xeyli müddətdir ki, start verilən söyüş müxalifətçiliyinin əsas daşıyıcılarını, xaricdə siyasi sığınacaq verilərək təşkilatlandırılan və anti-Azərbaycan məqsədlərlə istifadə olunan ünsürləri dövriyyəyə soxmaq qərarına gəliblər". 

Deputat qeyd edib ki, Vaşinqtonda Sülh Şurasının iclasından sonra Prezident İlham Əliyevə qarşı təxribatlar törətməyə çalışan başıpozuq dairə də məhz bu çərçivədə əraziyə gətirilib, onlara verilən dağıdıcı gündəlik əsasında hərəkət ediblər. Analoji ssenari daha öncə müxtəlif liderlərə qarşı fərqli zamanlarda tətbiq olunub. Ən son Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı oxşar hücum təşkil edilib və prosesə mane olmaq üçün öz peşə vəzifələrini həyata keçirən təhlükəsizlik xidmətinin əməkdaşlarına qarşı demokratlar iqtidarı dövründə cinayət işi qaldırılmışdı. Bu da dövlətlərarası münasibətlərin çox gərgin bir mərhələyə qədəm qoymasına gətirib çıxarmışdı. Lakin Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin peşəkar davranışı, o cümlədən əvvəlcədən Amerika polisi ilə koordinasiyalı fəaliyyəti ortada hüquqi boşluğa yer qoymamış, siyasi əxlaqını və milli mənliyini, habelə fərdi şəxsiyyətini itirmiş, daha doğrusu, satmış ünsürlərin niyyətləri yerindəcə hüququn aliliyi və qanun qarşısında hər kəsin bərabərliyi şəraitində boğulmuşdur. "Heç şübhəsiz ki, Vaşinqtonda uğursuz təxribat cəhdləri anti-Azərbaycan dairələr üçün uzun bir dövr ərzində unuda bilməyəcəkləri fiasko hesab olunmalıdır. İlk növbədə ona görə ki, bu təxribat əvvəlcədən düşünülmüş və sistemli hala gətirilmiş, həmçinin iştirakçıları əslən Azərbaycandan olan, lakin olmayan mənəviyyatlarını çoxdan satmış ünsürləri də təlimatlandırmaqla qarşıya iki mühüm vəzifə qoyulmuşdu. Birincisi, hazırda özünün yüksəliş dönəminə qədəm qoymuş ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaratmaq, ikincisi, cənab İlham Əliyevə münasibətdə hücumlar təşkil etməklə, o cümlədən canlı yayımda onu hədəfə almaqla Azərbaycan liderinin nüfuzunu, xüsusən qlobal mediada, beynəlxalq ictimaiyyət qarşısında zədələmək. Proseslərin gedişi isə göstərdi ki, Azərbaycan dövləti bütün riskləri proqnozlaşdıra biləcək və bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir. Vaşinqtonda bir neçə saniyə ərzində antimilli ünsürlərin zərərsizləşdirilməsi, onların təxribatlarının elə öz əleyhlərinə çevrilməsi bütün hallarda və bütün situasiyalarda təşəbbüsləri lehimizə dəyişəcək imkana sahib olduğumuzu dünyaya nümayiş etdirdi", - deyə deputat əlavə edib.

B.Məhərrəmov bildirib ki, Amerika Birləşmiş Ştatlarının aidiyyəti dairələrinin, o cümlədən ABŞ polisinin məsələyə adekvat reaksiyası anti-Azərbaycan ünsürlərin Bakı-Vaşinqton münasibətlərini zədələmək cəhdlərinin də fiaskoya uğradığını, bu prosesdə özlərinin zərərli çıxması reallığını ortaya qoydu. Düzdür, proseslərin bu cür arzu etmədikləri istiqamətdə axarından sonra feyk informasiya maşınları məsələni öz lehlərinə dəyişməyə cəhd göstərən axın başlatdılar, hətta ABŞ-də anti-Azərbaycan qüvvələrin alətinə çevrilmiş Frank Peloni kimi siyasətçilər məsələni ictimai müstəviyə daşıyaraq, Azərbaycan əleyhinə blok formalaşdırmağa çalışdı. Lakin onun daha öncə Azərbaycan əleyhinə tutduğu qərəzli mövqe, habelə ABŞ ictimaiyyətinin də Peloninin erməni diasporunun yemlədiyi satılmış ünsür olduğunu bilməsi "siyasətçi"nin cəhdlərinin heç bir nəticə verməməsi ilə sonlandı. 

Deputat vurğulayıb ki, Vaşinqtonda Azərbaycan Prezidentinə qarşı təxribat cəhdləri təsadüfi hesab oluna bilməz: "Xüsusən imperialist dairələrin Azərbaycan əleyhinə fəaliyyət imkanlarının regionda tam mənada məhdudlaşdırılması, daxildə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı qanunvericilikdə həyata keçirilən dəyişikliklər fonunda ölkəmizə qeyri-hökumət təşkilatları vasitəsilə təsir imkanlarının heçə endirilməsi, habelə xarici xüsusi xidmət orqanlarının təlimatları ilə hərəkət edən Mehdiyev-Kərimli kimi ünsürlərin zərərsizləşdirilməsi şəraitində bu kimi addımlar ölkəmiz əleyhinə son uğursuz çırpınışlar hesab oluna bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!