24 Fevral 2026 08:10
153
PARLAMENT
A- A+
Azərbaycanla Gürcüstan arasında münasibətlər parlamentlər çərçivəsində də uğurla inkişaf edir

Azərbaycanla Gürcüstan arasında münasibətlər parlamentlər çərçivəsində də uğurla inkişaf edir


Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, danışıqlar zamanı üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, komitələrin Azərbaycanda son iclasının 2022-ci ildə Şuşada keçirildiyi qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Nikoloz Şamxaradze Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin Sədrinə çatdırıb. 

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq bildirilib ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlıq uğurla davam edir. İki dövlətin münasibətlərinin parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanb. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. 

Spiker Sahibə Qafarova ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət və yeni imkanlar barədə fikirlərini bölüşüb. 

Nikoloz Şamxaradze isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin regionun hər üç ölkəsi üçün faydalı olacağını, Gürcüstanın da bu prosesi dəstəklədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir  

10:04
24 Fevral

Ukraynada partlayış olub, bir neçə polis yaralanıb  

09:57
24 Fevral

Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub  

09:54
24 Fevral

İqlim dəyişikliyi sağlamlığa təhdiddir

09:35
24 Fevral

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

09:30
24 Fevral

"Söz mülkünün günəşi"

09:25
24 Fevral

"İnsan təfəkkürünə sığmayan dəhşət"

09:20
24 Fevral

Hunanlarlıların çörəyi yerkökündən çıxır

09:15
24 Fevral

Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib

09:10
24 Fevral

Gəncə Avtomobil zavodu yeni sosial layihəyə start verib

09:05
24 Fevral

Lənkəranda "Yaşa Hospital" fəaliyyətə başlayıb

09:00
24 Fevral

Ensiklopedik zənginliyə malik kitab

08:55
24 Fevral

Bakı növbəti beynəlxalq enerji tədbirinə hazırlaşır

08:50
24 Fevral

Azərbaycan qlobal sülh mexanizmlərində həlledici rol oynayır

08:45
24 Fevral

Qlobal sülh gündəliyində Azərbaycanın artan rolu və nüfuzu

08:40
24 Fevral

Beynəlxalq təhlükəsizlik arxitekturasında yenilik

08:35
24 Fevral

Milli dirçəlişdən mütləq Zəfərə

08:30
24 Fevral

Azərbaycan dövləti bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir

08:25
24 Fevral

C6 formatı Xəzərin iki sahilini vahid məkanda birləşdirəcək

08:20
24 Fevral

Milli mücadilə, yaxud milli xəyanət

08:15
24 Fevral

Azərbaycanla Gürcüstan arasında münasibətlər parlamentlər çərçivəsində də uğurla inkişaf edir

08:10
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!